Məhkəmə qərarları › İş №2(003)-2354/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2354/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2354/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Faiq Musa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 5921,81 manat məbləğində zərərin əvəzinin və ödənilmiş 80 manat dövlət rüsumunun iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan dəmir-beton körpüyə maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixində saat 15-30 radələrində dəmir yolunun Şirvan çeşidləmə Baş-Şirvan mənzilinin 47 km pk4 sahəsində X9 yol hərəkəti qaydalarını pozmaqla, idarə etdiyi “Hovo” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin ərazidən keçərkən dəmir yolu üçün nəzərdə tutulmuş dəmir beton körpüsünü zədələmişdir. Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin NBPİ-nin DYNPİ İmişli st. Xətt polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və təqsirkar sürücü Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Daxili İşlər Nazirliyinin Şirvan Şəhər Polis şöbəsinə göndərilmiş, həmin şöbənin DYP bölməsinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. Hadisə nəticəsində ADY-yə (ƏDV daxil) 5921,81 (beş min doqquz yüz iyirmi bir manat səksən bir qəpik) manat (8 nömrəli Saatlı yol sahəsinin xx.xx.2021-ci il tarixli 26 nömrəli arayışı ilə 464,64 manat, İnfrastruktur departamentinin “X8” İdarəsinin xx.xx.2021-ci il tarixli 04/6 nömrəli arayışı ilə 4553,84 manat, 903,33 manat ƏDV) məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Cəmiyyətə vurulmuş ziyan ödənilməmişdir. Bununla əlaqədar ADY-nir pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İmişli stansiya XPŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün toplanmış materiallar üzrə cinayət şinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İmişli stansiya XPŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, aparılmış araşdırma zamanı baş vermiş yol nəqliyyat hadissəsi şəraitində “HOWO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməklə uzunölçülü, iriqabaritli, ağırçəkili yükləri daşıyan zaman nəqliyyat vasitəsinin hərəkəti zamanı yolun mühəndis konsturksiyasının zədələnməsinə səbəb olmuşdur. İş materiallarında olan İnfrastruktur Departamentinin “X8” İdarəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrasturktur Departamentinə ünvanladığı xx.xx.2021-ci il tarixli 04/6 nömrəli arayışından görünür ki, hadisə nəticəsində Hacıqabul bölməsi üzrə cəmi xərc 4553,84 manat və 903 manat ƏDV təşkil edir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 8 nömrəli Saatlı yol sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrasturktur Departamentinə ünvanladığı xx.xx.2021-ci il tarixli 26 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Şirvan Çeşidləmə - Şirvan Baş Mənzilinin 47 kmnin 4-cü piketində yerləəşən dəmir beton körpüdə baş vermiş hadisə nəticəsində bərpa işlərinin icra olunması üçün 8 nömrəli Saatlı yol sahəsinə 464,64 manat ziya dəymişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin X2 və İnformasiya Təminatı baş idarəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarxili 05/1000 nömrəli məktubunda xx.xx.1961-ci il təvəllüldü Cavabdeh (pasport 10CC37601) sonuncu dəfə ölkədə müvvəqəti olma müddəti xx.xx.2020-ci il tarixdək uzadılmış və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin təmir və bərpası üçün çəkilmiş xərclərin ödənilməsini tələb edir və həmin zərərin həcmi 5921,81 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları Preyskurantdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi 5921,81 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 80 (səksən) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5921,81 (beş min doqquz yüz iyirmi bir manat 81 qəpik) manat məbləğində dəymiş maddi zərər və ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar