Məhkəmə qərarları › İş №2(003)-2353/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2353/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2353/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıistifadə hüququ tanınmaqla mənzilə köçürülmə və yaradılmış maneələrin qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yaşadıqları ünvan 1 mənzil 3 ünvanında yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşadıqları yaşayış evinə (mənzilə) yaşayış hüquqlarının tanınması, həmin yaşayış evindən istifadələrinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 1994-cü ilin 23 mart tarixində rəsmi olaraq evlənməklə ailə həyatı qurmuşdur. Toydan sonra gəlin kimi cavabdehlərin Bakı şəhərinin Əhmədli qəsəbəsindəki 3 otaqlı evlərinə köçmüş və həmin vaxtdan 1997-ci ilin 01 oktyabrınadək bu ünvanda Emil ilə ər-arvad kimi yaşamışlar. 1997ci ilin oktyabr ayının 01-dən isə qaynanası Cavabdeh1 adına alınmış və ünvan 2 mənzil 3 ünvanındakı üç otaqlı yaşayış evlərinə ailəlikcə köçərək indiyədək orada yaşamağa başlamışdır. Həmin yaşayış evi üç otaqlı olub, normal təmirlidir və insan yaşayışı üçün hər bir şəraiti vardır. Sözügedən mənzilin otaqlarına o, cehiz əşyalarını yığmış, burada yaşayanların hər biri onlardan istifadə etmişdir. Birgə nikahdan üç övladları olmuşdur. Bunlar xx.xx.1996-cı il təvəllüdlü X5, xx.xx.1997-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2r. Həm onun, həm də ki, övladlarının pasport qeydiyyatları da sözügedən evədir. 1997-ci ilin oktyabr ayından başlayaraq 2019-cu ilin sentyabrnadək olan dövr ərzində, yəni 22 il müddətində o, həmin evdə üç övladı ilə birgə yaşayaraq Cavabdeh2 ilə ər-arvad münasibətində olmuşdur. Lakin Cavabdeh2 ilə yola gedə bilmədiklərinə və xasiyyətlərinin uyğun gəlmədiyinə, evdə daim mübahisələr olduğuna görə nikahın pozulması və azyaşlı qızı Günnurun onun himayəsində qalmaqla cavabdehdən aliment tutulması tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ötən bu illər ərzində həmin evdə övladlarında birgə yaşamalarına baxmayaraq cavabdehlər onu daim incidərək bu mənzildən qovub çıxartmaq istəmiş və həmin mənzilin hamam-tualet kimi sanitar qovşaq və mətbəx hissəsindən istifadə etməsinə daim müxtəlif əngəllər yaradır, oğlan övladlarını evdən qovmuş və onu da bu mənzilə, yaşadığı otağa buraxmaq istəmir, onun və azyaşlı qızının hüquqlarını pozurlar. Nəhayət, xx.xx.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 ilə olan nikahları pozulmuş və xx.xx.2013-cü il təvəllüdlü qızım X3 onun himayəsində saxlanmış və qızı Günnürun saxlanmasından ötrü Cavabdeh2 hər ay sabit pul məbləğində 160 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd etdiyi müddət ərzində sözügedən evdə övladlarında birgə yaşamasına, oradakı otaqlarda onun cehzilərinin qalmasına baxmayaraq, cavabdehlər onu həmin evin digər otaqlarına da yaxın buraxmır və onu oradan nəyib bahasına olursa olsun qovub çıxarmaq istəyirlər. Halbuki, o, bu mənzildə 23 ildir ki, yaşayır, orada bir otaqdan istifadə edir və azyaşlı qızı ilə birgə yaşayışılarını təmin etmişlər. Lakin cavabdehlərin hər ikisi onun və qızının bu mənzildən istifadə etməyinə müxtəlif maneəçiliklər törədir, normal insana yaraşmayan hərəkətlər edir və münaqişəli şərait yaradırlar. Halbuki, o, həmin evdə övladlarını dünyaya gətirməklə yanaşı saçlarını ağartmış, mənzilin təmiri, onun abadlaşdırılması və təmizliyi ilə əlaqədar bütün problemlərinin həllində yaxından iştirak edərək zəhmət və əziyyət çəkmişdir. O, həmin evdə öz övladlarında birgə rahat, sakit və problemsiz yaşamaq, oradan rahat istifadə etmək və həmin evdən istifadə hüququmun tanınmasını istəyir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun və övladı-xx.xx.2013cü il təvəllüdlü X4 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 3 mənzil 3 ünvanında yerləşən üç otaqlı mənzilə köçürülməsi, həmin yaşayış mənzilinə istifadə hüquqlarının tanınması, həmin mənzildən istifadələrinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması haqqında qətnamə çıxarmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, iddiaçının mənzilə köçürülməsinə etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, iddiaçının həmin evdə yaşamasına heç bir maneçilik yaradılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1914/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmaqla Cavabdeh2 hər ay 160 manat məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktuubndan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8, 3saylı mənzil Bakı şəhəri 25 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3MA/2-133 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə əvvəla hesab edir ki, iddia tələbi iddaçının mübahisəli evə istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilənşəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yəni hazırki iş üzrə iddiaçının mübahisəli evə artıq istifadə hüququ cavabdeh tərəflə aralarında hüquq münasibətlərinin yarandığı dövrdən mövcud olmuşdur. Belə olan halda məhkəmə tərəfindən mövcud hüququn yenidən tanınması mümkünsüzdür. Məhkəmə iddia tələbinin mənzilə köçürülmə hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində əsaslıdır. Belə ki, göründüyü kimi, iddiaçı 1994cü ildə Cavabdeh2 ilə nikahını bağlamaqla 1997-ci il tarixdə mübahisəli mənzilə köçmüşdür. Məhkəmə iclasında isə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir. Yəni iddiaçının istifadə hüququnun olduğu və daimi yaşayış yeri olan evə köçürlməsi qanunvericiliklə onun müəyyən edilmiş hüququdur. Digər tərəfdən, iddiaçnın ora köçürlməsi ilə birlikdə onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqda valideynin yaşayış yeri üzrə orada yaşamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin “mübahisəli mənzildən istifadələrinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” haqqında hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının orada yaşamasına hər hansı bir maneçilik törədilmədiyini yalnız keçmiş əri ilə aralarında mübahisə olduğu üçün evdən getdiyi bildirilmişdir. Hazırda da onun ora köçürrülməsinə və yaşamasına hər hansı bir etirazları yoxdur. Yəni, faktiki olaraq iddiaçıya maneçiliyin törədilməsi halı müəyyən edilmir. Məhkəmə iddia tələbinin “cavabdehlərə gələcəkdə hər hansı maneə yaratmasının qadağan edilməsi barədə” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə hazırda mövcud olmayan, gələcəkdə yaranması ehtimal olunan pozuntunun qadağan edilməsi barədə tələbi təmin edə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim olunuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Büzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, 8 saylı evin, 3 saylı mənzilinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Büzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, 8 saylı evin, 3 saylı mənzilinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar