Məhkəmə qərarları › İş №2(003)-2806/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2806/2022

14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2806/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh guya ona Bakı şəhəri Xəzər Rayon Binə qəsəbəsi Atçılıq massivində 5 sot torpaq sahəsini satmaq adı ilə 8500 manat pul almışdır. Lakin o vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Cavabdeh bu dələduz əməlinə görə təqsirləndirilən şəxs qismində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-80/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası almışdır. Cavabdeh sözügedən 8500 manat məbləğin 5800 manat hissəsini ona geri qaytarsa da, digər 2700 manat hissəsini hələ də ona ödəməmişdir. Hazırda onun barəsində ittihamedici hökm çıxarılsa da ona dəyən maddi ziyan tam ödənilməmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 8500 manat pulu qəbul etmir. 7500 manat pul, 1000 manat dəyərində mebel olub. 5800 manat ödəmişdir. 2700 manatı qəbul etmir və onu ödəmək fikri yoxdur. Həmin məbləği şişirdilmiş hesab edir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)- 80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)- 80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, ittiham aktına əsasən Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin yanvar ayında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində 500 kv.m torpaq sahəsini Sahib Salmanova məxsus olduğu kimi təqdim edərək aylıq 300 manat ödəməklə 8500 manat müqabilində satacaqları barədə yalan vəd verib aldadaraq, 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində özünün işlədiyi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Yağmur” marketdə hissəhissə ümumilikdə 7500 manat məbləğində nəğd pul və 1000 manat dəyərində 1 ədəd dolab və 1 ədəd çarpayıdan ibarət yataq mebel dəstini alaraq vədinə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)- 80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, məhkəmə istintaqı zamanı dindirilmiş Cavabdeh özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxslər İddiaçı və Fuad Cəbrayılovu aldatmamışdır. Onlar tanıdığı şəxslər vasitəsi ilə torpaq almaq üçün ona müraciət etmişlər, o, da öz növbəsində onları Sahib adlı şəxslə tanış etmişdir. Torpaq sahələri Sahibə məxsus olmuş, Sahib zərərçəkmiş şəxsləri özü aparıb, torpaq sahələrini göstərmiş və zərərçəkmiş şəxslərə etibarnamə vermişdir. Torpaq sahələrinin pulunun hissə-hissə ödənilməsi ilə bağlı isə Sahib zərərçəkmiş şəxslərlə razılığa gəlmişdir. Zərərçəkmiş şəxslər Sahibə ödəniləsi pulları onun işlədiyi “Yağmur” marketə gətirərək ona verirdilər. Yəni, o, arada olan vasitəçi olmuşdur. Ona verilən pulları o, öz növbəsində Sahibə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, mağazada işləyən zaman İddiaçı onun yanında olmuş, bu zaman Sahib adlı şəxslə tanış olmuşlar. Sahib İddiaçı onun xətrinə torpaq alması üçün kömək edəcəyini bildirmişdir. O, sadəcə bir qəsəbə də yaşadıqlarından İddiaçı köməklik etmək istəmişdir. Onun bacısı Sahibdən torpaq sahəsi almamışdır. Tahirlə baxılan torpaq sahəsi bacısının almaq istədiyi torpaq sahəsi ilə ayrı-ayrı yerlərdədirlər. Zərərçəkmiş şəxslər ödənişləri gətirib onun işlədiyi “Yağmur” marketdə ona verirdilər. İddiaçı hər ay müxtəlif məbləğlərdə olmaqla ödənişlər etmişdir. Hər iki epizod üzrə özünü təqsirli bilmir. İddiaçı maddi ziyandan 5800 manat ödəmişdir. Fuad Cəbrayılova aid hissədə məhkəmə qətnaməsi çıxarılmış və onun aylıq maaşından tutularaq puldan ödənişlər edilir. Həmin mebellər onun evinə yerləşdirilməmişdir. Mülki iş materiallarında görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)- 80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin hökmdə təqsirləndirilən şəxs qismində ifadə vermiş Cavabdeh ifadəsindən müəyyən edilmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər İddiaçı və Fuad Cəbrayılovu aldatmamışdır. Onlar tanıdığı şəxslər vasitəsi ilə torpaq almaq üçün ona müraciət etmişlər, o, da öz növbəsində onları Sahib adlı şəxslə tanış etmişdir. Torpaq sahələri Sahibə məxsus olmuş, Sahib zərərçəkmiş şəxsləri özü aparıb, torpaq sahələrini göstərmiş və zərərçəkmiş şəxslərə etibarnamə vermişdir. Torpaq sahələrinin pulunun hissə-hissə ödənilməsi ilə bağlı isə Sahib zərərçəkmiş şəxslərlə razılığa gəlmişdir. Zərərçəkmiş şəxslər Sahibə ödəniləsi pulları onun işlədiyi “Yağmur” marketə gətirərək ona verirdilər. Yəni, o, arada olan vasitəçi olmuşdur. Ona verilən pulları o, öz növbəsində Sahibə vermişdir. İddiaçı hər ay müxtəlif məbləğlərdə olmaqla ödənişlər etmişdir. Hər iki epizod üzrə özünü təqsirli bilmir. İddiaçı maddi ziyandan 5800 manat ödəmişdir. Hazırda iddiaçı X4 ona 5800 manat pulun ödənilmiş olduğunu və hazırkı mülki iş üzrə cavabdehdən 2700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)-80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin1(003)-80/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə hazırkı mülki iş üzrə Cavabdeh iddiaçı X1 etibarından sui istifadəsi nəticəsində ondan 8500 manat (torpaq sahəsi alınması məqsədi ilə) pulun alınması sübuta yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməli, 2700 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2700 manat (iki min yeddi yüz) manat alınaraq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar