Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2511/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 1200 manat sabit pul məbləğində alimentin tutulamsı və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə alimentin tutulması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən 400 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə nikah rəsmiləşdirilimişdir. Hazırda o işləmir ağır epilepsiya xəstəsidir və bununla bağlı İİ qrup əlildir. Hazırda himayəsində azyaşlı uşağın olması, müalicə xərclərinin əhəmiyyətli dərəcədə yüksəlmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh 9 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Yevgenyevnaya verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh 9 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsi ilə məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-1676 nömrəli məktubda qeyd edilmişdir ki, arvadı X1 iddiasının təmin edilməsini, ondan hər ay 1200 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödnəliməsini, məhkəmə iclasına onun və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 007669 nömrəli vəsiqəsindən görünür ki, X3 İİ qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun public hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filalının xx.xx.2022-ci il tarixli **********0 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh 1448,26 manat məbləğində yaşa görə pensiya alır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasına dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə araşdırıma zamanı ailə qanunvericiliyinin tələblərinə əsasən iddiaçının əmək qabiliyyəti olmamaqla maddi yardıma ehtiyacı olduğu, o cümlədən tələb edilən alimentin ödənilməsi üçün cavabdehin də buna zəruri vəsaitinin olması müəyyən edilmişdir. Buna görə də tələb edilən aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini qəbul etməklə ondan alimentin tutulmasına etiraz etmir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 800 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 9600 manat (800x12=9600) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduduğundan cavabdehdən dövlət mədaxilinə 116 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 1200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə, hər ay 1200 (min iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 116 (yüz on altı) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2511/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2511/2022
08.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver