Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-250/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Əlizamin oğlunın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Əlizamin oğlu Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 saylı qətnaməsinin qəbul edildiyi 05 sentyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 5 il 1 ay müddətində hər il üçün 251,5 (iki yüz əlli bir manat əlli qəpik) manat olmaqla 1282,65 (min iki yüz səksən iki manat altmış beş qəpik) manat (5030 AZN /100%=50,3 x 5%=251,5 AZN, 251,5 AZN x 5 il 1 ay=1282,65 AZN) manat gecikməyə görə faiz borcunun və 33 manat məbləğində ödənilməmiş dövlət rüsumunun, cəmi 1315,65 (min üç yüz on beş manat altmış beş qəpik) məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əlizamin oğlu məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “pul” tələbinə dairə iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 5030 (beş min otuz) manat pulun alınaraq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmuyub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin 14 dekabr 2020-ci il tarixli məktubunda Cavabdeh barəsində 29 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən axtarış işi açıldığı bildirilmişdir. Lakin bugünədək müsbət nəticə əldə edilməmişdir. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 28 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətində 1232,35 (min iki yüz otuz iki manat otuz beş qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin cavabdeh yenə də aldığı pulu qaytarmamış, eyni zamanda ödənişin gecikdirilməsi üçün faiz ödəmədən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh oğl Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 sayl, qətnaməsinin qəbul edildiyi 05 sentyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 5 il 1 ay müddətind, 1282,65 (min iki yüz səksən iki manat altmış beş qəpik) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı Əlizamin oğlu məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 saylı qiyabi qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 5030,0 (beş min otuz) manat pulun alınaraq İddiaçı Əlizamin oğlu ödənilməsi qət edilib. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4030/2017 nömrəli, 05 sentyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 saylı qiyabi qətnaməsi 20 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin 14 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində 29 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən axtarış işi açılmışdir. İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Əlizamin oğlu Cavabdeh müraciət edərək 5 gün müddətində 1232,35 (min iki yüz otuz iki manat otuz beş qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafıq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı Əlizamin oğlu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 4030/2017 saylı qiyabi qətnaməsinin qəbul edildiyi 05 sentyabr 2017-ci il tarixdən hazırki iddia ərizəsində iddiaçının qeyd etdiyi xx.xx.2022-ci il tarixədək olan 5 il 1 ay müddətdə hər il üçün 251,5 manat olmaqla cəmi 1282,65 manat pulun ona ödənilməsini iddia edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(003)-4030/2017 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı tərəf olaraq İddiaçı Əlizamin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 5030,0 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Lakin məhkəmənin qətnaməsinin icra edilməsi bu günədək mümkün olmayıb. Cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “onadan faydalanmağa görə” özgəsinin pul vəsaitini qanunsuz saxlanılması, onu qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu gecikdirdiyindən, tələbkar gecikdirilmiş vaxt üçün əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etməkdə haqlıdır. Belə ki, hazırda İddiaçı Əlizamin oğlu Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(003)-4030/2017 saylı qiyabi qətnaməsinin qəbul edildiyi tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla, 1282,65 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, illik 5 faiz Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(003)-4030/2017 saylı qiyabi qətnaməsinin qəbul edildiyi tarixdən deyil, qanuni qüvvəyə mindiyi 20 oktyabr 2017-ci il tarixdən başlanılmaqla xx.xx.2022-ci il tarixədək hesablanmalıdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(003)-4030/2017 saylı qiyabi qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət 4 il 11 ay 9 gün edir. Belə olan halda cavabdehin qətnamə ilə müəyyən edilmiş 5030,0 manat üzrə ödəmədiyi dövrdə gecikdirilmiş günlər üçün illik 5 faiz dərəcəsi ilə hesablanmalı olan məbləğ 1242,82 manat (5030 x 5% x 4 = 1006; 5030 x 5% x 11/12 = 230,54; 5030 x 5 x 1/12 x 9/30 = 6,28; 1006 + 230,54 + 6,28 = 1242,82) təşkil edir. Məhkəmə həmçinin iddianın 33,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 33,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 5030,0 manat məbləğinə illik 5% hesablamaqla 1242,82 manat (5030 x 5% x 4 = 1006; 5030 x 5% x 11/12 = 230,54; 5030 x 5 x 1/12 x 9/30 = 6,28; 1006+230,54+6,28=1242,82) məbləğində pul və ödənilmiş 33,0 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Əlizamin oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 142, 77.1, 88, 2160, 227, 358, 360 və 362-ci maddələrini rəhbərtutaraq, Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1242,82 manat (min iki yüz qırx iki manat, səksən iki qəpik) məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı Əlizamin oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-250/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-250/2023
16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver