Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2618/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, İddiaçı Cavabdehqarşı borcun tutulması tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh və qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 3215 manat məbləğində əsas, 409,84 manat cərimə borcu, ümumilikdə isə 3624,84 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən o, 3883 manat dəyərində olan bir ədəd Samsung televizor, bir ədəd Samsung paltaryuyan və bir ədəd LG soyuducu almışdır. Alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 600 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 273 manat 58 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 3283 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 68 manat ödəniş etmiş, qalan 3215 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunzuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 409 manat 84 qəpik məbləğində ziyan vurmuş və bu məhz müqavilədən yarandığı üçün həmin pulun da borcludan tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, həmçinin iddiaçı «xxxxxxxxxxxxxxx» MMC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, sonuncuya 3407 manat dəyərində Samsung markalı televizor və LG markalı soyuducu satılması ilə bağlı müqavilə bağlanmış və həmin tarixdə də mal cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin borcluya ünvanlanmış xəbərdarlıqlardan görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında xəbərdarlıq məktubu göndərilmişdir. İş materasillarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3215 manat əsas, 409,84 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, borclu alğı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC ilə onun arasında bağlanmış olan alğı-satqı müqaviləsi üzrə öhdəliyi tam olaraq icra etməmişdir və bu səbəbdən də iddiaçının iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 3215 manat əsas borca münasibətdə cavabdehdən 409,84 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və azaldılaraq 40 manat məbləğindəmüəyyənedilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ******* saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 3215 manat məbləğində əsas, 40 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 3215 manat məbləğində əsas, 40 manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 3285 (üç min iki yüz səksən beş) manat məbləğində pul iddiaçı «xxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2618/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2618/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver