Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-264/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs* olmaqla “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs* olmaqla “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27.02.*978-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş X* xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ilə rəsmi nikaha girərək ailə qurmuş və birgə nikahdan 3 uşaqları dünyaya gəlmişdir. X3 20*3 – cü ildə işləmək üçün Türkiyə Dövlətinə getmişdir. Lakin sonradan onun Suriya Dövlətinə getməsi məlum olmuşdur. Gedəndən sonra bir müddət ailəsi ilə əlaqə saxlasa da sonradan onunla əlaqə kəsilmişdir. X3 20*4 – cü ildə X4 gedən döyüşlərdə dünyasını dəyişdiyi deyilsədə bu barədə rəsmi məlumat yoxdur. Yalnız bu barədə sosial şəbəkələrdə olan xəbər portallarında onun dünyasını dəyişməsi barədə xəbərlər dərc olunmuşdur. 29.*2.20*6 – cu il tarixli Binəqədi rayon Məhkəməsinin 2(00*) -*9629 saylı iş üzrə ( hakim F.Qasımov ) qətnaməsi ilə Dövlət Miqrasiya xidmətinin ərizəsi təmin olunaraq X2 Azərbaycan Respublikası vətandaşlığının itirilməsi qət edilmişdir. X* 20*3 – cü ildən Azərbaycan Respublikasını tərk etdiyi müddətdən sonra geri qayıtmamışdır və artıq neçə ildir onunla əlaqə yoxdur. Birgə nikahdan üç uşaqları var və X* razılığı tələb olunduğu üçün o, uşaqlara sənəd ala bilmir, onların xaricə çıxarılmasına icazə verilmir. Artıq *0 ildən çoxdur ki , Suriyada intensiv hərbi əməliyyatlar dayanmışdır və əməliyyatlar dayandıqdan sonrada həyat yoldaşından məlumat yoxdur. X* X4 ölməsi bəlli olsa da bunu sübut edəcək dəlliləri olmadığından məhkəmə qaydasında onun itkin düşməsi faktının müəyyən olması üçün məhkəməyə müraciət edir. Ərizəçi nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs*nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 25.*2.2024-cü il tarixli 5/4835 saylı məktubundan görünür ki, 27.02.*978-ci il təvəllüdlü X3 2*.08.20*3-cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti şöbəsinin rəisinin birinci müavini tərəfindən verilmiş arayışdan görünür ki, X3 2*.08.20*3-cü il tarixdə Azərbaycan Respublikasından çıxmış və geri qayıtmamışdır. - Nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 ilə Ərizəçi 25.07.20*3-cü ildə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Əliyev soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.*-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. - 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının *-dən başlanır. - 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. - 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.*.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 3*2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 3*3-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir - 3*5.*. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. - 3*6. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq, X* xəbərsiz itkin düşməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ərizənin məzmunundan görünür ki, X3 20*3-cü ildə Azərbaycan Respublikasını tərk edərək, Türkiyə Respublikasına getmiş, daha sonra harada olması barədə məlumat əldə edilməmişdir. Hazırda onun itkin düşməsi haqqında son məlumatların alındığı günü dəqiq müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə onun ölkəni tərk etdiyi vaxtı (2*.08.20*3) nəzərə alaraq, X* xəbərsiz itkin düşməsi vaxtının növbəti ilin yanvar ayının *-dən, yəni 0* yanvar 20*4-cü il tarixindən sayılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 27.02.*978-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş hesab edilməli, onun xəbərsiz itkin düşməsi vaxtı 0* yanvar 20*4-cü il tarixindən sayılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27.02.*978-ci il tarixdə Cəbrayıl rayonu Soltanlı kəndində doğulmuş X3 0*.0*.20*4-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-264/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-264/2025
07.01.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver