Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-234/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Nümayəndəliyi tərəfindən ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.m olan torpaq sahəsində və orada inşa edilmiş evdə ölçü işləri aparılmasına maniənin aradan qaldırılaraq həyət qapısının açılaraq şəraitin təmin edilməsi vəzifəsinin Cavabdeh Saitdin qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov ) Rayon İcra Hakimiyyəti Başcısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı sərancamı ilə yaşayış evi tikilməsi üçün ona Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.metr olan torpaq sahəsi verilmişdir və ona məxsus olan həmin torpaq sahəsində onun tərəfindən ümumi sahəsi 125 kv.m olan 4 otaqlı ev inşa edilmişdir. Ona məxsus olan həmin torpaq sahəsi və orada inşa edilmiş ev keçmiş həyat yoldaşı olan Cavabdeh Saitdin qızının faktiki sahibliyindədir. O, həmin torpaq sahəsini və orada inşa edilmiş evi sənədləşdirərək Daşınmaz Əmlakın Dövlər Reyestrində mülkiyyət kimi qeydiyyata aldrmaq istəyir və bu məqsələ onun veridyi etibarnamə əsasında həyat yoldaşı X3 tərəfindən ona məxsus olan həmin torpaq sahəsinin cizgi və xəritədən çıxarışının hazırlanması barədə Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli məktubundan bildirilir ki, İcra Nümayəndəliyi tərəfindən ona məxsus olan qeyd edilən torpaq sahəsinə baxış keçirilməsi üçün dəfələrlə həmin ünvanda olmuşlar, lakin qapını açan olmadığından torpaq sahəsində ölçü işləri aparmaq mümkün olmamışdır. Bununla da həmin torpaq sahəsində ölçü işləri aparılmasına cavabdeh tərəfindən məqsədli şəkildə şərait təmin edilməyərək maneçilik yaradıldığı müəyyən olunmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə İddiaçı iddianın baxılmamış saxlanıması barədə ərizəsinə münasibtədə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianın etiraf etməyərək bildirmişdir ki, İddiaçı bundan əvvəl həmin torpaq sahəsindəki evə (tikiliyə) köçürülmə barədə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 saylı qətnaməsi rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən Cavabdeh tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, mülki iş icraata qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə şikayətə yazılı icraat qaydasında baxılaraq Ali Məhkəmənin həmin tarixli, 2(102-5514/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 saylı qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Nə qədər ki, İddiaçı cavabdeh Kərimova и Aynurə Şaitdin qızına qarşı həmin torpaq sahəsindəki evə (tikiliyə) köçürülmə barədə iddiası Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir və həmin qətnamə hazırda qüvvədədir, qətnamədən şikayətə isə apellyasiya qaydasında hələ baxılıb yekun qərar qəbul edilməmişdir, belə vəziyyətdə mübahisəli torpaq sahəsinə baxış keçirilməsi barədə iddiaya da baxılıb həll edilə bilməz, çünki hələ bilinmir ki, İddiaçı Cavabdeh qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ vardır yoxsa-yox. Digər tərəfdən, həmin ev özbaşına tikili olmaqla İddiaçı 2019-cu ildən torpaq sahəsində və oradakı evdə yaşamır, cavabdehlə birgə təsərrüfatı idarə etmir. Onun torpaq sahəsinə və evə heç bir hüququ yoxdur, yaşamağa başqa yerdə evi və orada lazımi şəraiti vardır. İddiaçı 2019-cu ildən ailəsini, uşqalarını ataraq özü könüllü evi tərk edərək başqa yaşayış yerinə köçüb evlənmişdir, hazırda da yeni evləndiyi arvadı ilə öz evində yaşayır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov ) Rayon İcra Hakimiyyəti Başcısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı sərancamından görünür ki, yaşayış evi tikilməsi üçün ona Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.metr olan torpaq sahəsi İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RİH-nin vətəndaş X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli P-18-091 saylı məktubdan görünür ki, fərdi yaşayış evi tikmək üçün vətəndaş İddiaçı ayrılmış 877 saylı torpaq sahəsinin cizgi və xəritədən çıxarışının hazırlanması barədə rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəniz tapşırığa əsasən RİHB-nın Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilmişdir ki, ərizədə qeyd olunan əraziyə baxış keçirməkdən ötrü dəfələrlə həmin ünvanda olmuşlar, lakin qapını açan olmadığından torpaq sahəsində ölçü işlərini aparmaq mümkün olmamışdır. Bu səbəbdən təqdim olunmuş sənədlərin həmin torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmadığından sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tam, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)2595/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 2487 saylı, 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsində inşa olunmuş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2066/2021 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncam İddiaçı məxsus olması olan fakt müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8715 saylı ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2487 nömrəli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair dair hər hansı sxem, koordinat və istinad nöqtələr olmadığından həmin torpaq sahəsinin naturada harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2487 nömrəli sərəncamla ayrılması nəzərdə tutulan torpaq sahəsinin konkret olaraq naturada harda yerləşməsi müəyyən edilmədiyindən, iddia olunan tikilinin Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2487 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RİH-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə xx.xx.20253-cü il tarixli, 2(003)-234/2023 nömrəli məktuba baxılmış, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilmişdir. Bildiririk ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən 1999-cu il üzrə verilmiş sərəncamlar və ona dair digər sənədlər Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov RİHB-nın 2487 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamla ayrılmış torpaq sahəsinin plan sxeminin olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmetinə aid olan torpq sahəsinin ona aid olduğu iddia etsə də, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh maneələrin aradan qaldırılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-234/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-234/2023
08.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver