Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2736/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 505.34 manat əsas, 77 manat faiz, 85.15 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.05 manat, cəmi 669.54 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 15 ay müddətinə 1671 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 2020-ci il avqustun 11-dək cavabdehin banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 505.34 manat əsas borc, 77 manat faiz və 85.15 manat cərimə borcu olmaqla cəmi 667.49 manat borcu vardır. Həmçinin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.05 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 669.49 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 266-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında 15 ay müddətində illik 35 faiz dərəcəsi ilə 1671 manat məbləğində kreditin cavabdehə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan “xxxxxx” İKB ASC (hazırda İddiaçı) ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 0004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarında olan “xxxxxx” İKB ASC (hazırda İddiaçı) ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 561 saylı sazişdən görünür ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 266-0***-******* nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsi və sayrə hüquqlar “xxxxxx” İKB ASC-yə (hazırda İddiaçı) ötürülmüşdür. İş materiallarında olan tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, Cavabdeh onunla “FİNtrend” BOKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli 266- 0***-******* nömrəli kredit müqaviləsi üzrə tələbetmə hüquqlarının “xxxxxx” İKB ASC-yə ötürülməsi ilə tanış olmuş və ondan, həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 505.34 manat əsas, 77 manat faiz, 85.15 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.05 manat, cəmi 669.54 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasəntələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun qanunvericlikdə nəzərdən tutulmuş qaydada iddiaçı qarşısında 505.34 manat əsas, 77 manat faiz, 85.15 manat cərimə olmaqla cəmi 667.49 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz məbləğində borc olan 2.05 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 439.3-cü maddəsinə əsasə, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göstərilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz məbləğində borcu cavabdehdən tələb etməsi əsaslıdır. Buna görə də, iddia tələbi göstərilən hissədə təmin edilməlidir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 505.34 manat əsas, 77 manat faiz, 85.15 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.05 manat, cəmi 669.54 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 505.34 manat əsas, 77 manat faiz, 85.15 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.05 manat, cəmi 669.54 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 699.54 (altı yüz doxsan doqquz manat əlli dörd qəpik) manat tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2736/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2736/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver