Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2340/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 665-xx.xx.2018-002810 saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 25% dərəcəsi ilə hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli D/35 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsə olan Cavabdeht Eyvaz oğlu qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 1396,49 manat borcu qalmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirkı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 665-xx.xx.2018-002810 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 36 ay müddətinə illik 25 % hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X2 müqaviləsi üzrə pul verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, X4 ödənilməmiş əsas borcu 1396,49 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AZ-İ 951154 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 7 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, D/35 nömrəli məktubundan görünür ki, Cavabdeh X3 qalmış mirasa xx.xx.2018-ci il tarixli, 2V- 218 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə xx.xx.2018-ci il tarixli, 665-xx.xx.2018-002810 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Bank” tərəfindən 36 ay müddətinə illik 25 % hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. X4 ödənilməmiş əsas borcu 1396,49 manat manat təşkil edir. Həmçinin məhkəmə müəyyən etdi ki, X6xx.xx.2018-ci il tarixdə ölmüşdür və Cavabdeh X4 vərəsəsidir. X3 qalmış mirasa xx.xx.2018-ci il tarixli, 2V-218 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh borcun ödənilməsi bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, 665-xx.xx.2018-002810 saylı kredit müqaviləsi üzrə 1396,49 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1396,49 manat əsas borc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2340/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2340/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver