Məhkəmə qərarları › İş №2(003)-2783/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2783/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2783/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X1 iştirakı ilə İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, 25889.33 manat əsas, 3827.42 manat faiz, 17119.07 manat cərimə, 6994.80 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi. 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi vaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X7 İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi K.X4 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2013-cü il tarixli 181 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 42500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.10.2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi, 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71-6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 07 avqust 2013-cü il tarixli 81 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.08.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 2-40/31- 15 saylı 21.01.2015-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.12.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 53,830.62 (əlli üç min səkkiz yüz otuz manat, 62 qəpik) manat təşkil edir. Bundan 25,889.33 (iyirmi beş min səkkiz yüz səksən doqquz manat, 33 qəpik) manat əsas, 3,827.42 (üç min səkkiz yüz iyirmi yeddi manat, 42 qəpik) manat faiz, 17,119.07 (on yeddi min yüz on doqquz manat, 7 qəpik) manat cərimə, və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6,994.80 (altı min doqquz yüz doxsan dörd manat, 80 qəpik) manat faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən, 25889.33 manat əsas, 3827.42 manat faiz, 17119.07 manat cərimə, 6994.80 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi. 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi vaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X7 İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qərardadı ilə X7 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Göründüyü kimi hazırda iddiaçı olan Əmanətlərin Sığortalanması Fondu 2016-cı ilin aprel ayından 2021-ci ilin mart ayına qədər ötən 5 il müddətində cavabdehlərə qarşı iddia qaldırmamışdır. Uzun müddət ötdüyünə görə o, banka faktiki ödədiyi ödəniş qəbzlərini tapa bilmir. Ancaq hazırda tələb olunan məbləğin dəfələrlə şişirdilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 21.01.2015-ci ildə bildiriş göndərildiyini qeyd etsə də, cavabdehlər belə bir bildiriş almamış, sonuncu dəfə ona 2014-cü ildə göndərilmiş bildirişdə məbləğin hazırkı tələb edilən borc məbləğindən 2 dəfə az olduğunu və həmin borc məbləği ilə də bildiriş gələn vaxt razılaşmadığı barədə bankla danışıq apardığını, onlara borcun düzgün müəyyən edilməsi barədə tələb irəli sürüldüyünü bildirir. Sonradan bank tərəfindən hər hansı bir tələb irəli sürülmədiyindən artıq borcun bağlandığını güman etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X3 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, tərəflər arasında müqavilə 2013-cü ildə, son ödəniş 2016-cı ildə olmuş, lakin iddiaçı 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı daha öncə iddia qaldırdığını qeyd etmiş, lakin həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsinin baxılmamış saxlanılması müddətin axımını dayandırmır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə aylıq 19 faiz ödəmək şərti ilə 42500 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi. 0.01298 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.6 kv.m yaşayış, 30.3 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi borcun təminatı olaraq X7 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 08.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 avqust 2013-cü il tarixli 181 saylı kredit müqaviləsi üzrə X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətina 25889.33 manat məbləğində əsas borc, 3827.42 manat məbləğində faiz borcu, 17119.07 manat cərimə borcu, gecikdirilmiş günlər üçün hesablanmış 6994.80 manat faiz məbləği borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında müqavilə 07 avqust 2013-cü il tarixdə bağlanmış, cavabdeh tərəfindən kredit qalığının ödənilmə vaxtı 27.10.2014-cü il müəyyən edilmişdir. İddiaçı isə 10.06.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarına və qeyd edilən maddənin tələbinə əsasən, məhkəmə borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar