Məhkəmə qərarları › İş №2(003)-2354/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2354/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2354/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə İddiaçıASC-nincavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşıkredit borcunun tutulması və ipoteka predmetlərinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13709.02 manat əsas, 1323.08 manat faiz, 4579.21 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19611.31 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 manat rüsumun tutulması, Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13702.27 manat, 1350.56 manat faiz, 4675.66 manat cərimə olmaqla cəmi 19728.39 manat məbləğində rüsumun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, SKMF №019/CD-15 saylı kredit müqaviləsinə əsasən illik 6% olmaqla 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, SKMF № 017/CD-15 saylı kredit müqaviləsinə əsasən illik 6% olmaqla 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Bankla Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, SKMF №019/CD-15 saylı və xx xxxxx 2017-ci il tarixli, SKMF №017/CD-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, №019/CD-15 saylı və xx xxxxx 2017-ci il tarixli, №017/CD-15 saylı sonrakı ipoteka müqavilələrinə əsasən, Cavabdeh3 məxsus (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Reyestr **********82-05101-093033, Qeydiyyat nömrəsi **********, Seriya MA 0040040) Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrinə əsasən əmlakın ilkin satış qiyməti 94 000 AZN qiymətləndirilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə xx xxxx 2020- ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 1290.98 AZN, faiz borcundan isə 1369.02 AZN ödəniş etmişdir. Hazırda borclunun Banka olan borcu 13709.02 (on üç min yeddi yüz doqquz manat, 02 qəpik) manat əsas, 1323.08 (bir min üç yüz iyirmi üç manat, 08 qəpik) manat faiz, 4579.21 (dörd min beş yüz yetmiş doqquz manat, 21 qəpik) manat cərimə olmaqla, cəmi 19611.31 (on doqquz min altı yüz on bir manat, 31 qəpik) manat təşkil edir. Həmçinin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, cavabdeh sözügedən kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 1297.73 AZN, faiz borcundan isə 1367.27 AZN ödəniş etmişdir. Hazırda borclunun Banka olan borcu 13702.27 9 (on üç min yeddi yüz iki manat, 27 qəpik) manat əsas, 1350.56 (bir min üç yüz əlli manat, 56 qəpik) manat faiz, 4675.66 (dörd min altı yüz yetmiş beş manat, 66 qəpik) manat cərimə olmaqla, cəmi 19728.39 (on doqquz yeddi yüz iyirmi səkkiz manat, 39 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir.Tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, №019/CD-15 saylı və xx xxxxx 2017-ci il tarixli, №017/CD-15 saylı müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2,-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa. Bankın borcun dərhal qaytarılmasını tələb elmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var.Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Qeyd olunanlara əsasən, Cavabdeh2 ilə bağlanmış xx xxxxx 2017ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13709.02 manat əsas, 1323.08 manat faiz, 4579.21 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19611.31 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 manat rüsumun tutulması, Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13702.27 manat, 1350.56 manat faiz, 4675.66 manat cərimə olmaqla cəmi 19728.39 manat məbləğində rüsumun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək bildirmişdir ki, maddi imkanı yaxşı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. İmkanı olanda borcunu ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, borcu o götürməmişdir, odur ki ondan pul tutulmasına, eləcə də əmlakına tutma yönəldilməsinə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxx 2017ci il tarixdə 019/CD-15 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istehlak məqsədilə illik 6 % hesabıilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borcun təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx xxxxx 2017-ci il tarixdə 019/CD-15 №-li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2017ci il tarixdə 017/CD-15 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istehlak məqsədilə illik 6 % hesabıilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borcun təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx xxxxx 2017-ci il tarixdə 017/CD-15 №-li zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan müqavilələr bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh2 xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, 13709.02 manat əsas, 1323.08 Manat faiz, 4579.21 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19611.31 manat məbləğində borcu, Cavabdeh1 xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD- 15 saylı kredit müqaviləsinə əsasən, 13702.27 manat, 1350.56 manat faiz, 4675.66 manat cərimə olmaqla cəmi 19728.39 manat məbləğində borcu yaranmışdır təşkil etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxudümumiyyətlə, belətəminatverəbilməzsə, kreditordərhalicranıtələbedəbilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrəöhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, Cavabdeh2 arasında bağlanmış ipoteka müqavilələrindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli seriya RX seriyalı ******* №-li Çıxarışın əsli ilə təsdiq edilmiş surətindən görünür ki,həmin mənzilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqavilələrində ipoteka predmetinin dəyəri 94.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tərəflər arasında ipoteka predmetinin dəyəri barədə mübahisənin olmamasını nəzərə alaraq, əmlakın dəyərinin ipoteka müqavilələrində qeyd olunmuş məbləğ olaraq müəyyən edilməsi qənaətinə gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, 13709.02 manat əsas, 1323.08 manat faiz borcu, Cavabdeh1 xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, 13702.27 manat, 1350.56 manat faiz borcu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kreditmüqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmamasıCavabdeh2 xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, 4579.21 manat, Cavabdeh1 xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, 4675.66 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdə-liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərəalaraqhesabedirki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq Cavabdeh2 xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD- 15 saylı kredit müqaviləsinə əsasən, 100 manat, Cavabdeh1 xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, 100 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa,ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh2 ilə bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13709.02 manat əsas, 1323.08 manat faiz, 100 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15132.1 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 manat rüsumu tutulmalı, Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13702.27 manat, 1350.56 manat faiz, 100 manat cərimə olmaqla cəmi 15152.83 tutulmalı, cavabdehlərdən müştərək qaydada 15 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzilinə yönəldilməli, həmin ev 94.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdanəldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 30346.93 manat məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh2 ilə bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13709.02 manat əsas, 1323.08 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 15132.1 (on beş min yüz otuz iki manat on qəpik) manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 (altmış iki) manat rüsumu tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13702.27 manat, 1350.56 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 15152.83 (on beş min yüz əlli iki manat səksən üç qəpik) manat borc tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15 manat dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzilinə yönəldilsin, həmin ev 94.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASCyə ümumilikdə 30346.93 (otuz min üç yüz qırx altı manat doxsan üç qəik) manat məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar