Məhkəmə qərarları › İş №2(003)-2388/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2388/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2388/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1690 manat əsas borc və 1000 manat peniya pulu və ödənilmiş 46,90 manat dövlət rüsumu, cəmi 2736,90 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, cavabdehlər Cavabdeh1 və onunla birgə yaşayan Cavabdeh2 2 ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə cavabdehlər işlədiyi Bakı şəh, Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yerləşən Zabrat-Telecom mağazasından kredit müqaviləsi əsasında 1 ədəd “Samsung A-33”, dəyəri 950 manat mobil telefonu 6 ay müddətində ödəmək şərti ilə götürmüşlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yenidən müqavilə əsasında 1 ədəd “Samsung A-23”, dəyəri 550 manat və 1 ədəd “Redmi lOc” markalı mobil telefonu 1 ay müddətində ödəmək şərti ilə götürmüş, Cavabdeh2 isə həmin məbləğin vaxtında ödənilməsinə zamin durmuşdur. Cavbdehlər müqavilə əsasında ümumilikdə 2300 manat dəyəri olan mobil telefonları götürərək 6 ay müddətində tam ödəməyi öhdələrinə götürmüşlər. Fakin cavabdehlər ödənilən məbləğin 610 manat hisəsini ödədikdən sonra yerdə qalan 1690 manat məbləği ödəməmişlər. xx.xx.2023-cü il tarixdə cavabdehlə bağlanmış kredit müqaviləsinin 5-ci maddəsinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda, hər gecikən gün üçün 5 manat həcmində peniya hesablanır. Bununla bağlı cavabdehlərə məlumat veriləsədə onlar hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu ödəməkdən yayınmışlar. Bir sözlə onlar onun etibarından sui-istifadə edərək nəticədə ona maddi ziyan vurmuşlar. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1690 manat borcun və ödənilmiş 36,9 manat dövlət rüsumu, cəmi 1726,9 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin məhkəmə iclasında izahatında göstərdi ki, cavabdehlərin 3 ədəd telefon üzrə ümumilikdə 2300 manat borcları olmuş, həmin borcdan 610 manat ödəniş etmişlər. Hazırda cavabdehlərin 1690 manat borcları ödənilməmiş qalmışdır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 dəyəri 550 manat 1 ədəd “Samsung A-23” markalı və dəyəri 800 manat olan 1 ədəd “A23-10C” markalı mobil telefonları 1 ay müddətində ödəmək şərti ilə götürmüş, Cavabdeh2 isə həmin məbləğin vaxtında ödənilməsinə zamin durmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1 ədəd “Samsung A-33”, dəyəri 950 manat mobil telefonu 6 ay müddətində ödəmək şərti ilə götürmüş, Cavabdeh2 isə həmin məbləğin vaxtında ödənilməsinə zamin durmuşdur. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli kredit müqavilələri bağlamış, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq ilə zaminlik olmuşdur. Cavabdeh2 Cavabdeh1 İddiaçı qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş onunla Cavabdeh1 arasında “WhatsApp” proqramı vasitəsi ilə aparılmış səs yazılarına baxış keçirilmiş, baxış zamanı cavabdeh iddiaçı ilə aralarında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrin bağlandığını təsdiq etməsi və iddiaçıya 1310 manat borcu olmasını etiraf etməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 2300,0 manat dəyərində mobil telefonlar verdiyini, həmin məbləğdən 610,0 manat qaytarıldığını, hazırda cavabdehin ona 1690,0 manat borcu qaldığını bildirir. İş materiallarında olan səs yazısından isə cavabdeh məhəmməd iddiaçıya cəmin 1310 manat borcu qaldığını bildirir. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya 1310 manat borcunun qalması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə cavabdehin idiaçıya əlavə 380,0 manat borcunun (1690 - 1310) qalmasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri telefonların alqısatqısından ibarət olmuşdur. Bu səbəbdən də, məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarının təqdim edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə Hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə alınmış əşyaya görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin təmin edilməsinə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Buna görə də, cavabdeh Mehman Məstan oğlu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədiyindən, digər Cavabdeh2 digər cavabdeh Mehman Məstan oğlu ilə birlikdə iş üzrə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 114,44 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 36,9 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1690,0 manat məbləğində pul vəsaiti və 36,9 manat dövlət rüsumu olmaqla, cəmi 1726,9 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1690,0 manat məbləğində pul vəsaiti və 36,9 manat dövlət rüsumu olmaqla, cəmi 1726,9 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar