Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2410/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X5, Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundal Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş 4940 (dörd min doqquz yüz qırx) manat məbləğində pulun alınaraq ona ödənilməsi, avtomobilin duracaqda saxlanılmasına görə ödədiyi 38 (otuz səkkiz) manat məbləğində pulun cavabdehlər "AZƏRMAŞ” MMC və Fərəcov X6 alınaraq ona qaytarılması, iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Fərəcov X6 alınaraq ona qaytarılması, Bakı şəhəri, 6 saylı Vəkil Bürosuna ödədiyi 500 (beş yüz) manat olmaqla, cəmi 5508 (beş min beş yüz səkkiz) manat məbləğdə vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2007-ci il buraxılışlı, qara rəngli, “Hyundai Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nışanlı şəxsi minik avtomobili vardır. O 3 azyaşlı övladlarıl ilə birlikdə həmin avtomobilimlə 22 mart 2021-ci il tarixdə, saat təxminən 13-00 radələrində Sumqayıt şəhərindən Novxanı-Fatmayi yolu ilə Bakı şəhəri istiqaməti ilə hərəkətdə olarkən, qarşı hərəkət istiqamətində hərəkətdə olan, dövlət qeydiyyat nömrəsini bilmədiyi, qara rəngli “Mersedes Benz” markalı maşının arxa tərəfinə dövlət qeydiyyat nömrəsini bilmədiyi “Ravon Nexia” markalı avtomaşının qabaq tərəfinin çırpıldığını gördü. O dərhal əyləci sıxıb, maşının sürətini aşağı saldı. Lakin aldığı zərbənin təsirindən "Mersedes Benz” markalı minik maşını qarşı yola, yəni onun hərəkət istiqamətinə çıxaraq, qabaq sol tərəfi ilə onun maşınının qabaq sol tərəfinə çırpıldı. Onun maşını da aldığı zərbənin təsirindən yolun sağına tərəf hərəkət edib bardurlara dəyib dayandı. Bundan sonra hadisə yerinə vətəndaşlar toplaşdı və Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Təcili tibbi yardım çağırıldı. Bizdə xəsarət yox idi. Digər maşınlarda olanlara da yardım olundu, xəstəxanaya aparıldılar. Polis işçiləri isə hadisə yerinə baxış aparıb, hadisə yerinin sxemini, fotoşəkil çəkdilər. Həmin sxemdə hadisənin baş vermə mexanizmi açıq-aydın təsvir olunmuşdur. Ona sonradan məlum oldu ki, “Ravon Nexia R3” markalı, ** PH *** dövlət yyat nişanlı avtomaşının sürücüsü X10, “Mersedes Benz” markalı ** CM *** dövlət qeydiyyat nişanlı minik maşınının sürücüsü isə X8r. Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmışdır. O da izahat vermişdir. Nəticədə material üzrə 27 aprel 2021-ci ildə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və bir nüsxəsi ona təqdim olunmuşdur. Həmin qərarda hadisənin baş vermə şəraiti və mexanizmi araşdırılmışdır. Müəyyən olunmuşdur ki, hadisənin baş verməsində təqsirkar, “Ravon Nexia R3” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, Cavabdeh2dur. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1 maddəsi ilə inzabati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin DYPŞ-ə göndərilmişdir. Həmçinin Cavabdeh2 izahatında bildirmişdir ki, idarə etdiyi “Raven Nexia R3” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 MMC-yə məxsusdur. Həmin avtomobili 26.02.2021-ci ildə Cavabdeh1 MMC-dən lizinq müqaviləsi əsasında almış və şirkət tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Beləliklə də, araşdırma ilə həm də, müəyyən olunmuşdur ki, 22.03.2021-ci il tarixdə məlum yol-nəqliyyat hadisəsi baş verən zaman “Ravon Nexia RƏ” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh2 deyil, Cavabdeh1 MMC olmuşdur. Baş vermiş hadisə nəticəsində onun avtomaşınına dəyən zərərin həcmini müəyyən etmək üçün "xxxx" şirkətinə müraciət etmişdir. Həmin şirkətin əməkdaşları 30 aprel 2021-ci ildə avtomaşına baxış keçirib, qüsur aktı tərtib etmişlər. Həmin aktda ona mənə məxsus “Hyundai Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına 4940 (dörd min doqquz yüz qırx) manat məbləğində zərər dəydiyi qeyd olunmuşdur. Beləliklə də, müəyyən olunmuşdur ki, qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində cavabdehlər “Ravon Nexia R3” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh1 MMC-i və həmin avtomaşının sürücüsü Cavabdeh2 tərəfindən ona 4940 (dörd min döqquz yüz qırx) manat məbləğində maddi zərər vurulmuşdur. Araşdırma dövründə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ona vurduqları maddi zərəri nəinki ödəməmiş, buna təşəbbüs belə göstərməmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundal Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş 2980 (iki min doqquz yüz səksən manat) məbləğində pulun alınaraq ona ödənilməsi, əlavə zərər olaraq 1600 (bir min altı yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Fərəcov X6 alınaraq ona ödənilməsi, avtomobilin duracaqda saxlanılmasına görə ödədiyi 38 (otuz səkkiz) manat məbləğində pulun cavabdehlər "AZƏRMAŞ” MMC və Fərəcov X6 alınaraq ona qaytarılması, iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Fərəcov X6 alınaraq ona qaytarılması, Bakı şəhəri, 6 saylı Vəkil Bürosuna ödədiyi 500 (beş yüz) manat olmaqla, cəmi 5148 (beş min yüz qirx səkkiz) manat məbləğdə vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh3 əlavə cavabdeh olaraq cələb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izhat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə İclasında Cavabdeh1 nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək iddia rədd edilməsini xahiş etdi. Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında 06 avqust 2018-ci il tarixdə AL-181 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 14 iyun 2019-cu il tarixli Al-181 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Ravon- Nexıua R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh3 MMC-nin müvəqqəti istifadəsinə vermişdir. 06 avqust 2018-ci il tarixli AL-181 saylı saylı “Daxili Lizinq” müqaviləsinin 6-cı bəndinə əsasən Cavabdeh3 MMC-nin xahişi əsasında Cavabdeh1 MMC-nin mülkiyyətində olan, “Ravon-Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh2 etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 06.03.2021-ci il tarixdə bitmiş və bununla bağlı Lizinq alan Cavabdeh3 MMC-yə 04.03.2021-ci il tarixli 402 saylı xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddətinin pitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibamamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Həmçinin daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi Lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Daxili Lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqaviləsnin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Qeyd edilənlərə əsasən iddiaçının tələb etdiyi məbləğin Lizinq alan Cavabdeh3 MMC və heç bir hüquqi əsası olmadan avtomobili idarə etmiş X4 tutulmasını məhkəmədən xahiş edilir. Cavabbdeh Cavabdeh3 nümayəndəsi X9 iddianın qəbul etməyərək, iddiaçı qarşısında hec bir öhdəliyinin olmamasını bildirərək iddianın ona qarşı olan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 iddiaya münasibətdə iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştiak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 27.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh2 olmuş və onun barəsində Azərbaycan Respublikasının İXMin 327.8 və 332.1-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, “Hyundai Sonata” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 14.11.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 070974 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdır. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Sonata” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və xərcləri 4940 manat təşkil edir. İş materiallarında olan DİN BDYPİ “Siqanl” İLİİ tərəfindən verilmiş birdəfəlik dayanacaq haqqı qəbzindən görünür ki, 22.03.2021-ci il tarixdən 29.04.2021-ci il tarixədək olan dövr üçün 38 manat ödəniş edilmişdir. İş materiallarında olan AL-181 nömrəli 06.02.2018-ci il tarixli “Daxili Lizinq” müqaviləsindən və əlavədən görünür ki, “Ravon-Nexıa R3” markalı minik maşını 13800 manata Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınımış və lizinq alan X7 lizinqə verilmişdir. İş materiallarında olan “Ravon-Nexıa R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 06.02.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 131813 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1dir. İş materiallarında olan 14.06.2019-cu il tarixli MAS-181 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilədən görünür ki, Cavabdeh1, X12 və Cavabdeh3 MMC arasında bağlanmış üçtərəfli müqavilənin 1.1-ci bəndindən görünür ki, Cavabdeh1 06.02.2018-ci il tarixli MAS-181 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh3 MMC-yə ötürülmüşdür. İş materiallarında olan 14.06.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, olan “Ravon-Nexıa R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 MMCyə təhvil verilmişdir. İş materiallarında olan DİN-nin DYP-nin 28.05.2021-ci il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 332.1 maddələri ilə inzabati tənbeh tədbiri görülmüşdür. İş materiallarında olan 25.05.2021-ci il tarixli 84768 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən 1959,85 manat sığorta ödənişi ödənilmişdir. İş materaillarında olan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2021-ci il tarixli 1073/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Ravon-Nexıa R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya icarəyə verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hüquqi xidmətlə bağlı olaraq İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, cavabdeh X1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə müəyyən etdi ki, mülki iş üzrə iddiaçı 22 mart 2021-ci il tarixdə, saat təxminən 13-00 radələrində Sumqayıt şəhərindən Novxanı-Fatmayi yolu ilə Bakı şəhəri istiqaməti ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş və onun idarə etdiyi maşına zərər dəymişdir. Həmin hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh2 olmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 332.1-ci maddələri ilə inzabati tənbeh tədbiri görülmüşdür. “Hyundai Sonata” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 4940 manat təşkil etmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, “Daxili Lizinq” müqaviləsinə və ona əlavəyə əsasən “Ravon-Nexıa R3” markalı minik maşın 13800 manata Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınımış və lizinq alan X7 lizinqə verilmiş, sonradan 14.06.2019-cu il tarixli MAS-181 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilyə əsasən Cavabdeh1, X12 və Cavabdeh3 MMC arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən Cavabdeh1 06.02.2018-ci il tarixli MAS-181 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri Cavabdeh3 MMC-yə ötürülmüşdür (bənd 1.1). Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2021-ci il tarixli 1073/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Ravon-Nexıa R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya icarəyə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə bağlı olaraq İddiaçı "xxxx" ASC tərəfindən 1959,85 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı maşına dəymiş zərər əvəzi olaraq, 2980 (iki min doqquz yüz səksən manat) məbləğində pulun alınaraq ona ödənilməsi xahiş edir (dəymiş zərər 4940-1959,85 sığorta ödənişi = 2980,15 qalıq zərər). İddia tələbindən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini sığrta ödənişləri nəzərə alınmaqla 2980 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları "xxxx" MMC tərəfindən təqrtib edilmiş Qiymətləndirmə aktıdır. Mülki işin materiallarından görünüdüyü kimi Cavabdeh1, X12 və Cavabdeh3 MMC arasında bağlanmış 14.06.2019-cu il tarixli MAS-181 nömrəli öhdəliklərin ötürülməsi barədə üçtərəfli müqaviləyə əsasən Cavabdeh1 06.02.2018-ci il tarixli MAS-181 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri Cavabdeh3 MMC-yə ötürülmüşdür. Ulduz Taksi” MMC isə .02.2021-ci il tarixli 1073/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Ravon-Nexıa R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 icarəyə vermişdir. Müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alana kecir. Yəni hazırkı halda mülki iş üzrə cavabdeh olan Cavabdeh1 İddiaçı məxsus “Hyundai Sonata” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin tutulması ilə bağlı öhdəlik daşımadığı aşkar olunur. Məhkəmə Cavabdeh3 MMC-nin nümayəndəsinin etirazla bağlı dəlillərinə qiymət verərək hesab edir ki, etiraz əsassızdır. Belə ki, Cavabdeh3 MMC və Cavabdeh2 arasında bağlanmış 26 fevral 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə” müqaviləsində tərəflər arasında avtomobildən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyətinin Cavabdeh2 kecməsi nəzərdə tutan razılaşma müəyyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi 2920 manat cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçının 6 saylı Vəkil Bürosuna ödədiyi 500 (beş yüz) manatın cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünüdüyü kimi ihüquqi xidmətlə bağlı olaraq İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçının 6 saylı Vəkil Bürosuna ödədiyi 500 (beş yüz) manatın cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbinin avtomobilin duracaqda saxlanılmasına görə ödədiyi 38 (otuz səkkiz) manat məbləğində pulun cavabdehlərdən alınaraq ona qaytarılması hissəsinə münasibətdə məhkəmə qey edir ki, iddiaçı tərəfindən qeyd edilən xərcləri çəkmiş olduğu mülki işin materiallarına əlavə edilmiş DİN BDYPİ “Siqanl” İLİİ tərəfindən verilmiş birdəfəlik dayanacaq haqqı qəbzi ilə sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilin duracaqda saxlanılmasına görə ödədiyi 38 (otuz səkkiz) manat cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbinin əlavə zərər olaraq 1600 (bir min altı yüz) manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə iddiaçının ona 1600 (bir min altı yüz) manat məbləğində əlavə zərər dəymiş olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tərəfindən məhkəmə iclasında iddia tələbinin qeyd edilən hissədə əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin iddiaçı tərəfindən iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundal Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyana görə 2980 (iki min doqquz yüz səksən manat) manat, avtomobilin duracaqda saxlanılmasına görə iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat, ödənilmiş dövlət rüsümuna görə 30 (otuz) manat və hüquqi xidmət göstərilməsi ilə bağlı İddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosuna ödəmiş olduğu 500 (beş yüz) manat olmaqla, cəmi 3548 (üç min beş yüz qırx səkkiz) manat məbləğdə vəsaitin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundal Sonata” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyana görə 2980 (iki min doqquz yüz səksən manat) manat, avtomobilin duracaqda saxlanılmasına görə iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat, ödənilmiş dövlət rüsümuna görə 30 (otuz) manat və hüquqi xidmət göstərilməsi ilə bağlı İddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosuna ödəmiş olduğu 500 (beş yüz) manat olmaqla, cəmi 3548 (üç min beş yüz qırx səkkiz) manat məbləğdə vəsaitin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2410/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2410/2021
21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver