Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2163/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3830 manat məbləğin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödənilmiş 58 manat manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı binada mənzilini təmir etdirmək üçün təmir-tikinti briqadası olan Cavabdeh adlı şəxlə tanış olmuşdur. O, görəcəyi işlərlə tanış olub, 18.500 manat smeta tərtib etmiş və işə başlamaq üçün ilkin olaraq məndən 6.000 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə təmir işlərinə başlaması üçün yaşadığı ünvanda ona 6.000 manat pul vermişdir. O isə 3 gün sonra təmirə başlamış, lakin təmir üçün keyfiyyətsiz materiallardan istifadə etdiyi üçün aralarında narazıçılıq yaranmışdır. Nəticədə hər iki tərəfin razılığı ilə iş dayandırılmışdır. O, pulunu geri tələb etdikdə, gördüyü işləri hesablayaraq materiallara ümumilikdə 2.170 manat pul xərclədiyini bildirmişdir. Pulun qalan hissəsini yəni 3.830 manatı 1 həftə ərzində ona qaytaracağına söz vermişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq o müxtəlif bəhanələr gətirərək pulumu qaytarmamışdır. Cavabdeh ona borclu olduğunu təsdiq edən şahidlər və telefon yazışmaları vardır. xx.xx.2024-cü il tarixdə Binəqədi rayonunun 7-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, sonuncu orada verdiyi izahatda borclu olduğunu etiraf etmiş və xx.xx.2024-cü il tarixə qədər borcunu ödəyəcəyinə söz vermişdir. Ancaq bu vaxta qədər aldığı pulu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehlə evin təmir-tikinti işləri ilə bağlı aralarında razılaşma olmuş, ilkin olaraq cavabdehə 6000 manat pul vermiş, sonradan cavabdehdən təmir-tikinti işlərini dayandırmasını tələb etmişdir. Cavabdeh gördüyü işlərin smetasını tərtib etmiş və həmin smetaya əsasən cavabdeh gördüyü işlərə görə verdiyi puldan 2170 manat çıxmış, qalıq pulu isə qısa vaxt ərzində qaytaracağını bildirmişdir. Lakin pulu vaxtında qaytarmadığı üçün polisə müraciət etmiş və sonda məhkəməyə müraciət etmişdir. Cavabdehin polis şöbəsində verdiyi izahat yalan və cəfəngiyahdan ibarətdir. Çünki cavabdehi şahid Elçin Qorçuyev vasitəsi ilə tanımış, hərdəfə şahid vasitəsi ilə pulunu geri tələb etmişdir. O, şahidə göndərdiyi səs yazısında, ona “WhatsAp” proqramı vasitəsi ilə göndərdiyi yazıda 3830 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehin etiraf etmədiyi 300 manat pulla bağlı başqa sübutları yoxdur. Təqdim etdiyi sübutlar, iddiasının təmin olunması üçün kifayət edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hər iki tərəfi tanıyır, heç bir qohumluq münasibətləri olmamaqla yanaşı, aralarında ədavət yoxdur. Cavabdeh dizayner kimi tanımışdır. Cavabdeh onların bağında işləmişdir. Elçin evində təmir-tikinti işləri gördürmək istədiyindən, Cavabdeh ilə onu tanış etmişdir.. Lakin aralarında olan razılaşma pozulmuş, Elçində onu Natəvanla tanış etdiyi üçün, dəfələrlə Cavabdeh 3800 manat pulu tələb etməsini bildirmişdir. Natəvanla bu barədə dəfələrlə yazışmaları, danışıqları olmuş, ona hətta səs atmış və Elçinə olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin səs yazısını diskə yüklədərək Elçinə təqdim etmişdir. Natəvanın Elçinə 3800 manat borcu vardır və həmin borcunu qaytarmamışdır. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında Binəqədi RPİ-nin 7-ci PB-dən alınmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis kapitanı Vəfadar Həsənovun arayışından görünür ki, icraatına xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Səfərov X2 RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək, yaşadığı mənzili təmir etməsi üçün təmir tikinti briqadası olan Mirzəyeva Natavan adlı şəxsə ilkin olaraq 6000 manat pul ödədiyini, lakin sonuncu tərəfindən təmirin keyfiyyətsiz materiallardan istifadə etdiyi üçün aralarında narazılıq olduğunu və hər ikisinin razılığı ilə işlərinin dayandırlmasını bildirmişdir. Həmin təmir işləri üçün hesablanan materialların pulunun 2170 manat olduğunu, bu səbəbdən də Natavan ona qısa müddət ərzində 3830 manat pulu geri qaytarmasını bildirsə de, qaytarmaması barədə melumat vermişdir.Aparılan araşdırma zamanı izahatı alınmış vet. Cavabdeh Ağarehim qızı dizayner vəzifəsində işlədiyini, dekabr ayının 7-de İddiaçı məxsus mənzili təmir etməsi üçün mənzilə baxış keçirtdiyini, bu səbəbdən de sonuncudan 6000 manat pul alaraq, işlərə başlamasını bildirmişdir. Lakin Elçin ona işlıri bəyənmədiyini və işləri dayandırmasını, aparılan hesabat zamanı isa görülən işlərə 2.550 manat pul vəsaitinin xərcləndiyini bildirdiyi üçün ona 3450 manat pul borcunun qaldığını və mart ayının sonunadek ona olan borcunu geri qaytaracağı barədə öz izahatında qeyd etmişdir. Qeyd olunan xüsusatlarla araşdırma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi barədə vətəndaşa rəsmi melumat verilmişdir. İş materiallarında olan həmin material üzrə Cavabdeh izahatının surətindən görünür ki, İddiaçı Həsən Əliyev küçəsi, 125 ünvanında yerləşən “Artenco Studio” ofisinə gəlmiş və 9 mikrorayon olan Adil Məmmədov küçəsi, ev 10A yerləşən ümumi sahəsi 123 kv.metr olan mənzilin təmiri və dizayn işlərini, ondan xahiş etmiş, o həmin mənzilə baxış keçirtmiş və smetanı çıxarmağa söz vermişdir. Bir həftə sonra İddiaçı yenidən ofisə gəlmiş və ümumi dəyəri 18500 manat tikinti-təmir və dizayn işlərinə razılaşmışlar. Bir həftə sonra İddiaçı ona 6000 manat vəsait ödəmiş və o, bir gün sonr təmir-tikinti işlərinə başlamışdır. 5 iş günü müddətində mənzilin tavan işləri üçün olan materialları almış, həmin ünvana gətirmişdir. Ondan əvvəl yarımçıq qalan elektrik və sanitariya işlərini tamamlamışdır. Bütün gətridyi materiallar Türkiyə istehsalı olmuş, Beytaş və Kögtel firmalarına məxsus olmuşdur. Yeni il qbağı tavan, santexnik, elektrik işlərini təhvil vermişdir. Yeni ildə sonra İddiaçı işləri dayandırmağa qərar vermişdir. Ona verilən 6000 manatın hesabatını tələb etmişdir. Ona təmir-tikintiyə 2550 manat xərclənən hesabatı təqdim etmişdir. Onda qalıq qalan 3450 manatı ona qaytaracağını söyləmiş və oda razılaşmışdır. İddiaçı 3450 manat borcu var. Mart ayının sonunadək qaytaracaqdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmanı, eyni zamanda Cavabdeh ilə şahid Elçin Qorçuyev telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları”nı tərəflərin iştirakı ilə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 3800 borcu var, səbrli olsun, həmin borcu bir neçə günə qaytaracaqdır”. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 58 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarından görünür ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı evinin təmir-tikinti işlərini barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Həmin işin müqabilində iddiaçı tərəfindən cavabdehə 6000 manat pul verilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Belə ki, cavabdehə tapşırılan işi onun öz istəyi ilə yarıda saxladığını, ümumilikdə verdiyi 6000 manat puldan 2170 manat hissəsini təmir-tikintiyə xərcləndiyini, cavabdehin 3830 manat pulu isə geri qaytaracağına söz versə də, sözünü yerinə yetirmədiyini bildirir. Məhkəmə araşdırması və toplanmış materiallarla müəyyən edilmişdir ki, tərəflər həqiqən təmir-tikinti işlərinin görülməsi, cavabdehin iddiaçıdan görüləcək işlərin müqabilində cavabdehin iddiaçıdan ilkin olaraq 6000 manat pul alması, iddiaçının təkidi ilə təmir-tikinti işlərinin dayandırılması, verilən pulun qalıq hissəsini cavabdehin iddiaçıya qaytaracağına dair öhdəlik götürməsi və həmin pulu qaytarmaması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı Natəvanın polis bölməsində verdiyi izahatından onun iddiaçıya məxsus evdə 2550,0 manat dəyərində işlərin görülməsi və sonda onun iddiaçıya 3450,0 manat borcunun olması, lakin iddiaçının cavabdehin ona 3830,0 manat borclu olmasını bildirməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Qeyd edilən Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.https://eqanun.az/framework/46944 Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Məhkəmənin sorğusu əsasında əldə edilmiş cavabdehin Binəqədi RPİ-nin 7-ci PBdə verdiyi izahatından görünür ki, o, iddiaçıdan təmir-tikinti işləri üçün 6000 manat pul aldığını, 2550 manat dəyərində iş gördüyünü, iddiaçıya borclu qaldığı 3450 manat borcunun isə mart ayının sonuna kimi qaytaracağına söz verməsi müəyyən edilmişdir. Buna görə də, cavabdehin Binəqədi RPİ-nin 7-ci PB-də verdiyi izahat sübut növü kimi qəbul edilməlidir. . Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan pul almaq hüququna malik olduğu kimi, eyni zamanda tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh hüquqlarından istifadə etmiş, tapşırığın icrası nəticəsində əldə olunan pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı qalıq pulu tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Məhkəmə ilk növbədə, cavabdeh tərəfindən iddiaçıya 6000,0 manat pulun verilməsi və həmin puldan 2170,0 pulun qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-də verdiyi izahat iddiaçıdan 6000,0 manat aldığını etiraf etməklə həmin pulun 2550,0 manatını ona qaytardığını, hal-hazırda iddiaçıya 3450,0 manat borcunun qalmasını bildirmişdir. Buna görə də, məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. İş üzrə iddiaçının 6000,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və həmin puldan 3450,0 manat qaytarmasını etiraf etməsi, həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Belə olan halda, cavabdeh 3450 manat məbləğində borclu qalmasını etiraf etdiyindən, iddiaçı tələbinin 3450 manat olan hissəsində, yəni cavabdehin 3450 manat borcu olmasını sübut etmək yükündən azad olunmuşdur. Bundan başqa, cavabdeh iddiaçının mənzilində 2550,0 manat dəyərində təmirtikinti işləri görməsini etiraf etsə də, görülən işin 2550 manat dəyərində olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, sübut etmək yükü cavabdeh üzərinə düşməklə, məhz cavabdehin vəzifəsidir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmanı, eyni zamanda Cavabdeh ilə şahid Elçin Qorçuyev telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları”nı iddiasının əsasını təşkil edən dəlil kimi təqdim etmişdir. Məhkəmə tərəfindən həmin dəlillər tədqiq olunmuş, iddiaçının təqdim etdiyi dəlillərin işin faktiki halları ilə uyğun olması müəyyən edilmiş və sübut növü kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi dəlillər, eləcə də işin faktiki halları ilə, cavabdehin təmir-tikinti işləri ilə bağlı iddiaçıdan 6000 manat pul almasını etiraf etməsi, məhkəmə iclasında dindirilən şahidin ifadəsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmanı, eyni zamanda Cavabdeh ilə şahid Elçin Qorçuyev telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları” ilə cavabdehin iddiaçıya 3800,0 manat borclu qalması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona 3830 manat borcunu qeyd etsə də, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla iddiaçının tələbi 3800 manat hissəsində iddiaçı tərəfindən sübuta yetirilmiş, lakin iddiaçı cavabdehin ona 30 manat borclu qalmasını təsdiq edəcək hər hansı sübutını təqdim edə bilməmişdir. İddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə görə tam əsaslı olmadığından, iddianın 30 manat hissəsi təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı verdiyi vəsaiti tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 3800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə həmçinin iddianın 58 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3800 manat pul və 58 manat dövlət rüsumunun əvəzi, cəmi 3858 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3800 manat pul və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3858 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2163/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2163/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver