Məhkəmə qərarları › İş №2(003)-2420/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2420/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2420/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Əvəz oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9491,43 manat məbləğində əsas borc, 2916,76 manat məbləğində faiz borcu, cəmi 12408,19 manatın və 04.05.2021-ci il tarixinə 106897- PC********** nömrəli krdit xətti müqaviləsi üzrə cavabdehdən 1089,19 manat məbləğində əsas borc, 220,97 manat faiz borcu olmaqla, ümumilikdə 1310,16 manat məbləğində kredit borcu, iki müqavilə üzrə ümumilikdə 13718,35 manat məbləğində borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli, 106804-780672/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 25% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmiş və 14.11.2019-cu il tarixli 106897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsinə əsasən 28% dərəcəsi ilə, 24 ay müddətinə kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borclarını ödəməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərdir. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olamdan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.10.2019-cu il tarixli, 106804-780672/1 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında illik 25% olmaqla 48 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 14.11.2019-cu il tarixli 106897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında illik 28% dərəcəsi ilə, 24 ay müddətinə kredit xəttinin ayrılması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış 21.10.2019-cu il tarixli, 106804-780672/1 saylı Kredit müqaviləsinə əsasən 03.05.2021-ci il tarixə borcalanın Banka 9491,43 manat əsas və 2900,88 manat faiz borcu olmaqla, cəmi 12392,31 manat borcu mövcuddur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış 14.11.2019-cu il tarixli 106897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsinə əsasən 03.05.2021-ci il tarixə borcalanın Banka 1089,19 manat əsas və 220,14 manat faiz borcu olmaqla, cəmi 1309,33 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin borc cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21.10.2019cu il tarixli, 106804-780672/1 saylı Kredit müqaviləsinə əsasən 9491,43 manat əsas borc, 2916,76 manat faiz borcu olmaqla, ümumilikdə 12408,19 manat məbləğində kredit borcu, 14.11.2019-cu il tarixli 106897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsinə əsasən 1089,19 manat məbləğində əsas borc və 220,97 manat faiz borcu olmaqla, cəmi 1310,16 manat məbləğində kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, xidmət haqqında görə 0.4 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21.10.2019-cu il tarixli, 106804-780672/1 saylı Kredit müqaviləsinə əsasən 9491,43 manat əsas borc, 2916,76 manat faiz borcu olmaqla, ümumilikdə 12408,19 manat məbləğində kredit borcu, 14.11.2019-cu il tarixli 106897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsinə əsasən 1089,19 manat məbləğində əsas borc və 220,97 manat faiz borcu olmaqla, cəmi 1310,16 manat məbləğində kredit borcu ümumilikdə 13718,35 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat, xidmət haqqına görə 0.4 manat, cəmi 13748,75 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar