Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2799/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-734/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsrli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin xx.xx.2021-ci il tarixli göstərişi xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə şöbənin icra məmuru X3, məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Nizami Rayon Məhkəməsinin 4(007)- 64/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Cavabdeh barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi üçün məhkumun anası G.İbrahimovadan xx.xx.2022-ci il tarixdə 1 ədəd elektron qolbaq və enerji toplayıcı təhvil alınmış, lakin 01 ədəd 3*632307 nömrəli “Attenti” markalı mobil qurğunun təhvil alınması mümkün olmamışdır. Məhkum Cavabdeh anası G.İbrahimovadan mobil qurğunu təhvil verilməsi bildirilmiş, lakin məhkumun anası mobil qurğunun harada olması barədə məlumatının olmadığını bildirmişdir. Bu barədə xx.xx.2022 tarixdə müvafıq protokol tərtib edilmişdir. Tərəfilərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum Cavabdeh hal-hazıradək dəymiş ziyanla bağlı heç bir ödəniş etməmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məktubla məhkəməyə müraciət edərək Probasiya Xidmətinin 21/3-1149 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsullarla yararsız vəziyyətə salınması hallarında həmin vasitənin dəyəri nəzarət subyektindən tam olaraq komplekt şəklində tutulmalı olduğunu bildirmiş və iddianın təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Cavabdeh iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-734/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(006)-39/2021 saylı hökmü ilə məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci İl tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 26 günü AR Cinayət Məcəlləsinin 66.*-ci maddəsinə əsasən həmin cəzaya qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq 02 (iki) İl müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Cavabdeh üzərində 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış göstərişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 734/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün probasiya idarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(007)-64/2022 saylı qərarından görünür ki, Cavabdeh barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı 3*632307 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təhvil alınması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cavabdehin anası X2 “Attenti” markalı 1 ədəd elektron qolbaq və enerji toplayıcı təhvil götürülmüş, eyni zamanda onun anası mobil qurğunun harada olmasından məlumatsız olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, sonuncu tərəfindən təhvil verilməmiş mobil qurğuya görə dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 1930 manat dəyərində, 347,40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat dəyərindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun məktubundan görünür ki, elektron avadanlıqların dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına körülməli olduğu bildirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. İşin araşdırılmış hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 734/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan elektron qolbaq və enerji toplayıcısı probasiya xidmətinə qaytarılmış, lakin komplektə daxil olan mobil nəzarət qurğusu qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplektinin bir hissəsi, yəni 1 ədəd mobil nəzarət qurğusunun qaytarmaması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan və həmin nəzarət komplektinin probasiya idarəsinə qaytarması barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*7.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1*7.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektinə daxil olan 1 ədəd mobil nəzarət qurğusu Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qaytarılsın, həmin qurğu olmadığı halda komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektinə daxil olan 1 ədəd mobil nəzarət qurğusu Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qaytarılsın, həmin qurğu olmadığı halda komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2799/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2799/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver