Məhkəmə qərarları › İş №2(003)-22/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-22/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-22/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh, X9, X13, X5 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh, X6, X10, X4 cavabdeh İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh, Əzimova NahidəŞahin qızına, X13, X5 qarşı“yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh, X14, X16, X11 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı“kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qanunla nəzərdə tutulmuş kirayə haqqı 60 (altmış) ay müddətində, hər ay 350 (üç yüz əlli) manat olmaqla cəmi 21000 (iyirmi bir min) manat pul vəsaiti tutularaq onlara ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, reyedtr 2V-08 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanına dair İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 qarşılıqlı iddia tələbini etiraf etmədi. İlk iddia tələbini müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X17 ilk iddia tələbini etiraf etmədi. Qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, ilk iddia üzrə digər cavabdehlər X14, X16, X11 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X7 “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2033/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Bakışəhəri 7 saylı Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatı (414 saylı reyestr kitabının 38790 saylı vərəqində qeydə alınmış) və bu qeydiyyat əsasında xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçıX7 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2033/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Bakışəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edildiyindən, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar