Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2775/2021 18.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş məbləğin reqres qaydasında geri alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş məbləğin reqres qaydasında geri alınması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.02.2014-cü il tarixdə cavabdehlə (borclu) və bank (kreditor) arasında 021R**********8S saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcluya 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" QSC-i iddiasına görə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əvvəl kredit üzrə aylıq ödənişləri ödəsə də daha sonra Xəzər İcra və Probasiya tərəfindən yaradılan əsassız borc cavabdehin ğhdəliyinin yerinə yetirilməsinə görə ondan tələb etməyə başladı. Cavabdehk\lə yaxın dost olduğundan və maddi vəziyyətinin imkan vermədiyi halda ondan məcburi ödənişlər tutulmağa başladı və krediti tam bağlamışdır. O, 021R**********8S saylı kredit müqaviləsi üzrə cəmi 10000 manat civarında pul ödəmişdir. Həmin pulları cavabdehdən istəsə də maddi imkanına görə və kredit borcunu iki dəfə artığını ödədiyini deyərək borcunu qaytarmaqdan imtina edir. Access Bank da zaminlik sənədlərini verməkdən imtina edir. Ona görə də Cavabdeh və "xxxx" QSC-dən onun xeyrinə 021R**********8S saylı kredit müqaviləsi üzrə ödədiyi məbləğləri və iş üzrə ödədiyi dövlət rüsumunu və vəkilə çəkdiyi xərclərin tutulması barədə qətnamə çıxarılnasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək mülki iş üzrə iddia ərizəsində üçüncü şəxs qismində "xxxx" QSC-ni cavabdeh qismində cəlb edilməsini və cavabdehlər X2 və "xxxx" QSC-dən onun xeyrinə 6000 manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının əmək haqqından onunla Access Bank” QSC-i arasında bağlanmış 20.02.2014-cü il tarili, 021R**********8S saylı kredit müqaviləsi üzrə onun bank qarşısında olan öhdəliyi üzrə 6000,0 manat pul vəsaiti tutulmuşdur. O, işləyir və əmək haqqı alır. Ona məlum deyildir ki, işləməsinə baxmayaraq hansı səbəbdən icra qurumu İddiaçı onun bank qarşısında olan öhdəliyinə görə pul vəsaiti tutmuşdur. On görə də xahiş edir ki onun öhdəliyinə görə İddiaçı Access Bank” QSC-nin xeyrinə tutulmuş 6000,0 manat pul vəsiti bankdan alınaraq İddiaçı qaytarılsın və qeyd oluna vəsait onun əmək haqqına yönəldilməklə həmin vəsait ondan tutulsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Xəzər Rayon məhkəməsinin 2(003)-3670/2017 saylı, 07.08.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada əsas borc üzrə 11112,30 ABŞ dolları 1063,04 ABŞ doları faiz borcu və 150 ABŞ dolları cərimə olmaqla cəmi 12325,34 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(103)-11424/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(003)-3670/2017 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirmədən saxlanılması qət edilmişdir. İddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(003)-3670/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada əsas borc üzrə 11112,30 ABŞ dolları 1063,04 ABŞ doları faiz borcu və 150 ABŞ dolları cərimə olmaqla cəmi 12325,34 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(103)-11424/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(003)-3670/2017 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İB 1 saylı Nəqliyyat İdarəsinin İddiaçı ünvanlanmış arayışın surətindən görünür ki, İddiaçı əmək haqqından aprel 2020-ci ildən başlayaraq Xəzər Rayon Məhkəməsinin 2(003)-3670 saylı 06.02.2018-ci il tarixli qərarına əsasən (3942,66 ABŞ dolları) 6741,95 manat məbləğindən 6000 manat pul vəsaiti "xxxx" QSC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli 2(003)-3670/2017 saylı qətnaməsinin surətindən görünür ki, 20.02.2014-cü il tarixli 21S000008089 saylı və 19.12.2014-cü il tarixli 021S**********01 saylı zaminlik müqaviləlsinə əsasən zaminlər İddiaçıvə X4 borclu Cavabdeh kireditor "xxxx" QSC qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişlər. Göründüyü kimi, cavabdehin "xxxx" QSC-i qarşısında olan kredit öhdəliyinin bir hissəsinin (6000,0 manat) zamin, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği Cavabdeh tələb etməkdə haqlıdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh 20.02.2014cü il tarixli 21L000003706 saylı kredit müqaviləsi üzrə ona verilmiş pul vəsaitini və həmin vəsaitə görə faiz borclarını aylar üzrə hissə-hissə banka qaytarmalı olduğu halda, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək istehlak krediti müqaviləsinin şərtlərini pozmuşdur. Nəticədə isə, borclu Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə, borclunun borcundan 6000 manat məbləğində olan hissəsi zamin kimi iddiaçı tərəfindən ödənilmiş və həmin kredit müqaviləsi üzrə tələb hüququ reqress qaydasında bankdan iddiaçıya keçmiş, eyni zamanda iddiaçının qeyd edilmiş kredit müqaviləsi üzrə bankın kreditor kimi bütün hüquqlarına malik olmaqla borcludan öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" QSC-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da İddiaçı "xxxx" QSC qarşısında olan Cavabdeh pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, İddiaçı onunla birlikdə "xxxx" QSC qarşısında birgə məsuliyyət daşımışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında "xxxx" QSC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh borcunu ödəmədiyindən, iddiaçı zamin kimi cavabdehin əvəzinə öhdəliyin bir hissəsini, yəni 6000,0 manat məbləğdə olan hissəsini icra etdiyindən, Cavabdeh kreditora ödənilmiş məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq reqress qaydada tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi cavabdeh Bəxtir Rzayevə münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə iddia tələbində qeyd olunan pul məbləğinin həmçinin digər cavabdeh "xxxx" QSC-dən tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz. Göründüyü kimi, qanunverici öhdəliyi icra etmiş zaminə kreditorun məhz həmin öhdəlik üzrə hüquqlarının zaminin kreditorun tələbini ödədiyi həcmdə keçməsini göstərmişdir. Bele olan halda zaminin icra etdiyi öhdəliyin kreditordan, hazırki halda cavabdeh "xxxx" QSC-dən tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 6000,0 (altı min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2775/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2775/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver