Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2234/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2363,80 manat əsas, 500 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq İddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı X2 məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarından görünür ki, İddiaçı X2 tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir (ASAN Pay mədaxil qəbzi 34060, terminal nömrəsi 1840). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 tərəfindən ödənilmiş (ASAN Pay mədaxil qəbzi 34060, terminal nömrəsi 1840 qəbzin nömrəsi **********39, Fin kodu: 0YHRVCP) 30 manat dövlət rüsumu İddiaçı X1 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2234/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2234/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver