Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2209/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 7954 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7984 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 03/22480 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X5 Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5- ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 709,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 191,90 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 356,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 178,20 manat, xx.xx.2017- ci il tarixli ******* saylı akt əsasında 315,90 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 170,10 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 848,10 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 284,40 manat cəmi 7954manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 7954(yeddi min doqquz əlli dörd manat) məbləğində dəymiş ziyan hesablanmışdırQeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi, təbii qazdan istifadəyə görə yaranmış 7954 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7984 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təbii qazdan istifadəyə görə yaranmış 7954 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7984 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, ünvanında olan qaz sayğacı bir neçə dəfə xarab olaraq dəyişdirilmişdir. Sayğacları olmadığına və çox vaxt xarab olduğuna görə qaz balonundan istifadə etmişlər. Sadəcə 2017-ci ilin yanvar ayında sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Onun ünvanında dair tərtib olunmuş digər aktlar tamamilə əsassızdır. Həmin aktların əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən, iddia tələbinin yalnız 2017-ci ilin yanvarına hesablanmış borc hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı X5 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/22480 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********40000 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 7091 kub metr, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 1919 kub metr, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 3564 kub metr, xx.xx.2017ci il tarixli ******* saylı akt əsasında 1782 kub metr, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 3159 kub metr, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1701 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 8481 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1422 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 666 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 672 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1332 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1998 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1422 kub metr, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422 kub metr, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422 kub metr və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 2844 kub metr zərər hesablanmışdır. İşin məhkəmə iclasında baxılması zamanı, cavabdeh 2016-cı ildə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Məhkəmə Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab edir. Cavabdehin izahatından göründüyü kimi, o, 2017-ci ilin yanvar ayında təbii qazdan qeyri-qanuni istifadə etmiş və xx.xx.2017-ci il tarixli akta əsasən, iddiaçı tərəfindən ona 356.40 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən 7954 manat məbləğində pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini cavabdeh tərəfindən 2017-ci ilin yanvar ayı istisna istisna olmaqla, təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 2017ci ilin yanvar ayında istifadə etdiyi təbii qaza görə yaranmış 356.40 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yolverən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. HəminMəcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 1.3 manat məbləği iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 356.40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 1.3 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 356.40 (üç yüz əlli altı manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 1.3 (bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2209/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2209/2020
24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver