Məhkəmə qərarları › İş №2(003)-2385/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2385/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2385/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən elektron nəzarət vasitəsinin komplektinin və ya onun dəyəri 2397.16 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı Şəhər Probasiya İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180 saylı 27.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 14.11.2019-cu il tarixdə böyük icra məmuru R.Ağayev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq iltizamla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd adapter məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh cəza müddəti bitməsinə baxmayaraq, elektron nəzarət vasitələrini qaytarmamışdır. Cavabdeh lazımınca məsuliyyətli olmadığından bir ədəd elektron nəzarət vasitəsinin komplektini təhvil verməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin komplektin dəyəri 2397.16 manat təşkil edir. Qeyd olunanlara əsasən, cavabdehdən elektron nəzarət vasitəsinin komplektinin və ya onun dəyəri 2397.16 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180 saylı 27.06.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cavabdeh üzərinə cəza çəkdiyi müddətdə yaşadığı fərdi yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müəyyən məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Maliyyə və təminat idarəsinin məktubunun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri elektron qolbaqlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə), məlumatların yoxlanması üçün lisenziya, nəzarət qurğuları birlikdə 2180.52 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirməlidir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən itirilərək probasiya idarəsinə təhvil verilməmiş elektron nəzarət vasitəsinin komplektinin və ya onun dəyəri olan 2397.16 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin iddiaçı İdarə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına cavabdeh tərəfindən ona təhkim olunmuş cihazların qaytarılmaması ilə bağlı hər hansı akt və s. sənəd əlavə edilməmiş, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən, qeyd olunan halın baş verməsini, eyni zamanda tələb olunan 2397.16 manat pul vəsaitinin hansı qaydada və əsasla hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası təmin eidlməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar