Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2772/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs Cavabdeh1 qarşı mənzilə dair hüquqların ötürülməklə öhdəliyin əvəzləşdirilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın xeyrinə müştərək qaydada əsas borc üzrə 31597,35 (otuz bir min beş yüz doxsan yeddi manat 35 qəpik) manat, faiz borcu üzrə 9262,17 (doqquz min iki yüz altmış iki manat 17 qəpik), cəmi 40859.52 (qırx min səkkiz yüz əlli doqquz manat 52 qəpik) manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 06.03.2015-ci il tarixli, 10-0603-2015-YS- AAAF-AE nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla, 35620 (otuz beş min altı yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Yuxarıda adı çəkilən 06.03.2015-ci il tarixli, 10-06-03- 2015-YS-AAAF-AE nömrəli Kredit müqaviləsinə əsasən 16.05.2021-ci il tarixinə əsas borc üzrə 31597.35 (otuz bir min beş yüz doxsan yeddi manat 35 qəpik) manat, faiz borcu üzrə 9262.17 (doqquz min iki yüz altmış iki manat 17 qəpik), cəmi 40859.52 (qırx min səkkiz yüz əlli doqquz manat 52 qəpik) manat kredit borcu mövcuddur. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın xeyrinə əsas borc üzrə 31597,35 (otuz bir min beş yüz doxsan yeddi manat 35 qəpik) manat, faiz borcu üzrə 9876,57 (doqquz min səkkiz yüz yetmiş altı manat 57 qəpik), cəmi 41473,92 (qırx bir min dörd yüz yetmiş üç manat 92 qəpik) manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs Cavabdeh1 qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.03.2015-ci il tarixli 10-06-03-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 31597.35 (otuz bir min beş yüz doxsan yeddi manat 35 qəpik) manat məbləğində borcun müqabilində Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60.9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış 10-06-03-2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamanə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırlmışdır ki, ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını cavabdeh X2 10-06-03-2015-YS-AAAF-AE nömrəli 06.0332015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə illik 10 faiz dərəcəsi ilə 180 ay muddətinə verilmiş 35620 (otuz beş min altı yüz iyirmi) manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2015-cı il tarixli ABB YM-0054 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,90 kv/m ibarət 2 otaqlı 56 nömrəli mənzilin alınması üçün verilmişdir. 06 03 2015-cı il tarixli ABB YM-0054 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə görə müqavilə qiymətinin 3965 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 35620 manat "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək, həmın müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı tərəfindən alıcı və Azərbaycan Beynəlxalq Bank ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 (doxsan) gün müddətində aparılmadıqda alıçı və cəmiyyət arasında imzalanmış müqavilənin predmeti olan mənzil "xxxx" ASC-nin müvafiq müraciəti əsasında boşaldılmalıdır. Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən alıcı tərəfindən alıcı və "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 (doxsan) gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı ona məxsus cəmiyyət ilə onun arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqları "xxxx" ASC-nin və ya “Azərbaycan Beynəlxalq Bank" ASC tərəfindən müvəkkil olunmuş şəxsin adına rəsmiləşdirilməsini təmin edir. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcıdan müqavilə öhdəliklərini, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq ödəniş və digər öhdəliklər daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcəkdir. 06.03.2015-ci il tarixli ABB YM-0054 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin 10-cu bəndinin müddəalarında, alıcı tərəfindən hər hansı səbəbdən öhdəliklərinin icra olunmaması nəticəsində həmin müqavilənini ləğv edilməsi və mənzilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi göstərilmişdir. Bundan başqa 10-06-03- 2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Bildiririk ki, alıcı Cavabdeh1 "xxxx" MMC ərizə ilə müraciət edərək, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,90 kv/m ibarət 2 otaqlı 56 nömrəli mənzilin geri qaytarılması və satılmaqla ödədiyi vəsaitin qaytarılmasını xahiş etmişdir. Lakin sözügedən mənzilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nin razılığı alınmadığına görə həyata keçirilə bilməmişdir. Sözügedən kredit münasibətlərinə dair məhkəmə çəkişmələri olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-5138/2018 nömrəli 30 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə "xxxx" ASC arasında Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv/m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 06 mart 2015-ci il tarixdə bağlanmış ABB YM-0054 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş, cavabdeh "xxxx" MMC-dən 3965 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1297/2019 nömrəli 11 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 cavabdeh "xxxx" MMC arasında 06 mart 2015-ci il tarixdə bağlanmış ABB YM-0054 nömrəli (ABB tərəfindən ipoteka ilə təmirsiz mənzil üçün) alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzil üçün bu günədək ödədiyi 15015.80 manat məbləğində pul və 30 manat dövlət rüsumunun "AAAF- İnşaat” MMC-dən tutulması qət edilmişdir. "xxxx" ASC MXD-nin 21.11.2019-cu il tarixli MXD-2842 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, borclu Cavabdeh1 10-06- 032015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 31597,35 manat əsas borc, 4566,42 manat faiz borcu olmaqla, cəmi 36163,77 manat borcu yaranmışdır. Beləliklə, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cəmi 40859,52 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqları "xxxx" ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı, çünki 10-06-032015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədəmüvəafiqdir. Eyni zamanda, sadalanan məhkəmə aktları ilə 06.03.2015-ci il tarixli ABB YM-0054 nömrəli mənzilin alqı-satqı müqaviləsi ləğv edildiyinə görə tərəflər əvvəlki vəziyyətinə qaytarılmışdır. Bu səbəbdən də, sözügedən 56 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. 10-06-03-2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.6-cı bəndinə görə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 06.03.2015-ci il tarixli ABB YM-0054 nömrəli "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti kimi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən pina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzil üzrə Azərbaycarı Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alındıqdan sonra borcalan bu barədə 10 (on) iş günü ərzində borc verənə məlumat verməli və 30 (otuz) iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 10-06-03-2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-ci bəndinə görə borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 06.03.2015-ci il tarixli ABB YM-0054 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzili boşaltmalıdır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Lakin sözügedən mənzilin yerləşdiyi yaşayış binası inşası davam etdiyinə görə həmin mənzilə dair bütün hüquqlar ilkin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnə keçməlidir. Məhkəmənin 15 dekabr 2021-ci il tarixli iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətnin nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmənin 15 dekabr 2021-ci il tarixli iclasında Cavabdeh1 ilk iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 15 dekabr 2021-ci il tarixli iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 15 dekabr 2021-ci il tarixli iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan 06.03.2015-ci il tarixli, 10-06-03-2015-YS-AAAF-AE nömrəli təminat kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə "xxxx" ASC arasında 180 ay müddətinə, illik 10% olmaqla 35620 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 06.03.2015-ci il tarixli, 10-06-03-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 06.03.2015-ci il tarixli, 10-06-03-2015-YS-AAAF-AE nömrəli təminat kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.09.2021-ci il tarixli 9/6638 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 06 mart 2015-ci il tarixli, 03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə maliyyə arayışının tarixinə yəni 27.07.2021-ci il tarixə olan borcu 41.499,74 manat mbəbləğində müəyyən edilir. Əsas borc üzrə 31617,03 manat, faiz borc üzrə 9882,71 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə Cavabdeh1 arasında 06.03.2015-ci il tarixli, 10-0603-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla 35620 (otuz beş min altı yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 06 mart 2015-ci il tarixli, 03- 2015-YS-AAAF-AE saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə maliyyə arayışının tarixinə yəni 27.07.2021-ci il tarixə olan borcu 41.499,74 manat məbləğində müəyyən edilir. Əsas borc üzrə 31617,03 manat, faiz borc üzrə 9882,71 manat təşkil edir. Hazırda ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin tələbi kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasında ibarətdir. Məhkəmə ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbinə münasibətdə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. İş materiallarında olan ekspertiza tədqiqatının nəticəsi olaraq ilk iddia üzrə cavabdehlərdən tutulacaq əsas borcun 31617,03 manat, faiz borcunun isə 9882,71 təşkil etdiyi qeyd edilsə də, ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin tələbi 31597,35 manat əsas, 9876,57 manat faiz borcun tutulmasıdır. Göründüyü kimi ekspertiza tədqiqatının nəticəsi olaraq tutulacaq məbləğlə ilk iddia üzrə iddiaçının kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq olan əsas və faiz borcu fərqlidir və ilk iddia üzrə iddiaçının tələbindən artıqdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 06.03.2015-ci il tarixli, 10-0603- 2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə 31597,35 manat əsas, 9876,57 manat faiz borcu ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs Cavabdeh1 qarşı 06.03.2015-ci il tarixli 10-06-03-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 31597.35 (otuz bir min beş yüz doxsan yeddi, 35 qəpik) manat məbləğində borcun müqabilində Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60.9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış 10-06-03-2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiadan görünüdüyü kimi "xxxx" MMC-nin tələbi borcun müqabilində Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60.9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə zaminlik müqaviləsinin ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 540-cı maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Qanunvericiliyin tələblərinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC bankla aralarında bağlanmış zaminlik müqaviləsinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların ötürülməsi ilə xitam verilməsini xahiş etsə də, qeyd edilən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Yəni hazırkı tələblə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC ilk olaraq müqavilə üzrə tərəf olan "xxxx" Açıq Səhmdar Cəmiyyətnə müraciət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC cavabdeh "xxxx" ASCyə və üçüncü şəxs Cavabdeh1 qarşı 06.03.2015-ci il tarixli 10-06-03-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 31597.35 (otuz bir min beş yüz doxsan yeddi, 35 qəpik) manat məbləğində borcun müqabilində Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60,9 kv.m. ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 7, ümumi sahəsi 60.9 kv.m ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra "Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" MMC arasında bağlanmış 10-06-03- 2015-YS-AAAF-AE nömrəli 06.03.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə iddiası rədd edilməildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 16.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat ödəniş edilmiş və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu onun xeyrinə ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən əsas borc üzrə 31597,35 (otuz bir min beş yüz doxsan yeddi manat 35 qəpik) manat, faiz borcu üzrə 9876,57 (doqquz min səkkiz yüz yetmiş altı manat 57 qəpik) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30.40 (otuz manat 40 qəpik) manat olmaqla, cəmi 41473,92 (qırx bir min beş yüz dörd manat 32 qəpik) manat iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2772/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2772/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver