Məhkəmə qərarları › İş №2(003)-245/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-245/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-245/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gültac Əhmədovanın iştirakı ilə İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3584 manat məbləğində əsas borcun, 875 manat faiz borcunun, 122.13 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4100 manat kredit verilmişdir. Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gültac Əhmədova iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, iddiaçıdan krediti Cavabdeh1 götürmüş, o isə müqavilə üzrə zamin olmuşdur. Məlahət tərəfindən ödənişlər aparılmadığından iddia tələbində qeyd olunan məbləğdə borc yaranmışdır. Hazırda hesab edir ki, yaranmış borc Cavabdeh1 tərəfindən ödənilməlidir. Onun isə borcun ödənilməsi üçün maddi imkanı yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 16.10.2020-ci il tarixli **********1030 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında kredit alana 24 ay müddətinə, 28 faiz dərəcəsi ilə 4100 manat məbləğində kredit verilməsi barədə bağlanmışdır. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə borclunun öhdəliyinin tam yerinə yetirənədək zamin borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 28.09.2021-ci il tarixə Cavabdeh1 iddiaçıya 3584 manat məbləğində əsas borc, 875 manat faiz borcu, 122.13 manat cərimə borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Kreditalan məhkəmədə kredit borcunu qəbul etmişdir. Buna görə də iş üzrə mühasibat ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pulun borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişlər. Digər Cavabdeh2 (zamin) mülki məsuliyyətini araşdıraraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3584 manat məbləğində əsas borc, 875 manat faiz borcu, 122.13 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3584 manat məbləğində əsas borc, 875 manat faiz borcu, 122.13 manat cərimə borcu və ödənilmiş 30 manat tutularaq, cəmi 4611.13 manat iddiaçı “Finca Azerbaijan” MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar