Məhkəmə qərarları › İş №2(003)-2595/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2595/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2595/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-207/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə aşağıdakı fakt müəyyən edilmişdir: Cavabdeh etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmə cinayət əməlini törətmişdir. Belə ki Cavabdeh tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən maşın bazarına gələrək orada tanış olduğu İddiaçı X1 məxsus “Vaz 21043 minik” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili həqiqi qiymətindən daha ucuz qiymətə onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, həmin gün saat 14:55 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospektində yerləşən 4 saylı notriat kontorunun çayxanasında 4900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-207/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh cəza müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-97/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış və hökm qanuni qüvvəsini alanadək barəsində həbs” qətimkan tədbiri seçilmişdir.Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izzah edilmişdir. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4900 manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqram vasitəsilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı 131719 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Qubadlı rayonunda anadan olmuş, 1993-cü ildə Qubadlı rayonunu tərk etmişdir. Vəsiqə Dövlətqaçqınkomun xx.xx.2011-ci il tarixdə verilmiş, 1828 nömrəsi ilə qeydə alınmışdır. Arayışdan görünür ki, İddiaçı həqiqətən Sumqayıt şəhəri, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yaşayır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-207/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və İddiaçı 4900 AZN ziyan vurmuş və ziyanı ödəməmişdir. Buna görə də, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı 4900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı 4900 manatı və ödənilmiş dövlət rüsumunu tələb edir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 4900 manat məbləğində maddi zərər yetirilməsində təqsirlidir və ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı rüsumla bağlı tələb irəli sürsə də, hər hansı təsdiq edən sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.Dövlət rüsumu ilə bağlı təsdiq edici sənəd təqdim olunmadığına görə, iddianın bu hissəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar