Məhkəmə qərarları › İş №2(003)-276/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-276/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-276/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Urajayeviçin iştirakı ilə İddiaçı Urajayeviçin Cavabdeh qarşı maddi zərərin ödənilməsi və nöqsanların aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh suyun axıdılmasının nəticəsində mənə dəymiş 1500 (bir min beş yüz) manat məbləğində ziyanın əvəzinin ödənilməsini, həmçinin ödədiyim 35 manat dövlət rüsumunun cavabdeh X2 tutulub mənə qaytarılmasına dair qətnamə çıxarılsın. Həmçinin mənzilin kanalizasiya xətlərində yaranmış nasazlığı öz vəsaiti hesabına aradan qaldırılmasını cavabdeh X3 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 19”B”, mənzil 19 onun mülkiyyətindədir. Yuxarı mərtəbədə olan 21 saylı mənzil cavabdeh X5 məxsusdur. Həmin mənzildə yaşayan sakinlər tərəfindən mənzillərinə su axıdılır. Bunun nəticəsində əmlakına ziyan vurulmuşdur. Dəfərlərlə cavabdehdən suyun axıdmamasını xahiş etsə də, bir nəticə vermədi. Yuxardan mənzilinə su bir ildir ki, mütəmadı axıdılır. Bu ilin fevral ayında mənzilində etdiyi təmir yararsız hala düşüb. Bununla əlaqədar o Mənzil-Kommunal İstismar sahəsinə müraciət etmişdir. Həmin təşkilat akt tərtib etmişdir. Cavabdeh könüllü suyun axıdılmasının qarşısını almadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi G.Məmmədov küçəsi ev 14 b mənzil 19 İddiaçı adına xx.xx.1992-ci il tarixdən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Mənzil-X1 1 saylı Xüsusi Təyinatlı Mənzil Komunal Təsərrüfat birliyi 111 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 177 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Buzovna qəsəbəsi G.Məmmədov küçəsi ev 14 b mənzil 21-in sahibidir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənil-Kommunal Təsərüfat birliyinin 111 saylı MKİS-nin rəisi Z.Qəribov, mühasib E.Məmmədova və sahə rəisi F.Ömərov tərəfindən tərtib edilmiş aktda ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə həmin ünvanda yerləəşən 21 saylı mənzildən su axıdılması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/71 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Buzovna qəsəbəsi Q.Məmmədov küçəsi 14B ünvanında yerləşən 19 saylı mənzilə həmin ünvanda yerləşən 21 saylı mənzildən su axıdılması müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin mövcud olan bazar qiymətinə uyğun dəyəri təqribən 813 manat məbləğində müəyyən olunur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 813 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 813 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı Urajayeviçə verilməli, gələcəkdə suyun axıdılmaması üçün su və kanalizasiya xəttində yaranmış nasazlıq cavabdehin hesabına aradan qaldırılmalı, iddia qalan hissədə rəddd edilməldir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 35 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 813 manat və dövlət rüsumuna görə ödənilmiş 35 manat, cəmi 848 (səkkiz yüz qırx səkkiz) manat tutularaq İddiaçı Urajayeviçə verilsin. ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin su və kanalizasiya xəttində yaranmış nasazlığın Cavabdeh vəsaiti hesabına aradan qaldırılması öhdəliyi üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar