Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2355/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X3, Cavabdeh X4 iştirakı ilə İddiaçı-nin cavabdeh X5 qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkİddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5658 manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin cavabdeh X2 tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə cavabdeh X7 arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X10” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018–ci il tarixli 482–K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 269–K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh X7 iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019–cu il tarixdə Oba–Buzovna mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh X7 Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019–cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5658 manat məbləğində zərər vurması məlum Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 5658 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh X7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və izahatında göstərmişdir ki,iddiaçı tərəfindən verilən iddia müddəti ötürülmüşdür. Belə ki, o, xx xxxx 2017-ci il tarixdə 139–K nömrəli əmrə əsasən “İddiaçı“ MMC–də X6 Şöbəsinin OBA Marketlər şəbəkəsinə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsinə işə götürülmüş və onunla “X10 haqqında” müqavilə bağlanılmışdır. 25 may 20l8–ci il tarixdə cəmiyyətin ştat cədvəli üzrə Satış Departamenti və Departament daxilində “Satış 1” və “Satış 2” şöbələri yaradıldığından xx xxxxxxx 2018–ci il tarixli 482-K nömrəli əmrə əsasən “Satış 1” şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. xx xxxx 2019–cu il tarixdə İddiaçınin 269–K nömrəli əmrinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Onu da qeyd edir ki, işdən azad olunmağı ilə bağlı xx xxxx 2019–cu il tarixində əmr verilsə də, işlədiyi yerdən 2019–cu ilin mart ayının 5–dən uzaqlaşmışdır. Hətta həmin günü onun tərəfindən təhvil– qəbul aktına imza atılaraq marketdə olan məhsullarla bağlı sayım aparılmışdır. İddia ərizəsindən də açıq-aydın görünürki, rəsmi olaraq işdən azad olunduğu müddətin üzərindən 1 il 2 ay vaxt keçmişdir, lakin buna baxmayaraq İddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə bağlı xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2965-ci maddəsində qeyd edilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən l təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Cavabdeh məhkəməyə ünvanladığı digər ərizəsində və izahatında bildirmişdir ki, onunla İddiaçı arasında olan “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktı imzalayarkən səbəb göstərə bilməməyi ilə bağlı qeyd etmişdir ki, bu onun İddiaçı–yə olan borcunu təsdiq edən akt deyil. Belə ki, adından göründüyü kimi “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktdır. Həmin aktda da hansı məhsullar üzrə artıqların, hansı məhsullar üzrə də əskiklərin olduğu qeyd edilmişdir. Yəni konkret olaraq borcla bağlı hər hansı bir qeyd yoxdur. Yalnız cədvəlin yuxarı hissəsində “inventarizasiyanın nəticəsinə əsasən” nəyin artıq, nəyin əskik gəldiyi qeyd olunmuşdur. İkincisi, akt xx xxxx 2020–ci il tarixində tərtib olunmuşdur və aktda da qeyd edildiyi kimi həmin tarixdə inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatların üzləşdirilməsi aparılmışdır. Sual olunur: siyahı üzrə 1465 adda olan məhsulu necə bir günün içində tərtib etmək olar ki? Bu o deməkdir ki, aktda göstərilən məhsullar akt tərtib olunan zamanı deyil, daha öncədən İddiaçı-yə məlum olmuşdur. Yəni “xxxxxxxxxxxxxxxx” MMC əskiklər barədə məlumatı hələ o, orada işlədiyi müddətdən bilirmiş. Belə çıxır ki, o, işdən azad olunmasaydı heç bu barədə də məlumatı olmayacaqdı və nə də ona borc ilə bağlı hər hansı bir iddia qaldırılmayacaqdı. Üçüncüsü, “iddia müddətinin tətbiqi ilə bağlı” məhkəməyə ünvanladığı ərizəsində iddia müddətinin üzərindən 1 il 2 ay keçdiyini qeyd etsə də, əslində “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktın imzalandığı xx xxxx 2019–cu il tarixindən hesablasaq iddianın qaldırıldığı 2020-ci ilin iyul tarixinə qədər artıq 1 il 4 ay müddətin ötdüyünün şahidi olarıq. Dördüncüsü, aktın son vərəqinə diqqət etdikdə “inventarizasiyanın nəticəsinə əsasən” artıqgəlmə bölməsində 5025.01 manat artığın, əskikgəlmə bölməsində isə 13140.70 manatın əskik gəldiyinin şahidi oluruq. Belə çıxır ki, İİ ay işlədiyi müddət ərzində onun tərəfindən 8115.70 manatlıq əskiyi yaranmışdır. Lakin “xxxxxxxxxxxxxxxx” MMC olaraq ona “5658 (beş min altı yüz əlli səkkiz) manat məbləğində maddi ziyanın ödənilməsi” tələbi qaldırılmışdır. Keçən dəfəki iclasda iddiaçı tərəfə belə bir sual ünvanlanmışdır: 8115.70 manatlıq əskik olduğu halda nəyə görə iddia o qədər deyil, məhz 5658 manat olaraq qaldırılmışdır? İddiaçı tərəf isə bu suala cavab verərək dükanda oğurluq, xarab olma, sınma və bu kimi yaranmış hadisələri çıxdıqdan sonra belə bir məbləğin ortalığa qoyulduğu qeyd edilmişdir.Beşincisi, iddiaçı tərəf qeyd edir ki, dükanda bir sıra oğurluq, xarab olma, sınma və bu kimi yaranmış hadisələr baş vermişdir. Lakin iddiaçı tərəfindən ona qarşı iddia qaldırılarkən həmin oğurluq, xarab olma, sınma və bu kimi hadisələri əks etdirən aktlaşdırma sənədləri məhkəməyə təqdim edilməmişdir. Bəlkə də aktda qeyd olunan məhsulların əksəriyyəti elə oğurlanmış, xarab olmuş və ya sınmış məhsulların siyahısıdır? Bu səbəbdən 81 xx xxxxxxxx 5658 manatın nəyə əsasən iddia qaldırılması maraq doğurur. Nəticə etibarı ilə, o, onlara etibar edərək həmin aktı oxumadan imza etmişdir. Düzdür, aktı oxumadan imza atmağı ona hər hansı bir haqq qazandırmır, lakin akt imzalanarkən belə bir borcunun olması barədə ona məlumat verilməli idi. Çünki, borcu olsa belə bunu bilmək onun haqqıdır. Lakin, görünən odur ki, İddiaçı bunu ona deməməklə bu məsələdən də müəyyən mənfəət əldə edirmiş. Hesab edir ki, İddiaçı–nin ona qarşı “5658 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia müddəti ötürüldüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. İddiaçı–nin ona qarşı 5658 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tədbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, İddiaçı“ MMC ilə X7 arasında xx xxxx 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı“ MMC ilə X7 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış “X10 haqqında” müqaviləyə əsasən X1 Əməliyyatları Şöbəsinin OBA Marketlər şəbəkəsinə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 482-K əmrdən çıxarışın surətindən görünür ki, X7İddiaçı-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 269-K saylı əmrin surətindən görünür ki, X7 İddiaçı-nin Satış 1 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan xx xxxx 2019–cu il tarixində OBA Buzovna filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun akta əsasən araşdırma sonrası nəticə 8115,69 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, artıqgəlmə bölməsində 5025.01 manat artığın, əskikgəlmə bölməsində isə 13140.70 manatın əskik gəldiyi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı-nin sabiq administratoru, X4 maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X7 ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5658 manat çatışmazlıq müəyyən edilmişdir. X7 5658 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. İşdən görünür ki, İddiaçı cavabdehə 5658 manat maddi ziyanın ödənilməsi barədə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Ona görə ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X7 arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. xx.xx.2019–cu il tarixdə cavabdehin Oba–Buzovna mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən edilmiş, xx.xx.2019–cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5658 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən,işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə əlaqədar hüququnun ona məlum olduğu vaxtdan bir il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2019–cu ildən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını xx xxxx 2019-cu il tarixdə artıq bilirdi, yəni iddiaçı hüqununun pozulmasını xx xxxx 2019-cu ildə bildiyihalda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci iltarixdəmüraciətetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın qeyd edilən hissəsi də təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı-nin cavabdeh X5 qarşı İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5658 manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin cavabdeh X2 tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2355/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2355/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver