Məhkəmə qərarları › İş №2(003)-267/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-267/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-267/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,* manat dəyərində vəsaitin alınıb Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23*.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. 1*.0*.2023-cü il tarixdə şöbənin böyük icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “attenti markalı” 35639610 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara gorə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-ci il tarixli yoxlama zamanı Cavabdeh təhkim olunan elektron mobil qurğunun ana platasında korroziya müşahidə edildiyi təmirə mümkün olmadığı, istifadəyə yararsız olduğu məlum olmuşdur. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Müvafiq akt və protokol tərtib edilmişdir. Cavabdehin günahından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,*0 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23*.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 1*.0*.2023-cü il tarixdə şöbənin böyük icra məmuru tərəfindən tərtib edilmiş müvafiq protokolun sürətindən görünür ki, bir ədəd “attenti markalı” 35639610 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. İş materiallarında olan 1*.0*.2023-cü il tarixli iltizamın sürətindən görünür ki, Cavabdeh onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları və qaydalara nəzarət edilməyəcəyi halda məsuliyyətin yaranacağı barədə məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsində Cavabdeh verdiyi izahatlarından müəyyən olunur ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən ona elektron nəzarət vasitəsi təhkim olunmuşdur. Həmin elektron nəzarət vasitəsi həyətdə qazılmış quyuya düşüb, daha sonra isə təmiri mümkün olmamışdır. Məsuliyyətini dərk edir, lakin zərəri ödəməyə maddi imkanı yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, 01 ədəd sadə elektron qolbağın, 01 ədəd mobil nəzarət qurğusunun, 01 ədəd elektrik adapterinin, 01 ədəd proqram lisenziyasının ümumi qiyməti 2277.*0 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, sonuncu tərəfindən təhvil verilməmiş elektron nəzarət vasitəsinə görə dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayonu Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi ev * ünvanda yaşayan X5 və ünvan 3 ünvanda yaşayan X2, ünvan 4 ünvanda yaşayan Cavabdeh iştirakı ilə tərtib edilmiş №35639610 saylı Attenti V6 mobil qurğusunun istifadəyə yararsız olması barədə xx.xx.2023-cü il tarixli aktın sürətindən görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru 1 dərəcəli ədliyyə qulluqçusu Məmməd Sərdarov Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh təyin edilmiş elektron nəzarət vasitələrinə baxış keçirmiş və 35639610 saylı elektron mobil qurğunun ana platasında korroziya müşahidə edildiyi, təmirə mümkün olmadığı, istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli ED 0002*2 saylı texniki rəyin sürətindən görünür ki, №35639610 saylı Attenti V6 mobil qurğusunun ana platasında korroziya müşahidə olunur və cihazın təmiri mümkün olmadığından istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23*.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Cavabdeh bir ədəd “attenti markalı” 35639610 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro təhvil verilmişdir. Lakin elektron nəzarət vasitəsinin ana platasında korroziya müşahidə edildiyi, təmirə mümkün olmadığı, istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1*.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh 01 ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro təhvil verilsə də, elektron nəzarət vasitəsinin Cavabdeh tərəfindən zədələndiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə elektron nəzarət vasitəsinin dəyəri olan 2277,* manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Elektron nəzarət vasitəsinin dəyəri olan 2277,* manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar