Məhkəmə qərarları › İş №2(003)-2592/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2592/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2592/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlaroğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2016-cı il tarixli ərizə üzrə ödənilməmiş 300 manat borcun və məhkəməyə müraciət üçün ödənilmiş 21 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiatələbionunlaəsaslandırılmışdırki, onunla Cavabdeh arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən 17 saylı evin 47 saylı mənzilini satmışdır. xx xxxxx 2016-cı alqı-satqı müqaviləsində tərəflərin hüquq və öhdəlikləri qeyd edilmişdir. Həmin öhdəliklər üzrə Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən 17 saylı evin 47 saylı mənzili Cavabdehun tam mülkiyyətinə keçir və bunun qarşılığında cavabdeh ona 39000 manat pul ödəyir. Həmçinin xx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən o, ünvan 1 mənzil 47 ünvanından qeydiyyatdan çıxmalı bunun müqabilində isə xx xxxxx 2016-cı il tarixli sənədə əsasən Cavabdeh ona 300 manat pul ödəməli idi. AZE 16211570 Seriyalı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 mənzil 47 ünvanından qeydiyyatdan çıxmasına baxmayaraq ona xx xxxxx 2016-cı il tarixli alqı-satqı və xx xxxxx 2016-cı il tarixli sənədə əsasən ödənilməli olan 300 manat məbləğində pul bugünədək ödənilməmişdir. Lakin cavabdeh pulu bugünədək qaytarmaqdan imtina edir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona borclu olduğu 300 manat borcu qaytarmaqdan yayınır. Buna görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasındaİddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, sözügedən qəbzin əslini təqdim edə bilmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 300 manat depozit olaraq götürmüşdür ki, Baxşıyev X3 rayonu, B.Nuriyev küçəsi, ev 17, mənzil 47 ünvanından qeydiyyatdan çıxdığı təqdirdə ona qaytaracaqdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 17, mənzil 47-ni Nəcad-X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinəgörə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranması müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsinə əlyazma kserosurət sənəd əlavə etmişdir. Məhkəmə araşdırması zamanı həmin sənədin əslini məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı həmin sənədin onda olmamasını qeyd etmişdir. Tərəflər arasında belə münasibətlərin olduğuna istinad edən tərəf həmin halı da sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş kserosurət əlyazmaya istinad etmişdir ki, bu da hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbi rədd edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təminedilməsin. Ödənilmiş dövlət rüsmu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlikedən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar