Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2788/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, təbiətə vurulmuş 88 manat məbləğində ziyanın X3 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 07 oktyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Zirə qəsəbəsi Xəzər sahili ərazidə qanunsuz olaraq 8 (səkkiz) ədəd siyənək balığının ov edilməsi nəticəsində balıq və su bioresurslarına 88 (səksən səkkiz) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cı il tarixli 146 saylı “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən balıq və su bioresurslarının qanunsuz işlənməsi nəticəsində balıq və su bioresursiarına dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Qeyd olunanlara əsasən, təbiətə vurulmuş 88 manat məbləğində ziyanın X3 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, ona balıq tutmaq üçün icazə verilmişdir. Cərimə əsassız yazılmışdır. Bundan əlavə, həmin cəriməyə görə icra qeydi üzrə ondan pul tutulur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04.11.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh barəsində 07.10.2020-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və 30.10.2020-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi əsasında inzibati qaydada 700 manat məbləğində cərimə tərtib edilmiş, 8 ədəd siyənək balığının qanunsuz ov edilməsinə görə 88 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında 30 oktyabr 2020-ci il tarixli ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin 11.02.2021-ci il tarixli qərarından görünür ki, X1 88 manat balıq və digər su bioresurslara vurulmuş ziyan məbləğinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi ilə bağlı icraata başlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh barəsində 8 ədəd siyənək balığının qanunsuz ov edilməsinə görə 88 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş Xəzər rayon icra şöbəsinin qərarından görünür ki, cavabdehdən 700 manat məbləğində cərimə və 8 ədəd siyənək balığının qanunsuz ov edilməsinə görə 88 manat məbləğində təbiətə dəymiş ziyanın tutulması barədə icraata başlanılmış və ondan pul tutulması həyata keçirilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan pul vəsaitinin ondan tutulması barədə iş artıq icra şöbəsinin icraatında olduğundan, hazırkı iddia tələb edilə bilməz. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 7,16 və 32-ci maddələrinin tələblərinə əsasən dəymiş ziyanın ödənilməsi təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. İİİ. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Konstitusiyanın 78-ci maddəsində və X3 haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu, hər bir kəsin vəzifəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2788/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2788/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver