Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2203/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çafanadək saxlanılması üçün Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi şaxlanması üçün tutulan alimentin miqdarının artırılması və uşağın müalicəsi üçün əlavə olaraq 250 manat məbləğində onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və bu barədə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 257 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan X8 adlı bir uşaqları var. Uşaq məhkəmə qətnaməsinə əsasən onun himayəsində qalmışdır. Uşaq anadan olduqdan sonra mütəmadi xəstələndiyi üçün K.Fərəcova adına X1 müraciət etdi. Uşaqda beyin qan dövranının polzulması, beyinə qan sızma, anemiya və zülalsız ödəmlər kimi diaqnoz aşkar olundu. Bundan başqa uşaq Eplepsiya və Skaliyoz xəstəliyindən əziyyət çəkir. Bir dərmanın qiyməti 50 manat məbləgindədir. Uşaq ayda bir dəfə müayinə olunmalı, 3 aydan bir EEQ-dən keçməli, 6 aydan bir MRT-dən keçməlidir. Sol gözünün görmə qabiliyyəti 6570-dir. Cavabdeh uşağı ilə maraqlanmır, onun qayğısına qalmır. Həmçinin alimenti vaxtında ödəmir, eyni zamanda maddi vəziyyəti ağır olduğundan uşağın saxlanılmasında çətinlik çəkir. O uşağın ehtiyaclarını ödəyə bilmir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment uşağın saxlanmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Hər ay uşağın müalicəsinə, geyim, yemək və digər xərcləri üçün xərcim çıxır. Bakı 2 saylı Mediasiya Təşkilatında olarkən Cavabdeh ilə aralarında razılığa gələ bilmədilər. Əlavə olaraq 100 manat ödəyə biləcəyini bildirdi. Ona görə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının artırılması və uşağın müalicəsi üçün əlavə olaraq 250 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi üçün əlavə olaraq 250 manat məbləğində onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi ilə bağlı üç aydan bir müalicə alır. Müalicə xərci 50 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o Müdafiə Nazirliyinin zabiti olmuşdur. Vətən müharibəsi iştiakçısıdır. Aldığı xəsarət nəticəsində o ordu sıralarından təxlis edilmişdir. Hazırda o pensiya təyini ilə aidiyyəti üzrə müraciət etmiş, lakin hələ ki, ona pensiya təyin edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 beyin qan dövranın pozulması,qan sorulması qiaqnozu qoyulmuşdur. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla tutulmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, uşağın hazırki vəziyyətin müalicəyə ehtiyacının olması, yəni qan dövranın pozulmasıqansızma sorulma diaqnozu qoyulmuş xəstəlikdən əziyyət çəkdiyindən, daim həkim nəzarətində olması tərəflər arasında mübahisələndirilmədiyindən cavabdeh bununla bağlı hər ay çəkilməli olan xərcə cəlb edilməlidir. Lakin uşağın müalicəsi ilə əlaqədar çəkilən xərcin məhz 250 manat olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən cavabdehin hər ay məhz həmin məbləği verməsi üçün zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh uşağın müalicəsi ilə əlaqədar hər ay çəkilməli olan xərcə cəlb edilməklə ondan iddiaçının xeyrinə hər ay ödənilməli olan sabit pul məbləğində 60 manat tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi üçün hər ay 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərlərin tutulma müddətini araşdıraraq hesab edir ki, həmin xərclər hər ay ödənilməli xərc olduğundan ona alimentin tutulma müddəti müddəaları şamil edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, xərclərin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi üçün hər ay 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2203/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2203/2022
15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver