Məhkəmə qərarları › İş №2(003)-2495/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2495/2022

05.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2495/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və digər gəlirlərinin (qazancının) 2/3 hissəsi məbləğində alimentin və onun xəstəlik və müalicə xərcləri ilə bağlı 200 (iki yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 22 avqust 2013-cü ildə nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan dörd uşaqları - xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(003)- 2442/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim - cənab Rəşad Həsənov) cavabdehlə aralarında olan nikah pozulmuş, birgə uşaqlarının onun himayəsində saxlanılması və uşaqlar yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edilən zaman cavabdehin qazancı, maddi vəziyyəti və s. hallar, o cümlədən həmin dövr üçün qanunla müəyyən olunmuş yaşayış minimumu nəzərə alınmışdır, lakin indi artıq həmin məbləğ uşağı saxlamaq üçün çatmır, uşaq böyüyür. Uşaqlardan xx.xx.2004-cü il təvəllüdlü X7 uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun müalicəsi üçün xeyli borc almışdır, artıq onun cərrahi əməliyyatları və müalicəsini etmək üçün o, tək qadın tam çarəsizdir. Onu tək qoyub işləmək imkanından da məhrumdur, ona görə də məcbur olub bu iddia ilə müraciət etmişdir. Qanunun tələbi olan mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh orada da onunla razılığa gəlmədi. Cavabdehin rəsmi əmək haqqısı vardır, uşaq üçün aliment və onun xəstəlik xərclərini ödəməyə kifayət qədər imkanı vardır. Qeyd olunanlara əsasən, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və digər gəlirlərinin (qazancının) 2/3 hissəsi məbləğində alimentin və onun xəstəlik və müalicə xərcləri ilə bağlı 200 (iki yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləçdirilməsi barədə ərizə verərək, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 900 manat sabit pul məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etməsi barədə məhkəməyə ərizə verərək, birgə nikahdan anadan olmuş uşaqlarının saxlanması üçün hər ay 900 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(003)-2442/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh ilə aralarında olan 22 avqust 2013-cü il tarixli, 22 akt qeydli nikah pozulmuş, birgə uşaqları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılması və uşaqlar yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(003)-2442/2018 №-li qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın, xx.xx.2004-cü il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X2 üçün hər ay 900 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş və cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşağın minimum xərclərinə kifayət etmədiyi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 900 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(003)-2442/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilməli və Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı xeyrinə, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 900 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(003)-2442/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilsin və Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı xeyrinə, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 900 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar