Məhkəmə qərarları › İş №2(003)-2427/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2427/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2427/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 14.10 2013-cü il tarixdə 21L000003142 saylı kredit xətti müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredıt xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə X14 xx.xx.2013-cü il tarixli 21S********** saylı X7 xx.xx.2014–cü il tarixli 21S000008981 saylı və X12 xx.xx.2014-cü il tarixli 21S000008991 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmın kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə xx.xx.2014–cü il tarixdə bağladığı 21R000007554 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 18 ay müddətinə, 4400 manat kredit verilmişdir. Cavabdeh kredit razılaşması üzrə xx.xx.2015–ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq ödənişləri yubatmış, bu səbəbdən ona və zaminlərə qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi üçün ərizə ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli əmri ilə Cavabdeh, X3, X8 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 187,34 manat faiz və 151,80 manat cərimə olmaqla, cəmi 1858,34 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Sözügedən məhkəmə əmrindən Cavabdeh tərəfindən etiraz verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə əmr ləğv edilmış və iş materıalları iddia icraatına keçmişdir. Bakı şəhərı Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavbdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 183,04 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1722,24 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, iş icrada olduğu dövrdə icra məmuru tərəfindən X10 əmək haqqına və təqaüdünə yönəltmə həyata keçirilmişdir. İcra tədbirləri nəticəsində qətnamə üzrə borcun bir hissəsi 812,06 manat məbləğində pul X8 tutulmuş, xx.xx.2016-cı il tarixdə 110 manat, xx.xx.2016-cı il tarixdə 150 manat, xx.xx.2017–ci il tarixdə isə 650,18 manat və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tərəfindən banka ödənilmiş, bununla da qətnamə üzrə borc tamamilə banka ödənilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016–cı il tarixli qətnaməsindən narazı qalan X14 apellyasiya şikayəti vermiş, iş üzrə məhkəmə iclası xx.xx.2017–ci il tarixə saat 11:50–ə təyin olumuş və Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatında olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017–ci il tarixli 30288 saylı rəyinə görə zaminlik müqaviləsindəki imzanın Rauf Quliyev tərəfindən və ya başqa şəxs tərəfindən icra edilib– edilmədiyini müəyyən etmək mümkün deyil. Bunun səbəbi belə izah olunmuşdur ki, tədqiq olunan imzada qrafik material azdır və cizgiləri isə sadədir. Bu isə həmin imzanın Rauf Quliyev tərəfindən və ya başqa şəxs tərəfindən icra edilib–edilməməsi haqqında qəti bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər küliyyatını seçib ayırmağı mümkünsüz edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının l4.02.2018-ci il tarixli 2(103)– 1185/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən - X11 aid hissədə ləğv edilmiş və ona qarşı yönəlmiş tələb rədd edilmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən kassasiya şikayəti verilsə də Ali Məhkəmənin xx.xx.2018–ci il tarixli qərarı ilə kassasiya şikayəti rədd edilmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmiş, İddiaçı QSC–dən 1742,24 manat pul və mənəvi ziyanın əvəzi olaraq 10000 manat pul, cəmi 11742,24 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)-856/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC–dən 812,06 manat məbləğində maddi zərər və 500 manat məbləğində mənəvi zərər, ümumilikdə 1312.03 manat (min üç yüz on iki manat altı qəpik) məbləğində pul vəsaiti tutularaq X10 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)–9838/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı QSC tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)-856/20l9 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı QSC tərəfindən kassasiya şikayəti verilsə də Ali Məhkəmənin xx.xx.2020–ci il tarixli qərarı ilə kassasiya şikayəti rədd edilmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda bank İddiaçı QSC 812,06 manat məbləğində pul vəsaitini X11 qaytarmalıdır. Belə olan halda Cavabdeh tərəfindən borcun banka tam ödənilmədiyi aydın olur. Yəni icra tədbirləri nəticəsində banka ödənilmiş 812,06 manat pul X11 qaytarılmalıdır. Bundan başqa Cavabdeh qətnamə çıxdığı vaxtdan borcu tam geri qaytarılan tarixədək kifayət qədər uzun müddət keçmiş, bu da İddiaçı QSC–nin qanuni mənafelərinin pozulması ilə nəticələnmiş və nəticədə banka ziyan dəymişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gccikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borclu yanaşı kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7–ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüqüqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən normanın tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik bcş faiz ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh əldən çıxmış fayda kimi 124,11 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı QSC–nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hazırki iddia tələbinə etiraz edir, banka heç bir borcu yoxdur, borcunu tam ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 21L000003142 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan X14, X9 və X12 ilə İddiaçı QSC arasında bağlamış zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına zamin durmuşlar. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2014–cü il tarixdə bağlanmış 21R000007554 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 18 ay müddətinə, 4400 manat kredit Cavabdeh verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri ilə Cavabdeh, X3, X8 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 187,34 manat faiz və 151,80 manat cərimə olmaqla, cəmi 1858,34 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Sözügedən məhkəmə əmrindən Cavabdeh tərəfindən etiraz verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə əmr ləğv edilmiş və iş materialları iddia icraatına keçmişdir. İş materiallarında olan Bakı şəhərı Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh, X3, X8 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 183,04 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1722,24 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının surətindən aydın olur ki, icra işinə əlavə edilmiş tələbkar İddiaçı QSC-nin məktubuna əsasən icra sənədi tam icra olunduğundan Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış məktubundan aydın olur ki, verilmə tarixi xx.xx.2014-cü il olan 4400 manat məbləğli kredit öhdəliyi tam icra olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının l4.02.2018-ci il tarixli 2(103)–1185/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən - X11 aid hissədə ləğv edilmiş və ona qarşı yönəlmiş tələb rədd edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2018–ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının l4.02.2018-ci il tarixli 2(103)–1185/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)-856/2019 saylı qətnaməsi ilə X1 cavabdeh İddiaçı QSC-yə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC–dən 812,06 manat məbləğində maddi zərər və 500 manat məbləğində mənəvi zərər, ümumilikdə 1312.03 manat məbləğində pul vəsaitinin tutularaq X10 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)–9838/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı QSC tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)-856/20l9 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2020–ci il tarixli qərarı ilə İddiaçı QSC tərəfindən kassasiya şikayəti rədd edilmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC ilə 14.10 2013-cü il tarixdə kredit xətti müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə X14, X7 və X12 zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə xx.xx.2014–cü il tarixdə kredit razılaşması əsasında 18 ay müddətinə, 4400 manat kredit verilmişdir. Cavabdeh borcunu ödəməmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri ilə Cavabdeh, X3, X8 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 187,34 manat faiz və 151,80 manat cərimə olmaqla, cəmi 1858,34 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Sözügedən məhkəmə əmrindən Cavabdeh tərəfindən etiraz verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1519,20 manat əsas 183,04 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1722,24 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, iş icrada olduğu dövrdə icra məmuru tərəfindən X10 əmək haqqına və təqaüdünə yönəltmə həyata keçirilmişdir. İcra tədbirləri nəticəsində qətnamə üzrə borcun bir hissəsi 812,06 manat məbləğində pul X8 tutulmuş, qalan məbləğ Cavabdeh tərəfindən banka ödənilmiş, bununla da qətnamə üzrə borc tamamilə banka ödənilmişdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi tam icra olunduğundan Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh qətnamə çıxdığı vaxtdan borcu tam geri qaytarılan tarixədək kifayət qədər uzun müddət keçmiş, bu da İddiaçı QSC–nin qanuni mənafelərinin pozulması ilə nəticələnmiş və nəticədə banka ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, banklar (bank olmayan kredit təşkilatları) əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2016 saylı qətnaməsi xx.xx.2016-cı il tarixdə çıxarılsada, həmin qətnamə ilə müyyən olunmuş borc məbləği xx.xx.2017-ci ildə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qətnamə çıxarıldığı xx.xx.2016-cı il tarixdən qətnamənin tam icra olunduğu tarixədək, yəni xx.xx.2017-ci il tarixədək borculunun icranın gecikdirilməsinə görə zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, əldən çıxmış fayda cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əldən çıxmış fayda kimi 124,11 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, 144,11 (bir yüz qırx dörd manat on bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı QSC–yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar