Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2189/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Xəzər Rayon Məhkəməsinin 2(003)-2494/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilən hər uşaq üçün hər ay həmin il üçün müəyyən edilmiş minimum yaşayış həddində 150 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin məbləğini artıraraq ondan uşaqlar üçün müəyyən edilən minimum yaşayış həddində xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X2 hər birinə 170 manat olmaqla, cəmi 340 manat alimentin alınıb verilməsi, eləcə də, xx xxxxxx 2021-ci il tarixdən isə hər il hər ay üçün xx xxxxxxxx 2008–ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X4 həddi büluğa çatana kimi alimentin məbləği Qanunun uşaqlar üçün müəyyən edilən yaşayış minmumu həddində müəyyən edilərək ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xəzər Rayon Məhkəməsinin 2(003)-2494/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılması və Cavabdeh xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar yetkinlik yaşına çatanadək hər ay 200 manat əlavə xərcin sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2011–ci il tarixdə rəsmi nikaha girmişlər. Nikahları Nəsimi rayon Qeydiyyat şöbəsində həmin tarixdə qeydə alınmaqla AZ–l seriyalı 718890 saylı şəhadətnamə 1043 nömrə ilə qeydə alınmışdır. Nikahları Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxxx 2019–cu il tarixli,2(003)- 2494/2019 saylı qüvvəyə minmiş qətnaməsi ilə məhkəmə qaydasında pozulmuş hesab edilmişdir. Birgə nikah dövründə 2 uşaqları dünyaya gəlmişdir. Birgə nikahdan doğulmuş xx xxxxxxxx 2008–ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X4 Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxxx 2019–cu il tarixli, 2(003)–249412019 saylı qüvvəyə minmiş qətnaməsi ilə onun öhdəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər uşaq üçün hər ay həmin il üçün minimum yaşayış həddində–150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Lakin hamıya bəlli olduğu kimi hər il yaşayış minimumu artır. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında təstiq etdiyi qanuna əsasən cari ilin 1 yanvarından 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub. Aliment kəsiləndən sonra pul nisbətən dəyərdən düşüb, alıcılıq qabiliyyətini qismən itirib. Nəzərə alınsa ki, bahalaşan ərzaqdan başqa uşaqların geyim, həkim, davadərman problemləri var təyin edilən məbləğin nominal olması mübahisələndirilməz. Həm də yaşayış minimumu hər il dəyişdiyindən aliment yaşayış minimumuna görə artırılmalıdır. Odur ki, alimentin məbləği ən azı uşaqlar üçün müəyyən edilən minimum həddə– 170 manata qədər müəyyən edilməli, növbəti illərdə yenidən iddia qaldırmaq zərurəti aradan qalxmalıdır. İddiaçı məhkəmə iclasında iddianı artırılmış həcmdə müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun uşağında dəri-zöhrəvi problemlər var. Buna görə onun evladının daim həkim nəzarətinə ehtiyacı var. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi əlavə xərci sübut edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Alimentin artırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh hazırki alimenti çətinliklə ödəyir. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2494/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi üzrə xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X7 və xx xxxx 2012-ci ildə anadan olmuş X1 anası İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X7 və xx xxxx 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay iki uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması və qarşılıqlı iddia tələbi üzrəCavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış 1043 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan notarius tərəfindən təsdiq olunmuş doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan xx xxxxxxxx 2008-ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X4 Bakı şəhərində doğulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Baş Səhiyyə İdarəsinin laboratoriya-dermatoskopiyanın təyini barədə arayışdan görünür ki, 2008-ci il təvəllüdlü Əli Muradovda streptococcus tapılmışdır. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, X5 müayinəsi üçün 200 manat məbləğində pul kassaya köçürülmüşdür. İş materiallarında olan kassa mədaxil orderinin surətindən görünür ki, X5 və X1 ingilis dili, riyaziyyat və gimnastika dərsləri üçün 130 manat məbləğində pul kassaya köçürülmüşdür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqğını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təyin edilmiş alimentin məbləğinin artırılaraq, hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat miqdarında artırılması barədə iddia tələbi əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 170 manat məbləğində olmaqla, cəmi 340 manat müəyyən edilməlidir. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə eyni zamanda, iddianın xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar yetkinlik yaşına çatanadək hər ay 200 manat əlavə xərcin iddiaçının xeyrinə tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, iddiaçı xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün cavabdehdən tutulmasına dair iddia tələbi üzrə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar iddiaçının davamlı vəsait sərf etməsi müəyyən edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(003)- 2494/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx xxxxxxxx 2008ci il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2189/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2189/2020
14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver