Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2636/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 18000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna qəsəbəsi ərazisində sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq, 2007-ci ildə torpaq sahəsi alıb ev tikmək qərarına gəldi. Həmin torpaq sahəsinin özünü təqdim edən cavabdeh İlham Ağaəmi oğlu 12 sot torpaq sahəsini olduğunu ona bildirərək, aralarınızda qiymətləndirmə ilə əlaqədar söhbətiləri oldu. O torpaq sahəsini 50000 manata ona təklif etdi. O isə ona qiyməti aşağı salmaq üçün təkliflər etsə də, onunla razılaşmadı. Ona bildirdi ki, onun torpaq sahəsinin hüquqi sənədi olduğu üçün, gələcəkdə evi tikdikdən sonra özəlləşdirmə zamanı onun üçün heç bir narazılıq olmadan, özəlləşdirmə işi aparmaq mümkündür. Əgər bu sənədi ona verə bilməsəydi 30000 manat civarında alqı-satqı edərdi. Hüquqi sənədi olduğu üçün 48000 manata onunla razılaşdı. O, bu hissədə razılaşma zamanı onun təcrübəsiz olmağından istifadə edərək, dərhal şəxsiyyət vəsiqəsini ondan tələb etdi ki, etibamamə yazdırmaqdan ötrü, sonrası 48000 manat pulun ona verilməsiylə söhbət yekunlaşdı. O həyat yoldaşının şəxsiyyət vəsiqəsini verərək, etibarnaməni onun adına yazdırdı. Cavabdeh ona bildirdi ki, bugün-sabah etibamamə hazır olacaq, pulun hazır olmasını bildirdi. Ona etibarnaməni təqdim etdiyi zaman, avtomobildə başında örpək olan qadın əyləşmişdi. Ona yaxınlaşıb sənədləri göstərərək və etibarnaməni verərək, şəxsiyyət vəsiqəsi üstündə olmaqla, 48000 manat pulu aldı. Həmin etibarnamə 20 il müddətinə yazılmışdı. 2013-cü ildə həmin torpaq sahəsində evin tikinti işləri gedən zaman, müxtəlif orqan tərəflərindən müraciətlər olduğu üçün həyat yoldaşı evdə azyaşlı uşaqlara baxdığına görə etibarnaməni qalan səlahiyyət müddətinə ona verdi. Artıq onlar evi tikib başa çatdırdıqdan sonra müraciət edib özəlləşdirmək üçün Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, özəlləşdirmə işini aparmaqdan ötrü cizgi sxeminin alınmasına müraciət etdilər. 2018-ci ildə 1 saylı Bakı şəhəri DƏDRX Ərazi İdarəsinə müraciət etdi. Onlara etiraz məktubunda bildirildi ki, xx.xx.1997-ci ildə Əzizbəyov ( Xəzər ) Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 124 saylı sərəncam 2003-cü ildə artıq özəlləşdirilib və başqa bir şəxsin adına özgələşdirilib. O dərhal müxtəlif vəkillərlə məsləhətləşib qərara gəldik ki, Bakı şəhər İnzibati Məhkəməsinə müraciət etmək lazımdır. O bu haqda məlumat verdi. xx.xx.2022-ci ildə 2-1(112)-5809/2022 saylı qərardadına əsasən, məlum oldu ki, Cavabdeh Ağaəmi oğlu onu aldadaraq, baha qiymətə torpaq satmışdır. O yənə də, 102 xidmətindən istifadə edərək, Xəzər Rayon Polis İdarəsinin şöbəsində tədqiqat işinin aparılması üçün müraciət etdi. Lakin işin sonunda tədqiqatçı Xəzər Yolçuyevin qərarına əsasən xx.xx.2022-ci ildə məlum oldu ki, o artıq Xəzər Rayon Məhkəməsinə müraciət etməklə, aldadılma yolu ilə ondan alınan 18000 manat pulun geri qaytarılması məqsədəuyğundur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, 2007-ci ildə torpaq üçün pul verdi. O İlhaməni tanımır, İlhamı tanıyır. 2008-ci ildən ev tikib yaşayır. Faktiki istifadə edib tikmişdir. İlhamın İlhaməyə pul verməsi barədə məlumatı yoxdur. Pulu aldıqdan sonra ona etibarnamə verib. O da maneəsiz istifadə etmişdir. Həmin torpağa heç kimin iddiası yoxdur. 2 ay bundan əvvəl İlhamın qardaşı ona dedi ki, “bu məsələni yoluna qoyarıq”. Ədalətin yanında 48000 manat pul vermişdir. Pul verən zaman İlhamə orada idi. 18000 manat pul istəyir. Onun aldığı dövürdə qeyd olunan ərazidə 12 sot sənədsiz torpağın qiyməti 30000 manat olduğundan ödədiyi 48000 manatın 18000 manatı cavabdehdən geri tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İlhamı əvvəllər tanımamış, bu məsələ ilə bağlı tanış olmuşdur. İlham dəyəri 50000 – 60000 manat olan 12 sot torpaq sahəsinin olduğunu bildirmişdir. Bu məsələ ilə bağlı tərəflər razılaşmışlar və Araz ona “Oksigen” kafesində 48000 manat pul vermişdir. İlham bildirmişdir ki, torpağın qiyməti sərəncamla olduğuna görə 48000 manatdır, sərəncamsız olduğu təqdirdə 30000 manat olacaqdır. Torpağı aldıqdan sonra Araz torpağın özəlləşdirilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Oradan ona imtina məktubu verilərək bildirilmişdi ki, həmin torpaq sahəsi 2003-2004-cü illərdə başqa şəxsin adına özəlləşdirilmişdir. İddiaçı bu məsələ ilə bağlı Polis İdarəsinə müraciət etdi. Polis idarəsindən Xəzər müəllim onun evində izahatını aldı. Həmin vaxt İlham etiraf edirdi. İlhamın qardaşları Rusiyadadır. İlham özüdə Rusiyaya qaçıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, Arazı qarajdan tanıyır. Belə ki, onun işçisi olmuşdur. İlhamı isə kafedən tanımışdır. Tərəflər arasında olan söhbətdə iştirak etmişdir. Belə ki, Arazın üzərində böyük məbləğdə pul olduğuna görə onunla birlikdə getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır (maddə 135.1). Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (maddə 135.2). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə157.2). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 18000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2636/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2636/2022
31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver