Məhkəmə qərarları › İş №2(003)-2798/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2798/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2798/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh girov qoyduğu 1 ədəd sep, 1 ədəd üzük 750 əyyarlı 16.9 qram olmaqla dəyəri 440 manat, 1 ədəd klon 583 əyyarlı 2.6 qram olmaqla dəyəri 80 manat, bir cüt sırğa 750 əyyarlı 5 qram olmaqla bir ədəd üzük 585 əyyarlı 6 qram olmaqla dəyəri 380 manat, 1 ədəd sep, 1 ədəd klon, 1 cüt sırğa, 2 ədəd sancağ 583 əyyarı 64 qram olmaqla dəyəri 200 manat, 1 ədəd üzük 585 əyyarı 17.9 qram olmaqla dəyəri 230 manat olan qızıllarının geri qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi barədə elektron məlumat bazasından çıxarışdan görünür ki, Cavabdeh Abşeron rayonun Masazır qəsəbəsində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh girov qoyduğu 1 ədəd sep, 1 ədəd üzük 750 əyyarlı 16.9 qram olmaqla dəyəri 440 manat, 1 ədəd klon 583 əyyarlı 2.6 qram olmaqla dəyəri 80 manat, bir cüt sırğa 750 əyyarlı 5 qram olmaqla bir ədəd üzük 585 əyyarlı 6 qram olmaqla dəyəri 380 manat, 1 ədəd sep, 1 ədəd klon, 1 cüt sırğa, 2 ədəd sancağ 583 əyyarı 64 qram olmaqla dəyəri 200 manat, 1 ədəd üzük 585 əyyarı 17.9 qram olmaqla dəyəri 230 manat olan qızıllarının geri qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar