Məhkəmə qərarları › İş №2(003)-2428/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2428/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2428/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus M-21 minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı və İddiaçı2 məxsus Moskviç 407 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə göstərdiyi xidmətin qüsurları nəticəsində dəyən 7346 manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi 2021-ci ilin mart ayından tanıyır onu qonşusu vasitəsi ilə tanımışdır. Belə ki, o özünə məxsus M-21 Volqa markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilini rənglətdirmək istəyirdi. O cavabdehlə əlaqə saxladı ona dedi ki, ona məxsus avtomobilini rənglətdimək istəyir. O avtomobilə baxmaq üçün onun yanına gəldi və bildirdi ki, həmin avtomobilin rənglənməsi üçün 2500 manat xərci vardır. O ona avtomobilimi kefiyyətli rəngləyəcəyinə və zəmanətinə söz verdi. Sonra onunla birlikdə onlar material almağa getdilər və avtomaşına lazım olan materialları alıb gətirdilər. O avtomobili rənglənməsi üçün ona təhvil verdi. Ona çataq 2500 manat pulu hissə-hissə 1 ay ərzində ona verdi. O bir aydan sonra onun işlədiyi Şüvəlan qəsəbəsində yerləşən qarajına getdi və gördü ki, cavabdehin avtomaşını təmir etmək üçün heç bir şəraiti yoxdur. Ona təklif etdi ki, avtomaşını gəlib onun öz qarajında rəngləsin. Cavabdeh buna razılıq verdi və onunla birilkdə avtomobili o öz qarajına gətridi. İşlədiyi müddətdə onun yol pulunu və yeməyini o təşkil edirdi. 2021-ci iln aprel ayının axırlarında o avtomobili rənglənmiş şəkildə ona təhvil verdi. O avtomobilə baxıb görüdü ki, cavabdeh avtomobili çox keyfiyyətsiz şəkildə rəngləmişdir. O buna etirazını bildirərək ondan öz pulunu geri tələb etdi. O isə ona bildirdi ki, narahat olma nasazlığı aradan qaldıracaq və bunun müqavilində ondan əlavə 700 manat pud aldı. Eyni zamanda o ona bildirdi ki, sənin avtomobilinin çilingər işinin yığılmasını bacarır. O ona dedi ki, yüksək keyfiyyətli və zəmanətlə onun avtomobilini bütün çilingər işlərini təmir edə bilər. Onlar birlikdə gedib atvomobil üçün lazımı materilları alıb gətirdilər. Bundan sonra o, onun etibarnamə ilə idarə etdiyi, İddiaçı2 məxsus olan digər Moskviç-407 markalı, ** BZ *** nömrəli avtomobilə baxdı və ona bildirdi ki, həmin avtobilin də rənglənməsinə, yenidən yığılmasına ehtiyac vardır. Cavabdeh həmin avtomobili də yüksək keyfiyyətlə və zəmanətlə rəngləyib ona təhvil verə bilər. Eyni zamanda ona bildirdi ki, orjinal materiallar alıb maşını təmir edəcəkdir. O həmin avtmobilin rənglənməsi üçün ona 1800 manat məbləğində zəhmət haqqı pul verdi və 240 manat dəyərində də material almışdır. On hər iki avtomobilləri təhvil alanda gördü ki, cavabdeh keyfiyyətli iş görməmiş. eyni zamanda maşına orijinal material almamış, Zaparoji markalı avtomaşının detallarını alıb quraşdırmışdır. Bir müddətdən sonra gördü ki, avtomaşına vurduğu rəng atmağa başlamışdır. O bundan sonra onunla əlaqə saxladı, ona bildirdi ki, avtomobillərdə problemlər vardır və keyfiyyətsiz təmir etmişdir və ona dəymiş zərər ödənilməlidir. Cavabdeh ona dəymiş zərəri ödəməyə söz verdi, lakin hər dəfə onu bir bəhanə ilə dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Ümumilikdə ona cavabdeh tərəfindən 7400 manat məbləğində zərər dəymişdir. O cavabdehin qanunsuz hərəkətləri barədə xx.xx.2022-ci ildə Xəzər rayon Polis İdarəsinə ərizə ilə şikayət etmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar İsayevin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir, bu işin mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. O avtomobillərə dəymiş zərərlə bağlı ekspert qiymətləndiriciyə AECS MMC-yə müraciət etmiş və onlar tərəfindən avtomobillərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, M-21 markalı avtmobilə 4161 manat məbləğində, Moskviç 407 markalı avtomobilə isə 3185 manat məbləğində zərər dəymişdir. Cəmi 7346 manat məbləğində ona zərər dəymişdir. Həmin zərərin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan BDYPŞ-nın xx.xx.2020-ci il tarixli AD 770098 saylı şəhadətnamədən görünür ki, M 21 minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı1dur. İş materiallarında olan BDYPŞ-nın xx.xx.2020-ci il tarixli AD 723207 saylı şəhadətnamədən görünür ki, Moskviç minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı Cavabdeh bildirmişdir ki, 2021ci il tarixində İddiaçı1 dəvəti ilə usta kimi ona məxus qarajda rəngsaz kimi işləməklə həmin sifarişçinin Qaz 21 markalı avtomobilinin ümumi rəngləmə işlərini, ümumi slesar işlərini, 50 faiz elektrik işlərini, armaturşik işlərini, bufer işlərini tamamilə görüb ona təhvil vermişdir. Daha sonra İddiaçı1 onun ilkin işini görüb bəyəndikdən sonra Moskviç-407 markalı avtomobilinin də ümumi rəngləmə, slesar işlərini də icra etmiş, ümumilikdə 7 ay müddətində Vüqarın qarajında işlər görmüş və İddiaçı1 ona materialların alınması zəhmət haqqı, yol pulu və ərzaq pulu kimi ümumilikdə 7000 azn pul vermiş, həmin məbləğin 4000 manat hissəsini materiallar almış və 300 azn pulu isə zəhmət haqqı, yol pulu və ərzaq pulu kimi istifadə etmişdir. İş materiallarında olan ASCS MMC tərəfindən **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi barədə tərtib edilmiş AV 02-06/22 nömrəli xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Moskviç” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3185 manat təşkil edir. İş materiallarında olan ASCS MMC tərəfindən **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi barədə tərtib edilmiş AV 01-06/22 nömrəli xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “M-21” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4161 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılara məxsus olan M-21 minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı və Moskviç 407 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər təmir olunması ilə bağlı iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında razılaşma əldə olunmuşdur. Lakin cavabdeh öz üzərinə götüdüyü öhdəliyi tam olaraq icra etməmiş və qeyd edilən avtomobillərin təmiri zamanı qüsurlarla təmir və bərpa işləri aparmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi barədə tərtib edilmiş hesabatlardan görünür ki, “Moskviç” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3185 manat, “M-21” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4161 manat təşkil edir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçılar əmlaka vurulmuş zərərin, yəni avtomobillərin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmi ümumilkdə 7346 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları ASCS MMC tərəfindən təqrtib edilmiş hesabatlardır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçıların əmlakına vurulmuş zərərin həcmi kimi 7346 manat Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 94 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 məxsus “M-21” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan əvəzi olaraq 4161 manat, İddiaçı2 məxsus “Moskviç 407” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərdiyi xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzi olaraq 3185 manat məbləğində pul olmaqla, ümumilkdə 7346 (yeddi min üç yüz qırx altı) manat pul və ödənilmiş dövlət rüsumuna görə 94 (doxsan dörd) manat Cavabdeh tutularaq iddaçılar İddiaçı1 və İddiaçı2 oğuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar