Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2430/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vermiş olduğu 20000 manat pulun alınıb ona xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 oktyabr 2023-cü il tarixdə özünə fərdi yaşayış ev tikmək üçün 1 sot torpaq almaq məqsədi ilə Xəzər rayon, Binə qəsəbəsində yerləşən torpaq alqı-satqısı ilə məşğul olan Elşad adlı şəxsə yaxınlaşmış, o da bildirmişdir ki, puluna uyğun Binə qəsəbəsində torpaq satan var və onun adı Ramildir. Elşad Ramilə zəng vurduqdan sonra Ramilin yaşadığı, yəni ünvan 1 ünvanda sonradan ad, soyadını bildiyi Cavabdeh ilə görüşmüş və ona 1 sot torpaq alacağını bildirmişdir. Ramil öz həyətindən mənə 1 sot torpaq göstərərək 3000 manata satacağını bildirdi. Onunla razılaşaraq Buzovna qəsəbəsində yerləşən 25 saylı notariat ofisinə getmişlər və Ramil ona etibarnamə verdi. Notariat ofisində söhbət əsnasında bildirdi ki, həmin torpaq sahəsində ev tikmək istəyir. Ramil isə bildirdi ki, 17.000 manat əlavə pul versə həyətindəki evi, yəni Binə qəsəbəsi, R.Məcidov küçəsi 30-da yerləşən fərdi yaşayış evi də ona sata bilər. O cümlədən bildirdi ki, evin sənədi var. Sonradan ona məlum odu ki, ev Ramilin adına deyil. 1 sot torpaq sahəsini 3000 manata alması ilə əlaqədar Ramil ona qəbz yazıb verdi. Qeyd etdiyi kimi torpaq sahəsi ilə yanaşı Ramillə ona məxsus olan evin satılması ilə əlaqədar da razılaşdılar və onunla 3-4 gündən sonra görüşüb, Ramilə 14000 manat pul verdi. Ramil də evə aid su, qaz, işığı onun adıma keçirtdi. Ramil bildirdi ki, 5 gün müddətinə evi boşaldacaqdır. Razılaşdıqları vaxt bitməsinə baxmayaraq Ramil evdən çıxmadı. Ramillə görüşərək evdən çıxmasını tələb etdi. Həmin söhbət zamanı onun tanışı Zaur adlı şəxs də orada idi. Zaur söhbətə qarışaraq ona bildirdi ki, onsuz 3000 manat da verməlisən. Belə ki, evin 17000 manata satılması danışılıb. Həmin pulu verdiyi zaman əşyalar evdən çıxarılaraq təhvil veriləcəkdir. Həmin günü 3000 manat verdikdən sonra Ramildən 17 000 manat pul aldığı ilə bağlı qəbz aldı. Həmin qəbzdə Ramil göstərdi ki guya ailə üzvləri evin satılmasına razıdırlar və heç kim müdaxilə edə bilməz. Beləliklə Ramilə inanmış və fikirləşmişdir ki, evi boşaldıb təhvil verəcəkdir. Lakin bu belə olmadı. Növbəti görüşlərdə Ramil bildirdi ki, guya evi ucuz qiymətə satıb, evi başqasına satıb onun pulunu qaytaracaqdır. Dəfələrlə yalan vədlər verməklə pulu verməkdən imtina etdi. Pulu qaytarmadığı üçün məcbur olaraq Xəzər rayon Polis idarəsinin 3-cü Polis bölməsinə ərizə ilə müraciət etdi. Polis bölməsində bildirdilər ki, mübahisə mülki xarakter daşıyır. Yalnız məhkəməyə müraciət etmək olar. Bununla əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə əldə etdi. Şikayət etməsinə baxmayaraq sonuncu dəfə 27 mart 2024-cü ildə Binə qəsəbəsində Ramillə görüşərək müqavilə yazmışlar. Müqavilədə Ramil bildirdi ki, 1 ay müddətində ondan aldığı 20 000 manat pulu aprel ayının 30-na kimi qaytaracaqdır. Pulu qaytara bilməzsə onda evi boşaldıb verəcəkdir. Yenədə hesab etmişdir ki, bəlkə pulu qaytaracaq. Lakin yenə də yanılmışdır. Odur ki, məcbur olaraq Xəzər rayon məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək, iddiaçının ona qarşı 20000 manat pul tələbinə dair iddiasını qəbul etdiyini və etiraf etdiyini göstərmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin iddiaçının tələb etdiyi vəsaiti 1 ay ərzində qaytaracığını bildirmişdir. Məhkəmə izahatları dinləyib, eləcə də cavabdehin iddianın etiraf edilməsi barədə ərizəsini mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka 9 ünvanında olan evin həyətindən 1 sot hissəni İddiaçı verdiyini və həmin yerdən heç vaxt heç kim müdaxilə etməyəcək. Ailə üzvləri razıdır. Satılan torpağı Cavabdeh 3 000 manata vermişdir. İş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsi ev 30-da olan evini və 3 sot torpağın hamısını anası, özü, bacısı və qardaşı oğlu satmağa razıdır. İddiaçı 17000 manat. Heç birinin narazılığı yoxdur. Heç kim müdaxilə edə bilməz. İş materiallarında olan əl ilə yazılaraq Cavabdeh və İddiaçı tərəfindən imza edilmiş 27 mart 2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı satdığı fərdi yaşayış evinin pulunu, yəni 20000 manat pulu 30 aprel 2024-cü il tarixə kimi qaytarmağı öhdəliyinə götürür. Əgər pulu qaytara bilməsə satdığı fərdi yaşayış evindən çıxmaqla evi İddiaçı təhvil verəcəkdir. Satdığı fərdi yaşayış evi – Binə qəsəbəsi, A.Marxevka küçəsi 9-da yerləşən evdir. İş materiallarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsi tərəfindən 06 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddianın etiraf edilməsinə dair ərizəsindən görünür ki, İddiaçı ona qarşı 20000 manat pul tələbinə dair iddiasını qəbul edir və etiraf edir. İş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin iddiaçının tələb etdiyi vəsaiti 1 ay ərzində qaytaracaqdır. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı torpaq sahəsi eləcə də fərdi yaşayış evi almaq üçün cavabdehə ümumilikdə 20000 manat pul verdiyini bildirir, cavabdeh isə həmin vəsaitin ona verilməsini qəbul etməklə iddianı etiraf edir və iddianın təmin edilməsi barədə qəbul edilməsini xahiş edir. Həmçinin bildirir ki, iddiaçının tələb etdiyi vəsaiti 1 ay ərzində qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etiraf etməklə iddiaçını tələbində istinad etdiyi əsasları sübut etmə vəzifəsindən azad etdiyindən, həmçinin cavabdehin etirafı qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da məcburi köçkün olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 150 (yüz əlli) manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 150 (yüz əlli) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-2430/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2430/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver