Məhkəmə qərarları › İş №2(003)-2540/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2540/2020

28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2540/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X2, Cavabdehiştirakı ilə X2 cavabdehlər Cavabdeh və X10 qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X3 cavabdehlər Cavabdeh və X10 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayonməhkəməsinə müraciət edərək, cavabdehlərdən ona dəyən 3240 manat maddi zərərin və bankdan götürülmüş pulun faizi 2000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılması və 11000 manat kredit müqavilə işinə təkrar məhkəmə iclası təyin edilməsi və ölkədən çıxma hüququnun aradan götürülməyini məhkəmədən xahiş etmişdir. X3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlərdən ona dəyən 3240 manat maddi zərərin və bankdan götürülmüş pulun faizi 2000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, övladları ilə birgə Türkiyə Respublikasında yaşayır. Lakin elə oldu ki, azyaşlı qızı Nəcəfova Tükəzbanla birgə Naxçıvan MR gömrük sərhədini keçərkən, axtarışda olduğu müəyyən olundu. İş hal hazırda Zaur Tağıyevdədir. xx.xx.2020-ci il tarixli 8(003)-24/2020 nömrəli qərardadı ilə təqdimat təmin olunaraq, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, N-968 nömrəli məktubunda 8i-1033 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi ilə razı olmadığını və iddiaçı Cavabdeh 11000 manat borclu olmadığını və məhkəmənin xx.xx.2020-ci il tarixli ölkədən getmək hüququnu məhdudlaşdırılması ilə bağlı qərarla razı olmadığını qeyd etmişdir. Cavabdeh mərhum bacısının gəlinidir. Cavabdeh ona kənar şəxslərlə hədə qorxu gələrək Gəncə şəhəri 3 saylı notariata apararaq, 11000 (on bir min) manat kredit müqaviləsi bağlamağa məcbur edərək imza atdırmışdır. Müqavilə bağlandıqdan sonra ondan pulu alaraq sahibinə qaytardı sadəcə müqavilə üçün ona pul verilmişdir. Neçə günlərlə onu Gəncə şəhərində saxlamışlar, 102 Qaynar xəttə zəng etmək istəsə belə əlindəki telefon Cavabdeh tərəfindən alınmışdı. 11000 (on bir min) manat ona verilməmişdir, bu, şər və böhtandır. Daha öncə də mərhum bacısı Nəzirova Sənubərə aid hər nə əşya və mebel var idisə Cavabdeh və mərhum bacısının oğlu Nəzirov Əli mənimsəyərək X4 və onun qızı X1. Lakin buna baxmayaraq satılmış mebellərin və əşyaların pulunu onu Xəzər rayon məhkəməsinə verərək 2(003)-5607/2017 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən və hakim Əkbərov Tərlanın iştirakı ilə 3000 (üç min) manat və 30 (otuz) manat dövlət rüsumu ondan alınaraq X10 və Cavabdeh verilmişdir. 240 (iki yüz qırx) manat icra məmuru Yaquba verilmişdir. Ondan 3000 (üç min) manat alındıqdan sonra təkrar onu 11000 (on bir min) manat kredit müqaviləsi bağlamağa məcbur etmişlər. Qeyd olunanlara əsasən, cavabdehlərdən ona dəyən 3240 manat maddi zərərin və bankdan götürülmüş pulun faizi 2000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onlardan 3240 manat və 2000 manat banka olan faiz də daxil olmaqla, maddi zərər tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Lakin həmin maddi ziyan onlara dəymişdir və onlar iddia ərizəsilə məhkəməyə müraciət etmiş, işə baxılmış və xx.xx.2017-ciil tarixli 2(003)-5607/2017 saylı qətnamə qəbul olunmuşdur. Qətnamə icraya yönəldilmiş və pul tutularaq onlara ödənilmişdir. Bir məsələyə bir məhkəmədə iki dəfə baxmaq olmaz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdeh X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5607 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardan eyni zamanda görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5607 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən X5 X12 və Cavabdeh xeyrinə 3000 manat və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 82.3. maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, tərəflər arasında 3000 manat maddi ziyanla bağlı məsələyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış, Məhkəmənin 2(003)-5607 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, məsələyə hüquqi qiymət verilərək, hazırki iş üzrə iddiaçıdan cavabdehlərin xeyrinə maddi ziyan tutulmuşdur. Hazırda iddiaçı həmin məhkəmə aktı mövcud olduğu halda, eyni mübahisə ilə bağlı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ondan tutulmuş 3000 manat pul məbləğinin və rüsum olaraq icra orqanına ödədiyi 240 manat pulun, eyni zamanda həmin pulun ödənilməsi üçün bankdan götürdüyü kredit borcuna hesablanmış 2000 manat faiz məbləğinin maddi zərər kimi cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5607 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, həmin qərar əsasında ödənilmiş pul vəsaitinin qaytarılması üçün əsas yoxdur və iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddia tələbinin bankdan götürülmüş pulun faizi kimi 2000 manat pulun tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı həmin pul vəsaitini ödəməyində cavabdehlərin təqsirli hərəkətinin olmasına dair hər hansı əsas gətirə bilməmiş, Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 77.1. maddəsinə əsasən, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki,iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : X2 cavabdehlər Cavabdeh və X10 qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar