Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-232/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 55481.74 manat əsas borc, 13144.19 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti “Mercedes Benz AMG GTS” minik markalı (Buraxılış ili 2015, Ban-V/DD**********1613), sarı metallik rəngli, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli 12-10012019-AK1-7109924 nömrəli kredit müqaviləsinə əsasən “Mercedes Benz AMG GTS” minik markalı (Buraxılış ili- 2015, Ban-WDD19037814A001613) avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 23 faiz dərəcəsi ilə 85000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz AMG GTS” minik markalı (Buraxılış ili-2015, Ban-WDD3903781 A001613), **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İpotekaya qoyulması məqsədilə 10 yanvar 2019-cu il tarixli, 12-10012019- AKİ-7109924 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 1-ci bəndi təminatı kimi “Mercedes Benz AMG GTS” minik markalı **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edif. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahı müraciət olunmasına, habelə **********543 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə kredit üzrə borcu cəmi 686028.93 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, borcu onun adına başqa şəxs götürmüşdür, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, nəqliyyat vasitəsinin AD seriyalı 423389 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ipoteka predmeti olan “Mercedes Benz AMG GTS” minik markalı ( Buraxılış ili-2015, Ban-WDD 1903781A001613) sarı metal rəngli avtomobilin dövlət qeydiyyat nişanı ** CF *** olmasına baxmayaraq bank tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində avtomobilin qeydiyyat nişanı səhvən ** LL *** kimi göstərilmişdir. Eyni zaman da məlum olmuşdur ki, kredit borcunun banka tam ödənilməməsinə baxmayaraq kreditin təminatı kimi banka ipoteka qoyulmuş Cavabdeh məxsus yuxarıda göstərilən avtomobilin ipotekasının dövlət qeydiyyatı iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl ləğv edilmiş və həmin avtomobil kənar şəxslərə satılmaqla özgəninkiləşdirilmişdir. Qeyd edilən faktın araşdırılması məqsədilə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov tərəfindən xx.xx.2022-ci il tarixli **********199 nömrəli məktubla Azərbaycan Respublikası DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan idarəsinə müraciət edilmişdir. Həmin məktuba DİN BDYPİ Qeydiyyat-İmtahan idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 73374/222 saylı cavabdan məlum olmuşdur ki, idarənin kompüter uçot bazasına görə “Mercedes Benz AMG GTS” minik markalı ( Buraxılış ili-2015, Ban-WDD 1903781A001613) sarı metal rəngli, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil 28 mart 2019-cu il tarixdə ipotekadan azad olunmuş və həmin avtomobil Cavabdeh tərəfindən satılmışdır. Hazırda həmin avtomobil “Muğan lizinq” X1 mülkiyyətindədir və avtomobilin dövlət qeydiyyat nişanı ** JO ***dir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 12-10012019-AKİ-7109924 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə kreditor İddiaçı ASC-nin Azadlıq filialı ilə borcalan Cavabdeh arasında sonuncuya 36 ay müddətinə, illik 27.98 % (2.4-cü bənd) hesabı ilə 85 000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 12-10012019-AKİ-7109924 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək 85000 manat məbləğində kredit borcu, 33495.6 manat məbləğində faiz borcu, cəmi 118495.6 manat məbləğində borcu hər ay 3290.33 manat sonuncu ay 3334.05 manat olmaqla 36 ay müddətinə İddiaçı ASC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 12-10012019-AKİ-7109924 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12-10012019-AKİ-7109924 saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 425 000 manat müəyyən olunmuş, «MERCEDES BENZ AMG GTS» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 12-10012019-AKİ-7109924 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka 55 481.74 manat əsas borc, 13 144.19 manat faiz borcu cəmi 68 625.93 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, bank cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 423389 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2015-ci il buraxılışlı, sarı metallik rəngli, ban nömrəsi WDD1903781A001613 olan **-LL-*** dövlət qeydiyyat nişanlı «MERCEDES BENZ AMG GTS» minik markalı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə 12- 10012019-AKİ-7109924 saylı kredit müqaviləsi bağlanmış və krediti təminatı kimi «MERCEDES BENZ AMG GTS» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı maşın ipoteka ilə girov qoyulmuşdur. Lakin maşın ipoteka qeydiyyatından çıxaraq özgəninkiləşdirilmişdir. Hazırda isə kreditlə götürülən məbləğ ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddia qismən yəni kredit borcunun qaytarılması hissəsində təmin edilməli, qalan hissədə isə maşın ipoteka qeydiyyatından çıxıb, hazırda başqa adamın adında olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 55 481.74 manat əsas borc, 13 144.19 manat faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınar əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyəri olan 300 manat tərəflər arasında bərabər şəkildə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 55 481.74 manat əsas borc, 13 144.19 manat faiz borcu və, cəmi 68 625.93 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə daşınar əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində xidmət haqqının 150 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən, 150 manat hissəsi isə Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-232/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-232/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver