Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2177/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə İMEİ: **********57046 kodlu “LG K4 X230” markalı mobil cihazı təmir üçün “xxxxxxxxxxx” MMC–nin (bundan sonra “Şirkət”) əməkdaşlıq etdiyi “Servis Link” texniki xidmət mərkəzinə 160530 saylı qəbzə əsasən təqdim etmişdir. Servisə təmir üçün təqdim olunmuş həmin telefonun əvəzində isə təmir müddəti ərzində istifadə olunması məqsədilə xx xxxx 2018-ci il tarixli Razılaşmaya əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan İMEİ: **********90087 kodlu “Micromax X406” markalı mobil cihaz cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən razılaşmaya əsasən müvəqqəti istifadəyə verilmiş mobil telefonun dəyəri 50 manat təşkil edir.Çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh texniki servisə təmir üçün təqdim etdiyi cihazı bu günə kimi təhvil almamış, həmçinin də təmirdə olan telefonun əvəzində müvəqqəti istifadə üçün ona verilmiş “xxxxxxxxxxx” MMC–nin xüsusi mülkiyyətində olan İMEİ: 91 **********243 kodlu “Micromax X406” markalı mobil cihazı geri qaytarmamışdır. Həmçinin, Cavabdeh cihazın geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və sözügedən məktub xx.xx.2019-cu il tarixdə cavabdehə şəxsən təhvil verilmişdir. Göstərilənlərin nəzərə alınaraq Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi qismində 50 manat və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxxxx» X1 ödənilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim olnması barədə Razılaşma” bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndindən görünür ki, İMEİ Kodu **********81243 olan Micromax X406 markalı telefon müştəriyə müvəqqəti istifadə üçün təqdim edilmiş və müştəri razılaşmışdır ki, telefon tam saz vəziyyətdə olmaqla 50 manat dəyərindədir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən telefon müştəri tərəfindən servisə təhvil verilmiş LG K4 X230 markalı mobil telefonun təmiri müddəti ərzində istifadə üçün təqdim olunur. Təmir başa çatdıqdan sonra telefon “xxxxxxxxxxx” MMC-nə dərhal geri qaytarılmalıdır. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən müştəri telefonu “xxxxxxxxxxx” MMC-yə hər hansı bir səbəbdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda və ya korlandıqda raılaşmanın 1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 mənzil 13 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında .04.2019-cu il tarixli “müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim olnması barədə Razılaşma” bağlanmışdır Tərəflər arasında bağlanmış Razılaşmaya əsasən Cavabdeh müvəqqəti istifadə üçün 50,0 manat dəyərində və tam saz vəziyyətdə müvəqqəti istifadə üçün Micromax X406 markalı telefon verilir. Müvəqqəti istifadəyə verilmiş telefon müştəri tərəfindən servisə verilmiş LG K4 X230 markalı telefonun təmiri başa çatdıqdan sonra “xxxxxxxxxxx” MMC-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(maddə 21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). “Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh Razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçıya zərər vurulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı «xxxxxxxxxxx» MMC-ninxeyrinə Cavabdeh dəymiş zərərin əvəzi qismində 50,0 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 70,0 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatələbi təminedilsin. İddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh dəymiş zərərin əvəzi qismində 50,0 manat və ödənilmiş dövlət rüsumuna görə 20,0 manat olmaqla, cəmi 70,0 (yetmiş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2177/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2177/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver