Məhkəmə qərarları › İş №2(003)-2438/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2438/2020

14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2438/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1nın iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 9451.74 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9481.74 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh1 arasında sonuncu dəfə sayğac dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2017-ci tarixində 03/10144 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X5 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqaviiənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq, istifadələrinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışlar. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Tərtib olunmuş aşağıdakı aktlar əsasında:xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; xx.xx.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; cəmi 7037,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehlərin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq əvvəlki illərdən 2413,84 manat borcu qalmışdır. Cavabdehlər tərəfindən İddiaçı İB-yə 10.2010-cu il tarixdən bu günədək cəmi 2 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 9451.74 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X3nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi, təbii qazdan istifadəyə görə yaranmış 9451.74 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9481.74 manat məbləğində borcun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təbii qazdan istifadəyə görə yaranmış 9451.74 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9481.74 manat məbləğində borcun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, o, sadəcə 2016-cı ildə sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Onun ünvanında dair tərtib olunmuş digər aktlar tamamilə əsassızdır. Həmin aktların əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən, iddia tələbinin yalnız 2016-cı ilə hesablanmış borc hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı X5 Departamenti ilə Cavabdeh1 arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/10144 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh1 verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; xx.xx.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat borc hesablanmışdır. İşin məhkəmə iclasında baxılması zamanı, cavabdeh 2016-cı ildə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Məhkəmə Cavabdeh1 tərəfindən 2016-cı ildə qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab edir. Cavabdehin izahatından göründüyü kimi, o, 2016-cı ildə təbii qazdan qeyri-qanuni istifadə etmiş və 2016-cı ildə tərtib edilmiş 4 akta əsasən, iddiaçı tərəfindən ona 172.80 manat, 285.10 manat, 115.20 manat və 80.60 manat olmaqla, cəmi 653.70 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən 9451.74 manat məbləğində pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini cavabdeh tərəfindən 2016-cı il istisna istisna olmaqla, təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 2016cı istifadə etdiyi təbii qaza görə yaranmış 653.70 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 2 manat məbləği iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 653.70 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 2 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 653.70 (altı yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 2 (iki) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar