Məhkəmə qərarları › İş №2(003)-2275/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2275/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2275/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 5000 manat pulu və 70 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0241 hektar ölçüsündə torpaq sahəsini ünvan 2 ünvanında yaşayan Cavabdeh 45000 manata satmağını təklif etdi. Söhbət əsnasında Cavabdeh bildirdi ki, onun 41000 manat pulu vardır. Aralarında olan razıllığa əsasən əgər o 41000 manat pulu birdəfəlik ödədiyi halda ondan qalan 4000 manat pulu tələb etməyəcək. Abutalıb onun bu təklifilə razılaşdı. Amma alqı-satqı apardıqları vaxtı o ona ödənilməli olan 41000 manat pulu hissə-hissə ödədiyi üçün yəni 8 aya ödədiyi üçün o ona bildirdi ki, o razılaşmanı pozduğun üçün ona 4000 manat pul da ödəməlidir. Bununla əlaqədar aralarında mübahisə yarandı. Aradan 3-4 ay keçmiş o ona heçnə demədən həyat yoldaşının işlədiyi 29 saylı xəstəxanaya gedərək həyat yoldaşına 1000 manat pul vermişdir. Həyat yoldaşı ona zəng edərək bildirdi ki, Cavabdeh 1000 manat pul aldı. Onu da qeyd edir ki, o həyat yoldaşına 1000 manat pulu verərkən bildirmişdir ki, güya həmin 1000 manat həyətdə tikdiyi saxlanc yer üçün verir. O ona zəng edərək bildirdi ki, ona pulu birdəfəlik ödəmədiyi üçün verdiyi 1000 manatı həmin 45000 manat puldan çıxılacaq. Yəni hal-hazırda ona 3000 manat borcun alıbdır. Cavabdeh onun bu təklifilə razılaşdı. Bugünkü günə kimi ona borcu olan 3000 manat pulu qaytarmamışdır. Bundan əlavə ona torpaq satarkən həmin torpaq üzərində yarı tikili evi vardı. Özünə ev tikmək məqsədi ilə həyətinə 2000 manat dəyərində 5000 ədəd mişar daşı tökmüşdür. Cavabdeh ilə aralarında olan razılığa əsasən ona 2000 manat pul da daşa görə verməli idi. Lakin bugünkü günə kimi daşa görə də 2000 manat pulu ona verməmişdir. Mişar daşının həyətində olmasını ailə üzvləri də təstiq edə bilər. Ümumilikdə ona Cavabdeh 5000 manat borcu vardır. Yəni 3000 manat torpağa görə və 2000 manat mişar daşına görə ödənilməlidir. Dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq ona borclu olduğu 5000 manat pulu vermək istəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatında bldirmişdir ki, tələb etdiyi 5000 manat pulun 3000 manatı evin alınması üçün razılaşdırılmış məbləğ, 2000 manat isə həyətfdə olan materiallarında istifadə üçün nəzərdə tutulmuşdur. Evi 45000 manata satışa qoymuş, cavabdehlə 41000 razılaşmışaraq satmışdır, lakin pulun bir hissəsini 8 aya verdiyindən, əlavə 5000 pulunu tələb edir. Evin 45000 satılması ilə bağlı aralarında hər hansı bir müqavilə razılaşması olmamışdır. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onunla iddiaçı arasında ödənişi vaxtında pdəməyəcəyi təqdirdə əlavə olaraq pulun ödənilməsi ilə bağlı hər hansı bir razılaşma olmayıb. 41000 manat borc olub həmin pulu da ödənişi ilə bağlı razılıqları əsasında 33000 manatı hissə-hissə, qalan 8000 manatı isə 3 aya ödəmişdir. Aralarında olan razılaşma üzrə 41000 manat pul ödəməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, pulun ödənilməsi ilə bağlı sövdələşmədə o, atası və Elxan iştiak etmişdir. Tikilinin alınması ilə bağlı ilk təklif 45000 manat olmuş, lakin sonradan aralarında həmin tikilinin 41000 manata alınması ilə bağlı razılıq əldə edilmişdir. Həmin 41000 manatı iə razılaşmaya uyğun olaraq 8 aya tam olaraq ödənilmişdir. Həmin ərazidə tikili və yarım tikili var idi həmin yarım tikili razılaşmaya daxil idi. Məhkəmə tərəflərin izahatlarını və çahid ifadəsini dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-543/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı cavabdehlərdən 2000 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlt rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-543/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 1500 (bir min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat, ümumilikdə 1540 (bir min beş yüz qırx) manat pul cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində müılkiyyət hüquqlarının həyata keçirilməsinə yaradlmış maneə cavabdehlər İddiaçı və X1 tərəfindən aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İşin hallarından da göründüyü kimi tərəflər arasında iddiaçının iddia etdiyi pulun ödənilməsi ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Əgər belə bir razılşma var idisə belə bu halı sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən qeyd edilən hala dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qərarı isə tərəflərin təqdim etdiyi sübutetmə və çəkişmə prinsipinə əsasən qəbul edilməli olduğundan məhkəmə hesab edir ki, formal mülahizələrə əsasən qeyd edilən iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ona olan 5000 manat pulu və 70 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən ona olan 5000 manat pulu və 70 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar