Məhkəmə qərarları › İş №2(003)-2525/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2525/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2525/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 qızının, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.127.1818-ci il tarixli BPM**********28 saylı kredit müqaviləsi üzrə 5346.45 manat əsas borc, 27.18 manat faiz borcu, cəmi 5373.63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin və 0.40 manat bank xidmət haqqının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 54 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 5600 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bakı şəhəri 33 saylı dövlət notariat ofisi tərəfindən verilən məlumata əsasən, Cavabdeh Əyub qızına xx.xx.2019-cu il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 18.127.1818-ci il tarixli BPM**********28 saylı kredit müqaviləsi üzrə 5346.45 manat əsas borc, 27.18 manat faiz borcu, cəmi 5373.63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin və 0.40 manat bank xidmət haqqının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X1 qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, borcu o deyil, mərhum X7 götürmüşdür. O, mərhumun qnaun üzrə vərəsəsidir. Maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə X7 arasında xx xxxxxx 2018-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən X6 illik 24 faiz ödəmək şərti ilə 54 ay müddətinə 5600 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, X3 Banka olan borcunun 3 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, cavabdeh X7 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun bankaolan əsas borcu 5346.45 manat, faiz borcu27.18 manat olmaqla, cəmi 5373.63 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdə-liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 33 saylı dövlət notariat kontorunun xx xxx 2020-ci il tarixli 43 saylı məktubundan görünür ki, X4 mirası həyat yoldaşı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X3 Cavabdeh Əyub qızına qalmış əmlak 2501.83 manatdan ibarətdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə borclu olan mərhum atası X4 qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən ünvanlanmış xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh X4 qanun üzrə vərəsəsi kimi kredit müqaviləsi üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə miras qalmış əmlak həcmində, yəni 2501.83 manatın tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbindən görünür ki, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdehdən tutulması xahiş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 13 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 2501.83 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 13 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 2501.83 (iki min beş yüz bir manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 13 (on üç) manat məbləği tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar