Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-264/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə, baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000,0 (iyirmi beş min) manat avtomobilin dəyərinin, 9 il ərzində vəsaitin qanunsuz olaraq saxlanması üçün 11250,0 (on bir min iki yüz əlli) manat əlavə haqqın (penyanın), məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində “Kia Sportage minik” markalı “**-LT- ***” dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil xx.xx.2011-ci il tarixdə əldə edilmiş və müvafiq olaraq AB seriyalı 629575 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra tərəfindən Cavabdeh müvafiq etibarnamə verilmişdir. Cavabdeh xx.xx.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında qeyd edilən nəqliyyat vasitəsini X8 25000,0 (iyirmi beş min) manata satmışdır. Bu zaman alqı-satqı müqaviləsi etibarnamə əsasında həyata keçirilməsinə baxmayaraq Cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaiti ona ödəməmişdir. Faktiki olaraq Cavabdeh oğlu ona məxsus avtomobili onun adından satmış, ancaq əldə edilmiş vəsaiti ona ödəməyərək həmin vəsaiti mənimsəmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi tərəfindən Xəzər rayon məhkəməsində mübahisələndirilsə də, ilkin olaraq iddia ərizəsi təmin edilmiş, lakin yuxarı instansiya məhkəmələri tərəfindən 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbləri rədd edilmişdir. Yuxarıda qeyd eilmiş kimi, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı olan məhkəmə çəkişmələri zamanı da qeyd edilən fakt öz təsdiqini tapmışdır. Qeyd edir ki, alqı-satqı müqaviləsi 2012-ci ilin sentyabr ayının 22-də olsa da bu günə qədər cavadbeh tərəfindən heç bir pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı bacısı qızı X1 Xəyyam Nizami oğlu adlı şəxslə 2010-cu ildən qeyri-rəsmi ailə münasibəti quraraq yaşamışdır. X6 2011-ci ildə özünə 25000 manata “Kia Sportage minik” markalı, “90-LT575” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış və avtomobili onun adına qeydiyyata aldırmışdır. Samirə Heydərovanın xahişi ilə o, Samirə ilə birlikdə yaşayan Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh həmin etibarnamədən istifadə edərək sözügedən avtomobili X11 ilə xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ona satmış, avtomobili onun mülkiyyətinə vermişdir. Avtomobil satıldıqdan və onun adından çıxarıldıqdan sonra isə avtomobilin mülkiyyətçisi X11 xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti bitəndən sonra X11 2019-cu il tarixdə yenidən xx.xx.2029-cu il tarixdək Cavabdeh etibarnamə vermişdir. Hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsi ilə razı deyildir. Belə ki, avtomobil hər zaman cavabdehin istifadəsində olmuşdur və onun satılması kimi halın baş verməsini iddiaçı bilməmişdir. Belə olan halda iddia müddətinin tətbiq edilməsi zərurəti aradan qalxır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, o 2010-cu ildə X6 ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. 2012-ci ildə 21500,0 manat məbləğində pula “Kia Sportage minik” markalı avtomobil almış və avtomobili razılıq əsasında Samirə Heydərovanın xalası İddiaçı adına rəsmiləşdirmişdir. Sonra Samirə və Dünyaxanım ilə birlikdə notariat kontoruna gedərək avtomobili Seymurun adına keçirmişlər və Seymurdan 20000,0 manat məbləğində pul götürərək Samirəyə ev almışdır. Lakin avtomobil alındığı gündən hal-hazıradək onda olmuş və avtomobili o idarə etmişdir. Bundan bir qədər sonra Samirə avtomobili birgə yaşadıqları müddətdə aldıqları üçün ona verməli olduğunu bildirmiş, verməyəcəyi halda onu şərləyəcəyini demişdir. Bundan sona Samirə ondan polisə şikayət etmişdir. İddiaçı daha əvvəl də bu predmet üzrə (avtomobil) ona qarşı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş “müqavilənin və avtomobilin şəhadətnaməsinin etibarsız sayılması, avtomobilin cavabdehdən alınaraq ona təhvil verilməsi tələbi” nə dair iddiası təmin edilməmişdir. Həmçinin qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərarla təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı tərəfindən verilmiş pul tələbinə dair iddiası qeyd edilən avtomobillə bağlıdır ki, bu avtomobilin alqısatqısında məhkəmə tərəfindən aparılmış araşdırma zamanı hər-hansı bir qanunsuzluq müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh prosessual müddətin tətbiqinə dair ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya iddiaçıya məxsus avtomobili sataraq 25000,0 manat pulu mənimsədiyini bildirməklə həmin vəsaitin, həmçinin bu vəsaitin qanunsuz olaraq saxlanılması üçün 11250,0 manat əlavə haqqın, məhkəmə rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia olunan tələbin yaranma səbəbi kimi xx.xx.2012-ci ildə bağlanmış alqı-satqı müqavilsi göstərilmişdir. Belə olan halda isə mübahisələndirilən halın baş vermə anından 10 ildən artıq müddət keçmişdir. Bildirmək istəyir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətləri də ötürülmüşdür. Bu səbəbdən də İddiaçı tərəfindən verilmiş pul tələbinə dair iddia ərizəsi üzrə iddia ərizələrinin verilməsinə dair prosessual müddətin tətbiq edilməsini Xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırki iddianın əsası kimi xx.xx.2012-ci ildə bağlanmış alqı-satqı müqavilsi göstərilmişdir. Belə olan halda isə mübahisələndirilən halın baş vermə anından 10 ildən artıq müddət keçmişdir. Bildirmək istəyir ki, hazırkı iş üzrə iddia müddətləri də ötürülmüşdür. Bu səbəbdən də İddiaçı tərəfindən verilmiş pul tələbinə dair iddia ərizəsi üzrə iddia ərizələrinin verilməsinə dair prosessual müddətin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan BDYPİ tərəfindən məhkəməyə ünvanlanmış 016- 28340-1221 saylı, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, “Kia Sportage minik” markalı avtomobil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə “**-LT-***” dövlət qeydiyyat nişanı və AB seriyalı 629575 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobilə dair X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2061-ci il tarixədək, Cavabdeh xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmış, xx.xx.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nə əsasən X7 adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobilə dair Cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobilə dair Cavabdeh etibarnaməsinə xx.xx.2012-ci ildə xitam verilmişdir. Sonuncuya verilən etibarnamənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsin 2(003)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı "nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin alınıb ona təhvil verilməsi" tələbi barədə iddiası təmin edilərək, Cavabdeh ilə X11 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair X7 adına Azərbaycan Respublikası BDYPİ-də xx.xx.2012-ci il tarixdə aparılmış qeydiyyat və X8 buraxiliş ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması və buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh və X5 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Xəzər rayon məhkəməsin 2(003)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsının 2(102)-1035/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 208/10 saylı xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Avtomobilçi düşərgəsində məskunlaşmaqla qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdeh mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasından 10 ildən çox müddətin keçdiyini, bu müddət ərzində ona qarşı hər hansı tələb irəli sürülmədiyini, iddiaçının həmin müqavilənin bağlanmasından məlumatlı olduğunu bildirərək iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı özünü mübahisəli avtomobilin əsil sahibi saymır və avtomobilin bacısı qızı Samirə Heydərovaya məxsus olduğu müəyyən edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, Samirə Heydərova tərəfindən Cavabdeh qarşı avtomobillə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bundan başqa iddiaçı Cavabdeh avtomobilin idarə olunması və avtomobil üzərində sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. Mülki hüquqda nümayəndəyə verilən səlahiyyətin həcminə və məzmununa görə efibamamənin 3 növü fərqləndirilir: -ümumi etibarnamə, -xüsusi etibarnamə, -birdəfəlik etibarnamə. Ümumi etibarnamə odur ki, o, nümayəndəyə əhatə dairəsi geniş və müxtəlif olan Əqdlərin bağlanmasına və digər hüquqi hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verir. Bu cür etibarnamə adətən, təmsil olunanın əmlakının idarə olunması və ona sərəncam verilməsi üçün verilir. Ümumi etibarnamə imkan verir ki, nümayəndə istənilən 3-cü şəxs qarşısında nümayəndəlik funksiyasını həyata keçirsin, mümkün olan, qanunla nəzərdə tutulan bütün əqdləri bağlasın və digər hüquqi hərəkətləri yerinə yetirsin. Xususi etibarnamə odur ki, o, nümayəndəyə müəyyən sahədə və ya eyni növlü bir neçə hüquqi hərəkətin yerinə yetırılmesinə səlahiyyət verir. Birdəfəlik etibarname odur ki, o, nümayəndayə yalnız konkret əqd bağlamaq və digər hüquqi hərəkətləri yerinə yetirmək üçün səlahiyyət verir. Məhkəmə qeyd edir ki, xx.xx.2012-cı iİ tarıxli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərinda sərəncam vermək və s. barədə də səlahiyyət verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsini bağlayarkən etibarnamə üzrə verilən səlahiyyətlərdən kənara çıxmamış, səlahiyyət həddini aşmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərində sərəncam vermək və s. barədə də səlahiyyət verildiyindən və etibarnamə üzrə verilən səlahiyyətlər etibar edilənə mübahisəli avtomobilə dair qanunla icazə verilən bütün əqdləri bağlamaq hüququ verdiyindən iddiaçının etibar edilənin (təmsil edənin) bağladığı həmin əqdləri onların bağlandığı gündən mübahisələndirmək hüququ olmuşdur. Yəni, əqdin bağlandığı tarix iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gündür. Məhz buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. İş materiallarında olan ərizədən görünür ki, cavabdeh hazırkı mübahisəyə əqdlərin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı mübahisəli avtomobilin alqısatqısından xəbərdar olmuş və mübahisə açmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddətləri ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Bundan başqa iddia tələbinin 11250,0 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə də əssasız olduğundan təmin edilə bilməz. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə həmçinin iddiaçının 11250,0 manat məbləğində əldən çıxmış faydanın tələbini də əsassız sayır. Çünkü sözügedən maddi zərərin tutulması tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Məhkəmə həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə də qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 25000,0 (iyirmi beş min) manat avtomobilin dəyərinin, 9 il ərzində vəsaitin qanunsuz olaraq saxlanması üçün 11250,0 (on bir min iki yüz əlli) manat əlavə haqqın (penyanın), məhkəməyə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-264/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-264/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver