Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2805/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3663,78 manat əsas, 347,71 manat faiz, 79,6 manat cərimə olmaqla, cəmi 4091,09 manat borcun və 60,91 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci ilədək Cavabdeh1 banka 3663,78 manat əsas, 347,71 manat faiz və 159,2 manat cərimə borcu olmaqla cəmi 4170,69 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh1 bildirişi almış, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Cavabdeh2 göndərilmiş bildiriş rabitə orqanı tərəfidən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 29-Z1-1-1-504-21 nömrəli razılaşmadan (nağd kredit verilməsinə dair) görünür ki, həmin razılaşma İddiaçı ASC-nin Mərdəkan filialı ilə Cavabdeh1 arasında 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 4000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 29-Z1-1-1-504-21 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərinin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məxaric orderindən görünür ki, 4000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 3663,78 manat əsas, 347,71 manat faiz, 159,2 manat cərimə olmaqla, cəmi 4170,69 manat borcu vardır. İş materiallarınd olan xx.xx.2022-ci il tarixli iş üzrə cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən kredit razılaşması üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəmə və ya notariat orqanına icra qeydi qaydasında müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh1 ilə İddiaçı ASCnin Mərdəkan filialı arasında kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən kreditalana 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə iddiaçı bank arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit razılaşması üzrə kreditalanın öhdəliklərinin tamamilə yerinə yetirilməsi üçün məsuliyyət öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, razılaşma şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 445, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3663,78 manat əsas, 347,71 manat faiz, 79,6 manat cərimə olmaqla, cəmi 4091,09 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 60,91 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3663,78 manat əsas, 347,71 manat faiz, 79,6 manat cərimə olmaqla, cəmi 4091,09 manat məbləğində borc və dövlət rüsumuna görə 60,91 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2805/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2805/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver