Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2206/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8800 manat dəyəri olan 0,75 sot Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində olan Albalılıq yaşayış massivində torpaq sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi ev tikərək ailəsini oraya köçürmək və mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə noyabr 2019-cu il tarixində Cavabdeh Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən ərazidən ona 0,3 sot torpaq sahəsini ondan 3800 manata almağa razılaşmış və tanıdığı Əsəd adlı şəxsə hissə-hissə olmaqla 3800 manat pulu vermişdir. Həmin ərəfədə Əsəd ona bildirmişdir ki, ona verdiyi yerin yanında yer var o yeri də satır. Xalası da torpaq almaq istədiyini bildiyindən, xalasına aldığı torpağın yanında 0,45 sot torpağın olduğunu və həmin torpağın da Əsəd adlı tanışının satdığını bildirmişdir. Xalası Əsədlə bərabər torpağa baxmışlar. Torpağa baxan zaman torpağın videosunu (telefonla) çəkmişdilər ki, ailə üzvləri baxsın. Bildirmişdir ki, xalasıgil Əsədlə 0,45 sot torpağı 5000 manata almağa Əsədə pulu hissə-hissə verməyə razılaşandan sonra Əsəd xalasına bildirmişdir ki, pulu Vüqar vasitəsi ilə ona versin. X1 hissə-hissə almaqla Cavabdeh 500 manat əlavə pul vermişsir. Onun 3900 manatını birinci, 1100 manatını isə sonra ümumilikdə Cavabdeh 8800 manat pul vermişdir. Onun Əsədə pul verməsinə Müzəffər Ülvi, qaynı Həşim və Quliyeva Növrəstə də şahiddirlər. Belə ki, Cavabdeh ona satdığı torpağın esizini və çıxarış sənədini vermişdir. Bildirmişdir ki, Xəzər rayon RPİ-nin 2-ci polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh ona verdiyi torpağa aid sənədin saxta olduğunuda bilmişdir. Bundan sonra Xəzər rayon 2-ci polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh etiraf etmişdir ki, həqiqətən İddiaçı ona ayrı-ayrı vaxtlarda 8800 manat pul vermişdir. Sonradan 2-ci polis bölməsinin əməkdaşı Rafiq adlı şəxs (onun tanıdığı) Əsədə məsuliyyət daşıdığını bildirib, başa salıb ki, o aldığıpulun məbləğini azaldsın və onun çox hissəsini qaytardığını desin. Belə olan halda Əsəd sonradan izahatını dəyişdirmişdir. Cavabdeh xalasından onun vasitəsi ilə aldığı 500 manat pulun 400 manatını qaytardığı məlum olmuşdur. Beləki, Cavabdeh torpağı verməsini tələb etsə də Əsəd bəhanələr gətirərək torpağı vermir. Əsəd sonradan dəyişdirdiyi (ədalətsizlik edərək dəyişdirilmiş) izahatında bildirmişdir ki, güya ondan 3000 manat pul alıb onunda 2500 manatını qaytarıb. Sual olunur əgər Cavabdeh ondan aldığı pulun 2500 manatını qaytarıbsa ona verdiyi torpağın sənədini nə üçün ondan almadır? Saxta sənəd verməyin özü cinayət deyilmi? İnsanların etibarından istifadə edərək onun əmlakını, pulunu mənimsəmək deyilmi? Nə üçün Xəzər rayon 2-ci polis bölməsində bu cür neqativ hallara göz yumulub. 2-ci polis şöbəsinin əməkdaşı Rafiq adlı şəxs onun Cavabdeh şikayət edərək torpaq tələbini bildirdiyinə görə ona hədə-qorxu gəlir. Bu barədə Daxili işlər Nazirliyinə məlumat vermişdir. Bildirmişdir ki, Əsədə verdiyi pulu Əsədin iştirakı ilə Unibankdan kredit şəklində götürmüşdür cavabdehin ona göstərdiyi torpağı verməməsi səbəbindən (torpaq sahəsi Xəzər Rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivindədir) hüquqları pozulmuşdur.Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin faktiki hallarından və qanun vericiliyin qeyd edilən müddəalarından göründüyü kimi o, şərtlərə tam şəkildə icra etsə də cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir. Göründüyü kimi cavabdehin bu hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Uzun müddətdirki Unibankdan götürdüyü krediti çətinliklə ödəyir bu da onun ailəsinin büdcəsinə gələn gəlirin azalmasına səbəb olub buna səbəb cavabdeh olub. Əgər bu torpaq (pullar) cavabdeh tərəfindən vaxtında verilsəydi onun ailəsinə zərər dəyməzdi və qazancı artardı və ona zərər dəyməzdi. Lakin cavabdehin günahı ucbatından onun ailəsi gəlirindən sosial şəraitindən məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdaiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh ərizəsində eləcədə məhkəmənin əvvəlki iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır olmaqla Vüqarın ona 16530 manat borcu vardır və Mingəçevir Şəhər Məhkəməsində həmin borcla bağlı iş icraatda baxılmaqdadır. Həmçinin qeyd etmişdir ki, o, heç bir zaman Vüqara torpaq satmamış və onun torpağı olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət tərkibi yaradacaq bir səbəb olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər hər hansı bir torpaq sahəsinə dair alqı-satqı münasibətləri kimi qiymətləndirilə bilməz. Ona görə ki, tərəflər arasında belə münasibətlərin olduğuna istinad edən tərəf həmin halı da sübut etməlidir. Eyni zamanda sözügedən torpaq sahəsinin konkret harada yerləşməsi və cavabdehin mülkiyyətində belə bir torpaq sahəsinin mövcudluğu işin halları ilə təsdiqini tapmamaqla iddiaçı tərəfindən də buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində olan 0,75 sot torpaq sahəsinin verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2206/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2206/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver