Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2577/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aylıq 193 manat aliment məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə xx.xx.2022-ci ildə nikahları pozulub. Birgə övladları olan X2 görə Xəzər Rayon Məhkəməsi tərəfindən 2021-ci ilin noyabr ayında 150 manat aliment məbləi müəyyən edilmişdir. Alimentin məbləği 2022-ci ilin yanvar ayında 193 manata qədər artırılmışdır. Məhkəmə iclasında İddiaçın iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın təmin edilməsinə etiraz etmədi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 04 iyun 2019-cu il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1227 nömrəi akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 10 oktyabr 2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 10 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək 193 manat müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahında doğulmuş olan cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmə qətanməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, Cavabdeh xeyrinə tutulan alimentin sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsinə əsasən 10 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsində tutulan alimentin dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4666/2021 nömrəli qətnaməsinə əsasən 10 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, 10 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat miqdarda aliment tutulub İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2577/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2577/2022
10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver