Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2455/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 2800 (iki min səkkiz yüz) manat əsas borc, 2800 (iki min səkkiz yüz) manat dəymiş ziyana görə, yəni 2800+2800=5600 manat ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh onun yaxından tanıdığı Rüstəmbəyova Sona xanımın vasitəsi ilə 19 may 2024-cü ildə 5200 (beş min iki yüz) manat vermişdir. Hər ay 400 (dörd yüz) 8 manat qaytarmaq şərti ilə. Cavabdeh borcun 2400 (iki min dörd yüz) manatını verdikdə, sonra 2800 (iki min səkkiz yüz) manatını imtina edir. Cavabdeh yazılı izahat yazmış və imzalamışdır. İddiaçı yerdə qalmış 2800 manatın qaytarılmasını tələb edir. 19 may 2024-cü ildən indiyə qədər Cavabdeh Azərbaycan Respublikasının 21-ci maddəsinə əsasən xeyli miqdarda ziyan vermişdir. Yəni yerdə qalmış 2800 (iki min səkkiz yüz) manatı dəymiş ziyana görə bir o qədər 2800 (iki min səkkiz yüz) manat tələb etməlidi. 2800 (iki min səkkiz yüz) manat əsas borc 2800 (iki min səkkiz yüz) manat dəymiş ziyan 5600 (beş min altı yüz) manat tələb etməlidi. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Sadə əlyazma şəklində olan izahat-müqavilənin sürətindən görünür ki, Cavabdeh İddiaçı 5200,0 manat məbləğində boc pul almış və hər ay 400,0 manat qaytaracağına dair öhdəlik götürmüşdür. Pretenziya məktubunun sürətindən görünür ki, Ələkbərov X1 Teyyub Rasim oğluna borcunu qaytarmasına dair xəbərdarlıq etmiş,əks halda məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə materiallara və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 19 may 2024-cü il tarixində ümumilikdə 5200 (beş min iki yüz) manat məbləğində borc pul vermişdir. Borc münasibətləri tərəflər arasında sadə yazılı formada tərtib edilmiş izahat-müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin izahat-müqaviləyə əsasən, cavabdeh hər ay 400 (dörd yüz) manat olmaqla borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğində vəsait qaytarmış, lakin qalan 2800 (iki min səkkiz yüz) manat məbləğində borc vəsaitinin qaytarılmasından imtina etmişdir. Borc öhdəliyinin mövcudluğunu və qismən icrasını cavabdehin özü də təqdim etdiyi yazılı izahatla təsdiq etmişdir. Borc müqaviləsi üzrə əsas öhdəlik – borcun tam məbləğdə və razılaşdırılmış qaydada qaytarılmasıdır. Mülki Məcəllənin müddəalarına əsasən, borclu borcunu müəyyən edilmiş qaydada və müddətdə tam şəkildə icra etməlidir. Borcun yalnız bir hissəsinin qaytarılması bu öhdəliyin tam yerinə yetirilməsi demək deyil və iddiaçının qalan məbləğ üzrə iddia tələbi hüquqi əsaslara malikdir. Bu baxımdan, əsas borc olan 2800 manatın qaytarılması tələbi tam əsaslı və qanunidir və bu hissədə iddia təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçı pulu Cavabdeh vermişdir, cavabdehin də həmin pulu alması sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən müəyyən ödənişlər edilməsi, qalan borcun isə qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə iddiaçıdan almış olduğu pul vəsaitinin tam geri geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 2800 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İddiaçı eyni zamanda, cavabdehin borcun qalan hissəsini qaytarmaması nəticəsində ona maddi zərər dəyməsini əsas gətirərək, əlavə olaraq 2800 manat faiz tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüquqların pozulması nəticəsində dəymiş zərər, o cümlədən faktiki zərər və əldən çıxmış gəlirlər tam şəkildə ödənilməlidir. Bununla belə, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddia etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən, dəymiş zərər hissəsində iddia yalnız qismən – 140 manat məbləğində təmin olunmuşdur. Bu məbləğ, borcun qaytarılmaması nəticəsində real olaraq iddiaçının üzləşdiyi minimal maddi itki və gecikməyə görə faiz kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 2800,0 manat məbləğində pul və dəymiş maddi ziyana görə 140,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800,0 manat məbləğində pul və dəymiş maddi ziyana görə 140,0 manat məbləğində pul olmaqla, cəmi 2940,0 (iki min doqquz yüz qırx manat) tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2455/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2455/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver