Məhkəmə qərarları › İş №2(003)-2490/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2490/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2490/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştiakı ilə, İddiaçı Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 271 (iki yüz yetmiş bir) manat əsəs borc və əsas borca hesablanmış 947 (doqquz yüz qırx yeddi) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 1218 (bir min iki yüz on səkkiz) manat məbləğində borcun, o cümlədən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə cavabdeh X2 arasında 10 oktyabr 2018-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 377 (üç yüz yetmiş yeddi) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2018-ci il tarixinədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək ümumilikdə 106 manat ödəniş edilmişdir. Qalıq 271 (iki yüz yetmiş bir) manat borcdan heç bir məbləğ ödənilməmişdir. Bundan əlavə, qeyd olunan borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən yuxarıda qeyd olunan müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında cavabdehin əlavə olaraq 947 (doqquz yüz qırx yeddi) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin 22 iyun 2022-ci il tarixinə iddiaçıya əsas borc olaraq 271 (iki yüz yetmiş bir) manat əsas borcu və əsas borca hesablanmış 947 (doqquz yüz qırx yeddi) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 1218 (bir min iki yüz on səkkiz) manat ödənilməmiş borc öhdəliyi vardır. Məhkəmə iclasında iddiaçı Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlnamış xx.xx.2018ci il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, Cavabdeh İddiaçınə 377 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borclu Cavabdeh borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumatlandırmışdır. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən borclu Cavabdeh İddiaçı MMC-ə 377 (üç yüz yetmiş yeddi) manat məbləğində borc öhdəliyi yaranmışdır. Borclu Cavabdeh 10 oktyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə borcundan keçən dövr üzrə 106 (bir yüz altı) manat məbləğində ödəniş həyata keçirmişdir. 22 iyun 2022-ci il tarixinə borclu Cavabdeh 10 oktyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə İddiaçı MMC-yə 271 (iki yüz yetmiş bir) manat əsas borc olmaqla, müqavilənin 2.4-cü maddəsinin şərtlərinə əsasən hesablanmış 947 (doqquz yüz qırx yeddi) manat dəbbə pulu ilə birlikdə ümumilikdə 1218 (bir min iki yüz on səkkiz) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlnamış xx.xx.2018-ci il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, Cavabdeh İddiaçınə 377 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə müəyyən etdi ki, borclu Cavabdeh 10 oktyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə borcundan keçən dövr üzrə 106 (bir yüz altı) manat məbləğində ödəniş həyata keçirmişdir. 22 iyun 2022-ci il tarixinə borclu Cavabdeh 10 oktyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə İddiaçı MMC-yə 271 (iki yüz yetmiş bir) manat əsas borc mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlnamış olan borcun etirafı barədə müqavilə üzrə İddiaçı Cavabdeh öhdəliyin icra edilməməsi ilə bağlı qalıq 271 manat borcun tələb edilməsi hissəsində tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış əsas məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, tutulacaq dəbbə məbləği 9 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 33 (otuz üç) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 271 manat əsas borc, 9 manat cərimə borcu və ödənilmiş 33 manat dövlət rüsumu olmaqla, cəmi 313 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 271 manat əsas borc, 9 manat cərimə borcu və ödənilmiş 33 manat dövlət rüsumu olmaqla, cəmi 313 manat tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar